Məhkəmə qərarları › İş №3(002)-1297/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1297/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1297/2024 20.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkmiş şəxs iştirakı ilə, Şəxs barəsində İXM-nin 198.3-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 02 may 2024-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, fiziki şəxs Şəxs (FİN: xxxxxxx) Bakı şəhəri, Qaradağ rayonu, Güzdək daş karxanaları adlanan ərazidə 01 hektar sahədə daş karxanası işlədən və daş karxananın fəaliyyətinə faktiki olaraq rəhbərlik edən zaman "Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamə"nin 6-cı bəndinə əsasən, işçilərin təliminin və ixtisas artımının bütün formalarında əməyin mühafizəsi üzrə təlim nəzərdə tutulmalı, işəgötürən tərəfindən işə qəbul edilən və başqa işə keçirilən işçilərə əməyin mühafizəsi üzrə təlimatlar verilməli, onlara təhlükəsizlik iş üsullarından istifadə etməyin və bədbəxt hadisələrdən zərərçəkənlərə ilk tibbi yardım göstərilməsi qaydalarının öyrədilməsi təşkil edilməli, "Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik Qaydaları"nın 84-cü paraqrafına əsasən, dağ-mədən işlərində istifadə olunan maşınlar saz olmalı, siqnal vasitələri ilə, əyləclərlə təchiz olunmalı, onların hərəkətdə olan hissələri (muftalar, ötürücülər, şkivlər və s.) örtük ve çəpərlərlə örtülməli, "Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda Təlimatın 3-cü bəndinə əsasən müəssisənin rəhbərliyi fəhlələrə qoruyucu vasitələri, xüsusi ayaqqabını, xüsusi geyimi müəyyən edilmiş norma və müddətdə verməli olduğu halda, bunları etməyərək, eləcə də "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif- X3"nda olan müəssisənin direktorunun "xxxx"nın tələblərini pozmuş, qeyd olunan qaydaların pozulması neticəsində ehtiyatsızlıqdan xx.xx.2023-cü il tarixdə Əliyev X2 daş karxanasında fəhlə kimi daş kəsən zaman ağır texnika hesab olunan kombayn anidən hərəkətə başlayaraq sol ayağın İİİ daraq sümüyünün ve İV barmağın proksimal falanqasının yerdəyişən sınıqları ilə müşayiət olunan ayaq pəncəsinin üst və alt səthlərinin əzilmiş-cırılmış yaraları (deri dəfəkti ilə), sol ayağın V barmağının ayaq-daraq falanqa oynağından travmatik amputasiyası dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri almasına səbəb olmuş, bununla da, Azerbaycan Respublikasının İnzibati Xətalar Mecellesinin 198.3-cü maddesinde nezerde tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmalı və toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs Sadiq oğlu öz izahatında göstərmişdir ki, 11 sentyabr 2023-cü il tarixdə, saat təxminən 09 radələrində daş karyerinin müdiri Şəxs qardaşı Osman onu Güzdək kəndində yerləşənə karyerə işləməyə dəvət etmişdir. O da həmin vaxt pulu olmadığı üçün buna razı olmuşdur. Həmin gün, saat 17:00 radələrində o kombayn ilə daş kəsən zaman kombayn anidən hərəkətə başlayıb sıradan çıxırmış. O bunu görüb dərhal kombaynı söndürməyə çalışarkən kombayn mühərriki relsdən çıxaraq onun sol ayağının topuq hissəsini kəsmişdir. Həmin vaxt Asimanla Osman onu Lökbatan qəsəbəsinə yerləşən “Asmed” tibbi mərkəzinə aparmışlar. Orada onun vəziyyətinin ağır olduğunu görüb onu Travmotologiya İnstitutuna aparmağı məsləhətə görmüşlər. O Travmotologiya İnstitutunda iki dəfə əməliyyat olunmuşdur, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs onun müalicə xərclərini ödəməmiş və ya digər hər hansı formada köməklik göstərməmişdir. Odur ki, sonuncunun barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və Qaradağ Rayon Prokurorluğuna məlumat verilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlın şəxs və həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, zərərçəkmiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli iş materialları ilə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs İXM-nin 198.3-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X4 11 dekabr 2023-cü il tarixli, 2490 saylı rəyindən görünür ki, 1.vətəndaş Zərərçəkmiş şəxs Sadiq oğlunun bədəni üzərində aşkar edilmiş xəsarətlər-sol ayağın İİİ daraq sümüyünün və İV barmağın proksimal falanqasının yerdəyişən sınıqları ilə müşayiət olununan ayaq pəncəsinin üst və alt səthlərinin əzilmişcıırlmış yaraları (dəri defekti ilə), sol ayağın V barmağının ayaq-daraq falanqa oynağından travmatik amputasiyası bər küt əşyanın (əşyaların) təsirindən onun AZ ETTOİ-nə daxil olduğu və qərarda göstərilən 11 sentyabr 2023-cü il tarixində törənmişdir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərər vurmaya aiddirlər.

2. Vətəndaş Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni işləyən daş kəsən kombaynın mühərrikinin aşaraq onun sol ayağının üzərinə düşməsi və ayaq pəncəsinin kombaynın hissələri (təkərləri) ilə və relsin arsında sıxılması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2024-cü il tarixli, 3-16-16/2-10/223 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar “Müəssisədə işçilərin əməyinin mühafizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi Əsasnamənin 6-cı bəndinin“ “Faydalı qazıntılı yataqlarınnın açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 84-cü paraqrafının “Qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi və qaydaları haqda təlimat”ın 3-cü bəndinin və “bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-X3nda” olan müəssisənin diektorunun "xxxx"nın tələbləri pozulmuşdur. Müəssisədə işçilərin əməyinin mühfaizəsi üzrə təlimi və biliklərinin yoxlanılması haqqında nümunəvi əsasnamə”nin 6-cı bəndinin, “Faydalı qazıntı yataqlarının açıq üsulla istehsalında vahid təhlükəsizlik qaydaları”nın 84-cü paraqrafının, qoruyucu vasitələrin, xüsusi ayaqqabının, xüsusi geyimin verilməsi, saxlanılması və istifadəsi qaydaları haqda təlimat”ın 3-cü bəndinin və “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif X3nda” olan müəssisənin direktonun əmək funksiyasının tələbləri üzərinə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair tələblərin təmin edilməsi, o cümlədən işçilərlə iş yerində təlimatlandırma aparılması, onları fərdi mühafizə vasitələri ilə təchiz edilməsi həvalə olunmuş və əsasən də istehsalat sahəsində istifadə olunan maşın və qurğuların (daş kəsən kombaynların və s.) texniki saz vəziyyətdə istismar olunmasını təmin etməli olan istehsalat sahəsində (karyerdə) işlərə rəhbərlik edən şəxs tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəratini nəzərə aldıqda zərərçəkmiş şəxsin özü tərəfindən qaydaların və təlimatın tələblərinin pozulması halı müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş “cinayət işi başlanmasının rədd edilməsi və materiların aidiyyatı üzrə göndərilməsi haqqında” 26 fevral 2024-cü il tarixli qərarın nəticə hissəsindən aydın olur ki, 1. 204C-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nın 39.1.2ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmiş, 2.Toplanmış materiallar Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1 və 198.3-cü maddəsi ilə inzbati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi, 3.Şəxs əməlində Azərbaycan Respublikası CM-nın 255-ci maddəsinin tərkib əlamətlərinin olub-olmamasına hüquqi qiymət verilməsi üçün toplanmış 204C-23 nömrəli araşdırma materialından çıxarışlar Azərbaycan Respublikası CPM-nın 215-ci maddəsinə əsasən Qaradağ rayon Polis İdarəsinə göndərilməsi, 4.Qəararın surətinin məlumat üçün Zərərçəkmiş şəxs Sadiq oğluna göndərilməsi və həmin qərardan Qaradağ rayon prokuroruma, yuxarı prokurora və yaxud məhkəməyə şikayət etmək hüququnun izah edilməsi, 5.Qərarın surəti ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna təqdim edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxs tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxsin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları, zərəçəkmiş şəxslə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs arasında barışıq əldə olunmamasını, zərərçəkmiş şəxsin uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərər vurmaya məruz qalmasını nəzərə alaraq hesab edir ki, Şəxs sanksiya daxilində yuxarı həddə cərimə edilməsi daha məqsəd müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar