Məhkəmə qərarları › İş №3(002)-13/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-13/2021

22.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-13/2021 22.01.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, X1 iştirakı ilə, X1, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X2, şikayətlə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* inzibati tənbeh vermə haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən 50 manat məbləğində cərimə edilmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayon 11-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş xx.xx.2020-cu il tarixində MN N: ******* saylı Protokolla güya o Zimmermana qarşı həyətində ictimai qaydanı pozan hərəkət etmişdir. Bölmənin həmin protokolundan xəbəri olmayıb və bu barədə ona heç bir məlumat verilməmişdir. Sonradan Bakı şəhəri Qaradağ rayonu 11-ci Polis Bölməsi xx.xx.2020-cu il tarixində onun İnzibati Xətalar Məcəlləsinin 510-cü maddəsi onu inzibati qaydada 50 manat məbləğində cərimə edilməyi barəda Bakı şəhəri Qaradağ rayonu 11-ci Polis Bölməsinin 12.10. 2020-cu il tarixdə ******* qərar qəbul etmişdir. Bölmənin həmin Qərarı ona təqdim edilməyib və həmin vaxtı qərarın tərtib ediiməsindən xəbəri olmamışdır. Onun inzibati qaydada cərimə edilməyinə səbəb kimi qərarda qeyd olunmuşdur ki, güya o Səngaçal qəsəbəsində yaşadığı evin həyətində qonşusu Zimmermana qarşı qeyri qanuni hərəkət etmişdir. Onun barəsində tərtib edilmiş xx.xx.2020-cu il tarixli protokol tamamilə əsasız və qanunsuz olmuşdur. Zimmermanm şikayəti üzrə prtotokol və qərar tərtib edilməsindən onun xəbəri olmamış və ona məlumat verilmədən, sonradan qanunsuz və əsasız tərtib edilmiş protokol əsasında Bakı şəhəri Qaradağ rayonu 11-ci Polis Bölməsinin 12.11. 2020cu ii tarixdə MN ******* qərar qəbul edərək onu cərimə etmişdir. Yuxarıda göstərilən hallar tamamilə yalan, şər, böhtan və iftiradır. Həmin yazılan uydurma və insan ağlına sığışmayan haldır. O, heç vaxt heç kimə qarşı qanunsuz hərəkət etməmişdir. İşin faktiki halı ondan ibarətdir ki, yaşadığı ev 1950-ci illərdə inşa edilmiş və evinin yaxınlığında heç bir kommunikasiya xətləri olmamışdır. Həmin evdə valideyinləri ilə birlikdə yaşamışdır. Sonradan valideyinləri vəfat etmiş və hazırda həmin evdə onun ailəsi və üç bacıları qeydiyyatda olmaqla yaşayırlar. Sonradan yaşadığı əraziyə kanalizasiya xətti çəkilmiş və o evin kanalizasiya xətini də ümumi xəttə qoşmuşdur. Lakin qonşusu evinin kommunikasiya xəttini Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 278 N:li xx.xx.2000-ci il tarixli Sərəncamla fərdi yaşayış evi tikmək üçün ona ayrılmış torpaq sahəsindən apararaq ümumi xəttə qoşmuşdur. Hadisə baş verən zaman o evindən həyətə çıxanda qonşusunun onun həyətində yer qazaraq kommunakasiya xətti çəkdiyi görmüşdür. Bu zaman o qonşusuna etiraz etmiş və bildirmişdir ki, qonşusu öz evinin kommunakasiya xəttini başqa yerdən apararaq qanuni kommunikasiya xətdinə qoşdursun. Lakin həmin vaxtı Zimmerman onunla razılaşmamış və ona hədə qorxu gələrək kanalizasiya xəttini həyətindən çəkmişdir. O zaman onun başqa işi olduğundan getmiş və qonşusunun hərəkətindən şikayət etməmişdir. Zimmerman və onun ailə üzvləri onunla qərəzli münasibətlərdədirlər. Belə ki, Zimmerman onun dayısının evini ələ keçirərək mənimsəmək istəmiş və bununla əlaqədar dayısı psixi xəstə adı ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respubiiika Psixiatriya Xəstəxanasıda (Maştağa Psixitariya xəstəxanasında) yerləşdirmiş və onların dayısı ilə görüşə icazə verməmişlər. Qəsəbədə fəaliyyət göstərən sahə polis əməkdaşı mayor Qiyasov Zahir daimi olaraq Zimmermanın qonağı olur və o qonşusu Zimmermanın hərəkətindən polis orqanlarına şikayət etdikdə, Zimmerman Zahirin yaxasında tutaraq guya onun barəsində tədbir görməyini ondan tələb etmişdir. Ona görə hazırda onun barəsində tərtib edilmiş sifarişli qərar Zimmermanın qondarma planı əsasında olmuşdur. Qeyd olunanlara əsasən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 öz izahatında şikayətinə uyğun izahat verərək Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Qaradağ RPİ-nin 11-ci PB-dən nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasıı mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri, şikayətçinin izahatını araşdıraraq hesab edir ki, X2 barəsində Qaradağ RPİ-nin 11-ci PBnin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətmiş X1 iştirakı təmin edilmədən konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həmin inzibati material 11-ci PB-dən cərimə tətbiq edildiyi halda qanunsuz və əsassız olaraq natamam formada və şəxs təqdim edilmədən iki dəfə Qaradağ rayon Məhkəməsinə göndərilmiş və Qaradağ rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 3(002)-1698/2020 saylı və xx xxxxxxx 2020-ci il tarixli 3(002)-1987/2020 saylı qərardadları ilə material Qaradağ RPİ-nin 11-ci PB-nə geri qaytarılmışdır. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128- 131-ci və 134-cü maddələrini rəhbər tutaraq, Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru polis mayoru X3 tərəfindən tərtib edilmiş xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar