Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-13/2023 01.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 22 iyun 2022-ci il tarixli MN ******* saylı qərarından şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 22 iyun 2022-ci il tarixli MN ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 22 iyun 2022-ci il tarixli MN ******* saylı qərarı ilə İXM-nin 271-ci maddəsi ilə 2000 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərar qanunsuz və əsassız olduğu üçün razı deyildir. Barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, onun barəsində inzibati protokol və inzibati tənbeh vermə haqqında qərardan ümumiyyətlə xəbəri olmamışdır. Onun tərəfindən heç bir inzibati xəta törədilməmişdir. O, protokolu görməmiş və yalnız Qaradağ rayon İcra şöbəsinə çağırılanda belə bir qərardan xəbəri olmuşdur. Həmin qərarda qeyd olunan tullantıların qalaqlanmasının onunla heç bir əlaqəsi yoxdur. Həmçinin heç bir araşdırma aparılmadan, inzibati xətanın həqiqətən onun tərəfindən törədilməsi sübuta yetirilmədən, o heç bir inzibati araşdırmaya dəvət olunmadan barəsində qərar qəbul olunmuşdur. Buda ona dəlalət edir ki, işin halları tam, hərtərəfli və obyektiv şəkildə araşdırılmamışdır. Bu hal da inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsasdır. Bu səbəbdən də həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 bildirmişdir ki, qərar qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Qərarı müdafiə etdiyini və şikayətin rədd edilməsini xahiş etmişdir. X3 işin baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qərarın ləğv edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 61.3-cü və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında materiala işdə iştirak edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 22 iyun 2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-13/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-13/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver