Məhkəmə qərarları › İş №3(002)-13/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-13/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-13/2025 03.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Şikayət verən şəxs Seyidov Elvin oğlu etibarnamə üzrə nümayəndəsi və vəkili X1, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X5 iştirakları ilə, X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 03 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 03 dekabr 2024-cü il tarixli inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 direktoru olduğu "xxxx" MMC Kommersiya və sənaye avadanlıqları təchizatçısı biznesi İlə məşğul olur. X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cİ maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında qərarla 3000 (üç min) manat cərimələnmişdir.Qərara əsasən "xxxx" MMC-nin direktoru X14vı işçini “Əmək və məşqulluq” alt sistemində qüvvəyə minmədən müəyyən edilmiş İşlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyətə cəlb edilmişdir.Barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərarda şəxsin təqsirli bildiyi əməli konkret olaraq sadalamamış və formal yanaşma tərzi göstərmişdir.Yuxarıda qeyd olunandan başqa, inzibati xətanın törədilməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq İsə inzibati tənbeh vermiş səlahiyyətli orqanm üzərinə düşür. Hər hansı bir şəxs barəsində İnzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanm ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispüzisiyasmda nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsiriiliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmis səlahiyyətli orqanın üzərinə düsür. Çünki barəsində protokol tərtib edilmiş səxs sübut etməli deyildir ki. inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyİni sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyİni sübut etməlidir ki, təqsirli sayılmasın". İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasmı, İnzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş İnzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasım müəyyən etmişdir. Lakin yuxarıda qeyd olunanlardan da göründüyü kimi inzibati orqan fiziki şəxsin konkret təqsirini müəyyən etmədən və müvafiq sübutlar olmadan barəsində qanunsuz və əsassız inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir ona görə də qeyd olunan qərarım ləğv olunması zərurəti meydana gəlmişdir. "İnzibati xətanın anlayışından bəhs edilən İXM-nm İ2~ci maddəsinə əsasən həmin Məcəllə İlə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur.Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı iisuila, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi (bu hissə xüsusi qaraldılıb) və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir" Lakin bunun üçün təqsir sübut olunmalıdır. Çünki AR İXM-nin 8.1.-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə İcraat aparılan şəxsin təqsiri bu İXM-i ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı İlə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. AR İXM-nin 8.2. -ci maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, hesab edirik ki, İXM-nin 53.0 maddəsinin 53.0.1 .-ci bəndinə əsasən inzibati xəta hadisəsi olmadıqda və 53.0.2.-Cİ bəndinə əsasən isə inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respiblikasmm İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respiblikasmm İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.12-ci maddəsinə əsasən məhkəmədə verilən İddialarda inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş dövlət rüsumunun ödənilməsindən azaddırlar. Göstərilən əsaslara görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Mərkəzi Aran İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərar qanuni hesab edilə bilməz, bu səbəblə də həmin qərar əsasında verilmiş nəticələr ləğv edilməlidir. Məhkəmə iclasında X7 etibarnamə üzrə nümayəndəsi və vəkili X3 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin nümayəndəsi X11 xx.xx.2024-cü il tarixli MN ******* saylı qərarı müdafiə edərək şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə İcraat aparılan şəxsin, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 03 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və X7 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1 -ci maddəsi ilə olan inzibati xətə haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan MN ******* saylı, 03 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar görünür ki, “Construction Equipment Services" MMC-nin direktoru X10 tərəfindən fiziki şəxsləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb etmişdir.X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 3000 manat cərimə edilmişdir. iş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, "xxxx" MMC ilə X4 arasında müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsi bildirişinə əlavədən görünür ki, "Construction Equipment Services” MMC ilə X4 arasında müddətli emək müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalanmışdır. Azerbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və va ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və va ona dəyişiklik edilmiş hesab olunur və hüquqi aüvvəvə minir. Həmin maddə 13 avqust 2024-cü U tarixdə veni redaksiyada verilmiş və dərc edildiyi gündən aüvvəvə minmişdir. Əvvəlki redaksiyada deyilirdi ki, bu Məcəllənin 7-ci maddəsinin 2-1 -ci hissəsi və bu maddənin 1 -2-ci hissəsi iiə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin baäianılması. ona dəyişiklik edilməsi və va xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi aüvvəvə minir. Göründüyü kimi "Construction Equipment Services” MMC ilə X4 arasında müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə imzalandığından, həmin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin yeni redaksiyasında göstərilən halda hüquqi qüvvəyə minmiş hesab edilir. Bu səbəbdən əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmaması əmək qanunvericiliyinin pozulması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli {hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən ediimədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həil edilir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 53,1.2-ci maddəsinə əsasən, əməidə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası inzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 114-115, 128-130 və 192.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X7 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinin MN ******* saylı, 03 dekabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalara Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı şəhər İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar