Məhkəmə qərarları › İş №3(002)-1302/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1302/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1302/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi ilə, Şikayət vermiş şəxs X2 iştrakları ilə, X2, DİN-in BDYPİ-nin X1 tərəfindən qəbul edilmiş 11 iyun 2025-ci il tarixli, EQ 28494219 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 11 iyun 2025-ci il tarixli, EQ 28494219 nömrəli inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, şikayətçi Rauf Bədəlov DİN-nin BDYPİ-nin 11 iyun 2025-ci il tarixli, EQ 28494219 nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə o, əsassız olaraq, İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 1200 manat cərimə edilmişdir. Əsas kimi 11 iyun 2025-ci il tarixli EQ 28494219 nömrəli protokol və inzibati xəta haqqında işin digər materialları götürülmüşdür. Tərtib olunan protokola, inzibati xəta haqqında işin digər materiallarına görə, 11 iyun 2025-ci il tarixində 01:33-də M-2 yolunun 47,9 km-liyində Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı şəhəri istiqamətində “MAN TGX 18.440 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iri qabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində 1200 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də göründüyü kimi avtomobil yüklədiyi ərazidən 39 ton 670 kq çəki ilə 10 iyun 2025-ci il tarixdə saat 21:45 radələrində yüklədiyi ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 ton 460 kq çəki ilə 11 iyun 2025-ci il tarixdə saat 02:23 radələrində çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton 610 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobilləri üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə bir cərimə tətbiq edilmişdir. Buna görə də qərar ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin qeyd hissəsində göstərilir ki, bu Məcəllənin 124.5-ci maddəsində "yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallar" dedikdə dayanma və ya durma qaydalarını pozmuş nəqliyyat vasitəsinin mühafizə olunan duracağa aparılmamasının tıxac yaranmasına və digər nəqliyyat vasitələrinin və piyadaların hərəkətini mühüm dərəcədə məhdudlaşdırılmasına səbəb olduğu hallar başa düşülür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 123.1-ci maddəsində nəzərdə tutulmuş xətalar hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədildikdə və müvafiq icra hakimiyyət orqanının X1ndə inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat olmadıqda, həmin hüquqi şəxsə (dövlət qurumuna) səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bu barədə dərhal sorğu göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi X4 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə şikayətçi X6 və nümayəndənin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 11 iyun 2025-ci il tarixli EQ 28494219 nömrəli qərardan aydın olur ki, X6 11 iyun 2025-ci il tarixdə saat 01:33-də idarə etdiyi “MAN TGX 18.440 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M-2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 1200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən müşahidə edilir ki, 11 iyun 2025-ci il tarixdə saat 01:33-də “MAN TGX 18.440 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42610 kq olmuşdur. X2 şikayətə əlavə etdiyi 10 iyun 2025-ci il tarixli qəbzindən görünür ki, “MAN TGX 18.440 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin gün saat 21:45-də "xxxx" MMC-nin avtomobil tərəzisindən keçərkən ümumi çəkisi 39670 kq olmuşdur. 11 iyun 2025-ci il tarixli digər qəbzdən görünür ki, “MAN TGX 18.440 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi həmin gün saat 02:23-də "xxxx" MMC-nin avtomobil tərəzisindən keçərkən ümumi çəkisi 39460 kq olmuşdur. İş materiallarına əlavə edilmiş 06080/3-2024 nömrəli şəhadətnamənin surətində göstərilmişdir ki, "xxxx" MMC-nin avtomobili tərəzisi 13 iyun 2024-cü il tarixdə “X11 Sınaq” MMC tərəfindən yoxlanılaraq yararlı hesab edilmiş və növbəti yoxlama tarixi 13 iyun 2025ci il təyin edilmişdir. İş materiallarına əlavə edilmiş ÖVY0004527/24 nömrəli şəhadətnamənin surətində göstərilmişdir ki, "xxxx" MMC-nin avtomobil tərəzisi 28 noyabr 2024-cü il tarixdə “Azərbaycan Metrologiya İnstitutu” X7 tabelıiyində olan C tipli inspeksiya xidməti göstərən orqanı tərəfindən yoxlanılaraq yararlı hesab edilmiş və növbəti yoxlama tarixi 28 noyabr 2025-ci il təyin edilmişdir. Məhkəmə həmin qəbzlərə münasibətdə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş hər iki avtomobil tərəzisinin müvafiq sertifikatlara (şəhadətnamələrə) malik olması sübuta yetirilsə belə, yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verdikdən əvvəl və sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halları istisna olunmur. Həmçinin M-2 47,9 km, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir. Çünki 11 iyun 2025-ci il tarixli EQ 28494219 nömrəli elektron qərara əlavə edilən foto şəkillərdən də göründüyü kimi 11 iyun 2025-ci il tarixdə saat 01:33-də X2 idarə etdiyi “MAN TGX 18.440 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi qeyd edilən “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəfindən hərəkət halında ölçülmüşdür. Lakin "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli qəbzlərdən “MAN TGX 18.440 YÜK” markalı “**-JV- ***” dövlət qeydiyyat nişanlı avtomobilin məhz həmin yüklə real olaraq ölçülməsi sübut olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 11 iyun 2025-ci il tarixdə saat 01:33-də idarə etdiyi “MAN TGX 18.440 YÜK” markalı “**-JV-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında il ərzində təkrar idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 11 iyun 2025-ci il tarixli, EQ 28494219 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X3 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, X6 şikayət ərizəsində 11 iyun 2025-ci il tarixli, EQ 28494219 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarla texniki yanlışlığa yol verərək Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1200 manat cərimə edildiyini bildirmişdir. Lakin R.R.Bədəlov tərəfindən şikayətə əlavə edilən EQ 28494219 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərardan və fotoşəkillərdən görünür ki, o, əslində 11 iyun 2025-ci il tarixli, EQ 28494219 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1200 manat cərimə edilmişdir. Odur ki, R.R.Bədəlovun şikayət ərizəsində onun Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə deyil, İXM-nin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildiyini qeyd etməsi hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin 11 iyun 2025-ci il tarixli, EQ 28494219 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar