Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1304/2020 02.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, ünvan 1 mənzil 25 ünvanında qeydiyyatda olmaqla yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 38-ci Polis bölməsindən daxil olmuş “cinayət işi başlanmasının rədd edilməsi barədə” xx xxxxxxx 2020-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx xxxxxxx 2020ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə X2 qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci PB-nin sahə inspektoru polis kapitanı X6 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, vətəndaş Şəxs əməlində cinayət tərkibi olmadığından xx.xx.2020-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, bundan sonra izahatı alınmış və törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini qeyd edib, çıxışında bildirmişdir ki, ünvan 1 mənzil 25 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə axşam saatlarında Yasamal rayonundan evə gəlmək üçün əl edərək taksi saxlatmış və onu Sahil qəsəbəsinə gedib qayıdacağı müqabilində ona 30 manat verəcəyini bildirmişdir. Sahil qəsəbəsinə çatdıqda sürücüyə 100 manatı olduğunu və xırdalamasını demiş, o isə 20 manatı olduğunu və 100 manatı xırdalaya bilməyəcəyini bildirmişdir. O sürücüdən 20 manat alıb və danışmaq üçün mobil telefonu istəmiş, sürücü telefona ona verdikdən sonra isə pulu xırdalayıb telefonla danışadanışa ondan uzaqlaşaraq onu orada gözləməsini bildirmişdir. Sonra ondan uzaqlaşıb ara küçə ilə qaçıb getmiş, həmin vaxt telefona çox sayda zəng gəldiyi üçün telefonu sındıraraq orada olan əraziyə tullamış sonrada yaşadığı evə getmişdir. Son olaraq əməlindən səmimi peşmançılıq çəkdiyini qeyd edib barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında çıxışında göstərmişdir ki, özünə məxsus Mercedes 200 markalı **-GK-*** dövlət nömrə nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 19:00 radələrində Yasamal rayonu Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman bir nəfər şəxs ona saxla işarəsi vermiş, o da avtomaşını saxladıqda həmin şəxs Qaradağ rayonu Sahil qəsəbəsinə gedib qayıdacağı müqabilində ona 30 manat verəcəyini bildirmişdir. O da razılaşaraq həmin şəxsi Sahil qəsəbəsinə gətirmiş, sonuncu ona 20 manat verərək xırdalamağını bildirdikdə onun pulunu xırdalamış sonra, 100 manatı xırdalamasını bildirdikdə onun o qədər xırda pulu olmayacağını cəmisi 20 manat pulu olduğunu demiş, həmin şəxs də ona 20 manat pulu verməsini qayıtdıqda isə pulun hamısını bir yerdə qaytaracağını bildirmiş, o da həmin şəxsə inanaraq 20 manat pulu və danışmaq adı ilə istədiyi “Nokia” markalı içərisində ***-***-**-** saylı olan nömrə olan mobil telefonu götürərək çıxıb getmişdir. Təxminən 40 dəqiqə gözləmiş, lakin hımin şəxs qayıdacağına söz versə də geri qayıtmayaraq ona qarşı dələduzluq etdiyini bildimişdir. Həmçinin bildirmişdir ki, “Nokia” markalı mobil telefon aparatını təxminən 15 il əvvəl 150 manata “almışdır. Son olaraq Şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən sonuncudan şikayətçi olduğunu və sonuncu barəsində həbslə əlaqədar cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx xxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş E.Ə.Bəyalıyevin müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan hadisəni törətmiş Şəxs barəsində inzibati qaydada ölçü götürülməsi üçün toplanmış material aidiyyəti üzrə göndərilmişdir. xx xxxxxxx 2020-ci il tarixli, AZA № 009830 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq həmin tarixdə saat 21:10-dan məhdudlaşdırılmış, xx xxxxxxx 2020-ci il tarixdə saat 10:05-də azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-cü maddəsinə əsasən bu məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs X1 20 manat pulunu və “Nokia” markalı mobil telefonunu dələduzluq yolu ilə ələ keçirərək ona ziyan vurmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM-32.1.1), məsuliyyəti ağırlaşdıran halın müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, həbsetmənin əvvəli tutulduğu tarixdən yəni, xx xxxxxxx 2020-ci il tarixdən saat 14:05-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Şəxs xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək tutulma altında saxlandığı cəmi 01 (bir) gün müddət ona təyin edilmiş 20 (iyirmi) gün müddətinə həbs növündə tənbeh tədbirindən çıxılmaqla, onun üzərində qəti olaraq 19 (on doqquz) gün müddətində həbs növündə tənbeh tədbiri saxlanılsın. Həbsetmənin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən saat 14:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ RPİ-nə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1304/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1304/2020
02.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver