Məhkəmə qərarları › İş №3(002)-1304/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1304/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1304/2025 01.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlu, X1 barəsində, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ 26542035 saylı, xx.xx.2025-ci il tarixli və EQ 27700564 saylı, xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsinə dair şikayətinə baxaraq, M ü ə y y ə n e t d i m: X2 barəsində, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ 26542035 saylı, xx.xx.2025-ci il tarixli və EQ 27700564 saylı, xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsi barədə şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayətlə bağlı iş materialları öyrənilərkən materiala baxılmasının qeyri-mümkün olduğu müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli plenium qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İş materialları araşdırılarkən Baş Dövlət Yol Polisi İdarəsinin EQ 26542035 saylı, xx.xx.2025-ci il tarixli qərarında inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazi hüdüdlarında baş vermədiyi, Şabran rayonu, Mollakamllı kəndində baş verdiyi müəyyən edilmişdir. Bundan başqa Baş Dövlət Yol Polisi İdarəsinin EQ 27700564 saylı, xx.xx.2025-ci il tarixli qərarından isə şikayət verilməsi müddəti ötmüşdür. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1-57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: X1, barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş EQ 26542035 saylı, xx.xx.2025-ci il tarixli və EQ 27700564 saylı, xx.xx.2025-ci il tarixli qərarların ləğv edilməsinə dair şikayəti geri qaytarılsın. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar