Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1307/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 08 iyun 2025-ci il tarixli, EQ 28425477 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin 08 iyun 2025-ci il tarixli, EQ 28425477 saylı qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 verdiyi şikayəti müdafiə edərək maddi durumu ilə bağlı məhkəmə iclaslarına gəlib-gedə bilmədiyini bildirərək qeyd olunan şikayətin yaşadığı əraziyə görə Qobustan rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və bu barədə məhkəməyə yazılı vəsatət təqdim etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş X6 İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmiş və qeyd olunan inzibati iş üzrə material məhkəməyə təqdim edilməmişdir. Məhkəmə, şikayət vermiş şəxsin vəsatətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməklə qeyd olunan iş mahiyyəti üzrə baxılması üçün yaşayış yeri üzrə Qobustan rayon məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Qobustan rayonu, Qobustan şəhərində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələblərindən aydın olur ki, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin 08 iyun 2025-ci il tarixli, EQ 28425477 nömrəli qərarından verdiyi şikayət yaşayış yeri üzrə baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1307/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1307/2025
30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver