Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1309/2024 06.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olan, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da Lökbatan qəsəbəsi, Qobu park YK, ev 22 ünvanının ərazisində ictimai qaydanı kobud surətdə pozmuş, yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru, X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da Lökbatan qəsəbəsi, Qobu park YK, ev 22 ünvanının ərazisində ictimai qaydanı kobud surətdə pozmuş, yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, onun evində 2 ədəd alman cins qrupuna aid olan itlər bəsləyir və onun azyaşlı oğlu bu itləri küçədə onların ictimai yerlərdə təhlükəsiz gəzdirilmə qaydalarına riayət etmədən gəzdirmişdir. İtin ağızlıq taxılmadan təhlükəli vəziyyədə gəzdirilməsindən sakinlər narahat olmuşdur. Dəfələrlə polis tərəfindən bu halın aradan qaldırılması üçün xəbərdarlıq edilməsinə baxmayaraq, eyni vəziyyət davam etmişdir. Əlavə olaraq, Şəxs narazılıq bildirən sakinlərə, asayişi bərpa etmək istəyən polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətmiş və ictimai qaydanı kobub surətdə pozmuşdur. Şəxs barəsində qanuni tədbirlər tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında göstərmişdir ki, hadisə baş verən gün qonşuları onu təhqir etmişdir. Lakin, o, söyüş söyməmiş, polisə qarşı hörmətsizlik etməmişdir. Hadisəyə səbəb olmuş həmin itlərin də ağızlığı daimi taxılmış vəziyyətdə olur. Məhkəmənin sualına cavab olaraq Şəxs bildirdi ki, polisin onu bölməyə aparmaq istədikdə, o, sadəcə olaraq özünün bölməyə gələcəyini bildirmiş, polis maşınında oraya getməkdən imtina etmişdir. Qeyd etdiklərini nəzərə alaraq, barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə o, qeyd etmişdir ki, polis əməkdaşlarının onun yaşadığı əraziyə yaxınlaşdığı gün təsadüfən itin ağızlığı taxılmamış olmuşdur. Polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilərkən hüquq və vəzifələri ona izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona qarşı fiziki təzyiq və zorakılıq göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi X4 bildirdi ki, Şəxs ailənin tək qazanc gətirən şəxsi olduğunu və uşaqlarını təkbaşına böyütdüyünü nəzərə alaraq, onun barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin rəisi polis mayoru Sabir Həsənova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 12 radələrində inzibati ərazidə xidmətdə olarkən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park yaşayış kompleksi 22 saylı binanın qarşısında bir nəfər şəxsin kobud və uca səslə ictimai qaydanı pozaraq ətrafında olan bina sakinlərinə nalayiq ifadələr işlətdiyi müşahidə edilmişdir. Polis əməkdaşları dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş və pozuntunun qarşısını almağa, şəxsi nizamintizama dəvət etməyə çalışsalar da, həmin şəxs qanuni tələblərə məhəl qoymayaraq qanunsuz əməllərini davam etdirmişdir. Həmçinin, həmin şəxs qeyri-etik şəkildə səs-küy salaraq nümayişkaranə şəkildə ictimaiyyət qarşısında polisin nüfuzuna xələl gətirməyə çalışmışdır. Bütün baş verənlər tərəflərindən videoçəkiliş vasitəsilə qeydə alınmışdır. Dərhal cəmiyyət qarşısında polisləri heçə sayaraq qanunsuz əməllərini davam etdirən şəxs oğlu Murad Quliyevin iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət edildi. Şöbədə məlum olmuşdur ki, inzibati pozuntunu törətmiş şəxs xx.xx.1968-ci ildə Zəngilan rayonunda doğulmuş, subay, Zəngilan rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan Şəxsdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da Lökbatan qəsəbəsi, Qobu park YK, ev 22 ünvanının ərazisində ictimai qaydanı kobud surətdə pozmuş, yaxınlaşan polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir İş materiallarında olan 1 ədəd CD diskə əlavə edilmiş görüntülərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da Lökbatan qəsəbəsi, Qobu park YK, ev 22 ünvanının ərazisində ictimai qaydanı kobud surətdə pozaraq sakinlərin ünvanına ucadan qeyri-etik ifadələr səsləndirir, ona yaxınlaşan polis əməkdaşlarının onu nizam-intizama dəvət etməsinə məhəl qoymayaraq, onların qanuni tələbinə tabe olmamış, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli raport, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və protokol tərtib etmiş şəxsin izahatları, videogörüntü, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 12:00-da Lökbatan qəsəbəsi, Qobu park YK, ev 22 ünvanının ərazisində ictimai qaydanı kobud surətdə pozaraq, onunla eyni binada yaşayan sakinlərin ünvanına qeyri-etik ifadələr səsləndirərkən onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə tabe olmamış, onlarla bərabər polis şöbəsinə getməkdən imtina edərək etiraz nümayiş etdirmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona Həmin maddənin sanksiyası hədləri daxilində İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alnmaqla cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 200 ( iki yüz ) manat məbləğində inzibati cərimə edilsin. İş üzrə 01 ədəd CD disk iş materialında saxlanılsın. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1309/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1309/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver