Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1311/2024 06.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə rəisi X1, Zərəçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay,natamam ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 08 mart 2024-cü il tarixdə, saat 18.00 radələrində ünvan 1 ünvanında X7 itələyərək yerə yıxmış və ona dərəcəsi müəyyən edilməyən bədən xəsarəti yetirmişdir. Qeyd olunanlarla bağlı 17 aprel 2024-cü il tarixdə fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 06 may 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsinin sahə rəisi X2 bildirmişdir ki, Şəxs 08 mart 2024-cü il tarixdə, saat 18.00 radələrində ünvan 1 ünvanında əmisi arvadı X8 xəsarət yetirməsi ilə bağlı Qaradağ Rayon Polis İdarəsi 10-cu polis şöbəsində araşdırma aparılmış və fakt üzrə cinayət işinin başlanılması rədd edildikdən sonra material aidiyyəti üzrə ona verilmiş və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində xx.xx.2024cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir.Protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməyərək, bildirmişdir ki, o, Almaz Xəlilovanı vurmamış və heç bir xəsarət yetirməmişdir. 08 mart 2024-cü il tarixdə atası Rövşənlə əmisi Nazim həyətdə dava edərkən onları ayırmağa çalışmışdır.Buna görə də ekspertiza rəyi ilə razı deyil.Onun heç bir günahı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X10 bildirmişdir ki, , X9 onun qaynıdır.Onlar bir həyətdə ayrı ayrı evlərdə yaşayırlar.Rövşən evin kiçiyi olduğunu bildirərək evi onlardan almaq istəyir.Buna görə də daima münaqişələr yaratmağa çalışır. 08 mart 2024-cü il tarixdə səs gəldiyi üçün həyətə çıxmış Rövşənin orada olduğunu görmüş, evin yan tərəfinə qoyulmuş nərdivanın oradan götürüldüyünü görmüşdür.Rövşənə onlar yaşayan tərəfə keçməsinə iradını bildirmiş, Rövşən ona yaxşı etdiyini bildirmişdir.Bundan sonra səs-küy olduğu üçün həyat yoldaşı Nazim də həyətə çıxmış və Rövşənə nərdivanı hansı səbəbdən qoyulduğu yerdən götürlməsini soruşmuş, Rövşən ona söyüşlə cavab vermişdir.Bundan sonra onların arasında dava başlamışdır.O həmin vaxt Rövşən və Nazimi ayırmağa çalışmışdır.Bundan sonra Rövşənin oğlu Rəşad hadisə yerinə gəlmiş və onu itələyərək yaxınlıqda olan xəndəyə salmışdır.Hadisə zamanı o, burnundan və qolundan xəsarətlər almışdır.Şəxs şikayətçidir və onunla barışmaq niyyəti yoxdur.Ona ciddi cəza verilməsini xahiş edir. İş materiallarında olan 17 aprel 2024-cü il tarixli qərardan görünür ki, X4, X3 və X5 müraciətləri əsasında toplanılmış materiallar üzrə cinayət işinin başlanılması rədd edilmiş və Şəxs, X3 və X6 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərə tutulmuş inzibati xəta olduğu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə tibbi ekspertizası və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsinin 181 saylı 09 aprel-cü il tarixli rəyində görünür ki, X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər–burun, sol bazu, sol said nahiyyələrinin qançırı küt əşya (əşyalar) təsirindən 3-5 gün əvvəl törənmişlər, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və həm ümumilikdə həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf etməyərək, X8 heç bir xəsarət yetiməməsi barədə izahhat versə də , məhkəmə onun izahatına tənqidi yanaşaraq, özünü müdafiə məqsədilə verilmiş izahat kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Şəxs əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi iş materialları, zərərçəkmiş şəxsin izahatı və videogörüntü ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, ona inzibati həbs növündə tənbeh verilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 06 may 2024-cü il tarixdən, saat 16.35-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1311/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1311/2024
06.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver