Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1312/2021 22.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X4, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, 23 avqust 1987-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, keçid 1594, ev 30, mənzil 18 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 22.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədinə əsasən Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-221/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 14.01.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Nurlanın və 06.05.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş Daniellanın atası olması müəyyən edilmiş, cavabdeh Şəxs 14.01.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Nurlanın və 06.05.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş Daniellanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12.10.2002-ci il tarixdən başlayaraq hər ay ər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Buna baxmayaraq Şəxs heç bir üzürlü səbəb olmadan qeyd olunan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, qeyd olunan icra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hərhansı gəlir və əmlak aşkar edilməmişdir. Borclu icra sənədi üzrə tələbkarın xeyrinə mütəmadi ödənişlər etsə də, ödənilmiş məbləğlər tam olmadığından onun bu günə 2600 manat aliment borcu yaranmışdır. Borclunun olduğu yer müəyyən olunmadığından 08.10.2021-ci il tarixdə barəsində axtarış elan edilməsi haqqında qərar qəbul olunaraq aidiyyəti orqana göndərilmişdir. Borclu axtarış qərarına əsasən 22 oktyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq həmin gün Qaradağ rayon İcra şöbəsinə təhvil verilmiş, həmin tarixdə onun izahatı alınmış və o, izahatında icra sənədindən xəbərdar olduğunu, icra sənədi üzrə 2021-ci ildə ümumilikdə 1000 manat tələbkarın xeyrinə ödəniş etdiyini və ödənilməmiş qalan aliment borcunuda yaxın vaxtlarda tam ödəyəcəyini bildirmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında tələbkar X3 inzibati xəta haqqında materiala öz münasibətini bildirib qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-221/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 14.01.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Nurlanın və 06.05.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş Daniellanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12.10.2002-ci il tarixdən başlayaraq hər ay ər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq ona verilməli olsa da, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışdır. Borclu Şəxs icra sənədi üzrə 2021-ci ilin sentyabr ayında 700 manat, oktyabr 300 manat olmaqla ümumilikdə 1000 manat ödəniş etmiş, 2600 manat aliment borcu isə ödənilməmiş qalmışdır. İş məhkəmənin icraatına daxil olduqdan sonra ödənilməmiş qalan mövcud aliment borcuna görə borclu Şəxsla öz aralarında qarşılıqlı razılığa gəlmişlər. Hazırda Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alınaraq onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədindən xəbərdardır, maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini tam icra edə bilməmişdir. Buna baxmayaraq maddi imkanı çatdığı həddə tələbkarın xeyrinə icra sənədi üzrə 2021-ci ilin sentyabr ayında 700 manat və 2021ci ilin oktyabr ayında 300 manat olmaqla 2021-ci il üzrə tələbkarın xeyrinə ümumilikdə 1000 manat aliment ödəmişdir. Borcunu ödəməkdən yayınmır, əksinə öhdəliyini tam icra etmək niyyətindədir. Yaxın vaxtlarda qalıq qalan 2600 manat aliment borcunu və hər ay aliment məbləğini vaxtı-vaxtında ödəyəcəkdir. Belə ki, 3-4 ay olar ki “Loqistika” şirkətində maliyyə məsələləri üzrə direktor vəzifəsində işləməklə 500 manat rəsmi əmək haqqı alır, çatışmayan məbləğində əmək haqqısından tutularaq borcunun çatışmayan hissəsinə ödənilməsinə etiraz etmir. Həmçinin iş məhkəmənin icraatına daxil olduqdan sonra ödənilməmiş qalan mövcud aliment borcuna görə tələbkar ilə öz aralarında qarşılıqlı razılığa gəlmişlər. Hazırda tələbkarın ona qarşı heç bir şikayət və tələbinin olmadığını və göstəriliənləri nəzərə alaraq başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-221/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 14.01.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Nurlanın və 06.05.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş Daniellanın atası olması müəyyən edilmiş, cavabdeh Şəxs 14.01.2015-ci il tarixdə Bakı şəhərində doğulmuş Nurlanın və 06.05.2019-cu il tarixdə Bakı şəhərində doğulmuş Daniellanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 12.10.2002-ci il tarixdən başlayaraq hər ay ər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 16.08.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-221/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Borclunun axtarışı haqqında 08 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində axtarış elan edilmiş, qərar icra edilməsi üçün Bakı şəhər Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Qaradağ Rayon Polis İdarəsi tərəfindən verilmiş 22 oktyabr 2021-ci il tarixli, 069- 18088-1221 nömrəli məktubdan görünür ki, Şəxs yeri müəyyən edilərək Qaradağ rayon İcra Şöbəsinə təqdim edilmişdir. X3 tərəfindən verilmiş 24 sentyabr 2021-ci il tarixli qəbzdən görünür ki, o, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-221/2021 saylı, 03 avqust 2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 700 manat aliment pulu almışdır. ödəniş qəbzinin surətindən görünür ki, Şəxs 12 oktyabr 2021-ci il tarixdə 50 manat, 13 oktyabr 2021-ci il tarixdə 50 manat, 20 oktyabr 2021-ci il tarixdə 200 manat, olmaqla tələbkar X1 xeyrinə ümumilikdə 300 manat məbləğində ödəniş edilmişdir. Şəxs barədə sorğu kartoçkasından görünür ki, Şəxs “Loqistika” şirkətində maliyyə məsələləri üzrə direktor vəzifəsində işləməklə 492 manat rəsmi əmək haqqı alır. Məhkəməyə təqdim edilmiş və inzibati xəta haqqında materiala əlavə edilmiş tələbkar X3 tərəfindən tərtib edilmiş 22.10.2021-ci il tarixli ərizədən görünür ki, o, icra sənədi üzrə borclu Şəxs ilə mövcud aliment borcunun ödənilməsi ilə bağlı aralarında razılığa gəlmişlər. Ona görə də, sonuncuya qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Qeyd olunan maddənin tələbindən göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə inzibati məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə inzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, barəsində inzibati icraat aparılan şəxs izahatında könüllü olaraq öz iş yeri barədə məlumatlar verməklə, mövcud borcun onun əmək haqqına yönəldilməklə icra sənədinin icrasının təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Belə olan halda Azərbaycan Respublikası “İcra Haqqında” qanununun 43-cü maddəsinin tələblərinə uyğun olaraq icra məmuru tələbin borclunun əmək haqqına yönəldilməsi kimi üzərinə qanunvericiliyin imperativ olaraq qoyduğu vəzifələri yerinə yetirmədən, birbaşa olaraq borclu barəsində əsassız inzibati xəta haqqında protokol tərtib etməklə baxılması üçün məhkəməyə göndərmişdir. Həmçinin borclu Şəxs könüllü olaraq borcun onun əmək haqqında yönəldilməsi barədə xahişi, onun hərəkətlərinin icra sənədinin üzrsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməməli, əksinə icra sənədinin icra olunmasında maraqlı olmasını göstərən faktor kimi nəzərə alınmalıdır. Digər tərəfdən tərəflərin məhkəmə baxışı zamanı vermiş olduqları izahatlardan və tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən də məlum olur ki, qeyd olunan icra sənədi üzrə borclu Şəxs tələbkar M.Salahova ilə razlıq eldə etmiş və sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş 22.10.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1312/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1312/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver