Məhkəmə qərarları › İş №3(002)-1313/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1313/2022

18.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1313/2022 18.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X4, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 16 iyul 1989-cu ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Masallı rayonu, Sığıncaq kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 18 oktyabr 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 16 avqust 2022-ci il tarixdə qonşusu X2 döyümüşdür. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X7 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis baş leytenantı X7 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis kapitanı Vəkilov Ramin Yusif oğlunun 25 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, çıxarılmış qərar barədə işdə maraqlı tərəflərə məlumat verilməsi və qərarın surətinin qeyd olunan hadisəni törətmiş Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci PB-na həvalə edilməsi, materialın saxlanılması üçün Qaradağ RPİnin 38-ci PB-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, protokolu gec tərtib etməsinin səbəbi inzibati xəta törətmiş Şəxs çağırışlara gəlməməsi olmuşdur. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X3 öz izahatında bildirmişdir ki, Şəxs ilə eyni həyəti paylaşmaqla yaxın məsafədə yaşayırlar və aralarında uzun müddətdir ki, münaqişə yaşanır. 16 avqust 2022-ci il tarixdə Pərvanəgilin evindən səs gəldiyi görüb onlara yaxınlaşmış, onların evlərində təmir işləri getdiyini, iki nəfər ustanın orda işlədiyini görüb onlara evə ziyan vurduqları üçün iş görməmələrini bildirmişdir. Ustalara hal-hazırda bu mülkiyyətlə bağlı aralarında problem yaşadığını və məhkəmədə işləri olduğunu bildirmişdir. Elə bu zaman Şəxs yaşadığı evdən çıxaraq onun üstünə gəlmiş və onu şillə ilə vurmuşdur. O da 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bütün bunları nəzərə alaraq Şəxs barəsində inzibati qaydada tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, hadisə baş verən gün, yəni 16 avqust 2022-ci il tarixdə yaşadığı evdə olub. Evlərinə kamera yerləşdirmək üçün bir nəfər və əlavə iki usta dəvət edibmiş. Evlərində təmir getdiyini görən qonşusu X3 ustlara yaxınlaşıb təmiri dayandırmalarını, əks təqdirdə polisə xəbər verəcəyini bildirmişdir. O da Mahmudova Ülviyyəyə yaxınlaşaraq ondan nə istədiyini soruşmuş, bu zaman Ülviyyə ona qarşı nalayiq ifadə işlətmişdir. O da əsəbiləşərək Ülviyyəni şillə ilə vurmuşdur. Ülviyyə onu vurmaq istədikdə isə özünü müdafiə etmişdir. O, hal-hazırda himayəsində dörd azyaşlı uşağı olduğuna görə və əməlində inzibati xəta tərkibi olmadığına görə məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 Qaradağ rayon şöbəsinin 19 avqust 2022-ci il tarixli, 592 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş X1 bədənində aşkar edilmiş xəsarətlər-sol qaşüstü, sol qaş və sol gözaltı nahiyələrinin sıyrıqları, sol bazu nahiyənin qançırı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən iki-dörd gün əvvəl törənmişlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxsnun əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, ailə vəziyyətini və şəxsiyyətini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar