Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1315/2024 24.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Şəxs ASC barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs ASC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala və 24 aprel 2024-cü il tarixli, EP seriyalı, ******* saylı inzibati xəta haqqında protokola əsasən, Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-1100/019/003061 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, 2023-cü il üzrə sərhəd gömrük orqanı tərəfindən VAİS proqram təminatı üzərindən təyinat gömrük orqanı Bakı Baş Gömrük İdarəsi seçilmiş malın qeydiyyat kodlarının (barkod) təhlili həyata keçirilmiş, təhlil zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs ASC ( VÖEN: **********) tərəfindən dəmir yolu vasitəsilə idxal olunmuş və Yalama gömrük postu tərəfindən xx.xx.2023-cü il tarixdə **********00576, xx.xx.2023-cü il tarixdə **********02117, 06.12.023-cü il tarixdə **********00852 və xx.xx.2023-cü il tarixdə **********05643 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər Bakı Baş Gömrük İdarəsinə yönləndirilməsinə baxmayaraq, həmin yüklərin gömrük rəsmiləşdirilməsi məqsədilə həmin yüklərə dair idxalatçı tərəfindən gömrük orqanına gömrük bəyannaməsi təqdim edilməmişdir. Qeyd edilən faktla bağlı əlavə olaraq müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən barkodlardan əlavə xx.xx.2023- cü il tarixdə **********03293, xx.xx.2023-cü il tarixdə **********02634, xx.xx.2023-cü il tarixdə **********04118, **********04120 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər Bakı Baş Gömrük İdarəsinə yönləndirilməsinə baxmayaraq, həmin yüklərin gömrük rəsmiləşdirilməsi məqsədilə həmin yüklərə də dair Şəxs ASC tərəfindən gömrük orqanına gömrük bəyannaməsi təqdim edilməmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs ASC tərəfindən xx.xx.2023cü il tarixdə **********05643 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə **********6362 sorğu nömrəli gömrük bəynnaməsilə xx.xx.2023-cü il tarixdə **********03293 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə **********8840 sorğu nömrəli gömrük bəyannaməsilə, xx.xx.2023-cü il tarixdə **********02634 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə **********8904 sorğu nömrəli gömrük bəyannaməsilə xx.xx.2023-cü il tarixdə **********04118, **********04120 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə **********8946 sorğu nömrəli gömrük bəyannaməsilə xx.xx.2023-cü il tarixdə **********00576 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə **********7933 sorğu nömrəli gömrük bəyannanməsilə , xx.xx.2023-cü il tarixdə **********02117 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə **********0711 sorğu nömrəli gömrük bəyannaməsilə və xx.xx.2023-cü il tarixdə **********00852 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə **********6982 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən 15 (on beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməli halda, qeyd edilən yüklərə aid gömrük bəyannaməsi gömrük orqanına təqdim edilməmişdir. Qeyd olunanlara əsasən, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və inzibati xəta haqqında protokolu tərtib edən orqan işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki Şəxs ASC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Belə ki, məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs ASC ünvanına xx.xx.2023-cü il tarixdə **********05643 nömrəli malın qeydiyyat kodu verilmiş 53643714, 59443317, 97278436, 53642518, 53647756 nömrəli vaqonlarla gələn mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi (**********6362 sorğu nömrəli gömrük bəyannaməsi) Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1315/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1315/2024
24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver