Məhkəmə qərarları › İş №3(002)-1315/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1315/2025

03.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1315/2025 03.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş 22 may 2025-ci il tarixli, EQ 28097632 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş 22 may 2025-ci il tarixli, EQ 28097632 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ARDİN Baş X9 İdarəsinin EQ 28097632 saylı elektron qərarına əsasən hərəkət halında çəki ölçmə nəzarət sistemi Kistler 9835 A M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən müəyyən edilmişdir ki, M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqaməti xx.xx.2025-ci il tarixində, saat 14:17-də X7 1840 LS Yük markalı **-FB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi xx.xx.1973-cü il təvəllüdlü, Qazax rayonu, Xeyrımlı kəndində qeydiyyatda olan X4 tərəfindən Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə ilə iştirakı ilə aşkar olunmuş və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Şikayətə əlavə olunmuş ARKOZ X5 nəzarət bölməsinin xx.xx.2025-ci il tarixli ƏMTƏƏ nəqliyyat qaiməsindən göründüyü kimi yükün çəkisi 25080 kq, nəqliyyatın boş çəkisi 14660 kq, nəqliyyatın dolu çəkisi isə 39740 olduğu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisindəki elektron tərəzisi maşının yüklə birgə kütləsinin 42650 kq müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş 22 may 2025-ci il tarixli, EQ 28097632 saylı inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 və inzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və X1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən tərtib olunmuş 22 may 2025-ci il tarixli, EQ 28097632 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar