Məhkəmə qərarları › İş №3(002)-1318/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1318/2024

21.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1318/2024 21.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs ASC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəməyə təqdim edilmiş Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin 24 aprel 2024-ci il tarixli, 00100-00917/24 saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Bakı Baş Gömrük İdarəsinin Monitorinq şöbəsindən daxil olmuş 3-33-1100/019/003061 saylı xx.xx.2024-cü il tarixli raportun icrası ilə əlaqədar bildirmişlər ki, 2023-cü il üzrə sərhəd gömrük orqanı tərəfindən VAİS proqram təminatı üzərindən təyinat gömrük orqanı Bakı Baş Gömrük İdarəsi seçilmiş malın qeydiyyat kodlarının (barkod) təhlili həyata keçirilmiş, Təhlil zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan "X5" ASC (VÖEN:**********) tərəfindən dəmir yolu vasitəsilə idxal olunmuş vǝ Yalama gömrük postu tərəfindən xx.xx.2023-cü il tarixdə **********00576. xx.xx.2023-cü il tarixdə **********02117, xx.xx.2023-cü il tarixdə **********00852 vǝ xx.xx.2023-cü il tarixdə **********05643 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər Bakı Baş Gömrük İdarəsinə yönləndirilməsinə baxmayaraq, həmin yüklərin gömrük rəsmiləşdirilməsi məqsədilə həmin yüklərə dair idxalatçı tərəfindən gömrük orqanına gömrük bəyannaməsi təqdim edilməmişdir. Qeyd edilən faktla bağlı əlavə olaraq müəyyən edilmişdir ki, yuxarıda qeyd edilən xx.xx.2023-cü il tarixdə barkodlardan əlavə xx.xx.2023-cü il tarixdə **********03293, **********02634, xx.xx.2023-cü il tarixdə **********04118, **********04120, nömrəli malın qeydiyyat kodu verilmiş yüklər Bakı Baş Gömrük İdarəsinə yönləndirilməsinə baxmayaraq, həmin yüklərin gömrük rəsmiləşdirilməsi məqsədilə həmin yüklərə də dair "X5" ASC tərəfindən gömrük orqanına gömrük bəyannaməsi təqdim edilməmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, "X5" ASC tərəfindən xx.xx.2023cü il tarixdə **********05643 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə **********6362 sorğu nömrəli gömrük bəyannaməsilə, xx.xx.2023-cü il Tarixdə **********03293 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə xx.xx.2023-cü bayannaməsilə **********8840 **********02634 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə bəyannaməsilə, xx.xx.2023-cü il tarixdə **********8904 **********04118, **********04120, nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cu il tarixdə **********8946 sorğu nömrəli gömrük bəyannaməsilə, xx.xx.2023-cü il tarixdə **********00576 nömrəli malın qeydiyyat kodu verilmiş yükler xx.xx.2024-cü il tarixdə **********7933 sorğu nömrəli **********02117 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə gömrük bayannaməsilə, xx.xx.2023cü il **********0711 sorğu nömrəli gömrük bəyannaməsilə **********00852 nömrəli malın qeydiyyat kodu verilmiş yüklər xx.xx.2024-cü il tarixdə vǝ xx.xx.2023-cü il tarixdə **********6982 sorğu nömrəli gömrük bəyannaməsilə bəyan olunmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə getirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük organına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bununla da, yuxarıda qeyd edilən tarix intervalları nəzərə alınaraq "X5" ASC tərəfindən idxal edilmiş mallara dair gömrük bəyannaməsi Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına verilməmişdir. Belə ki, "X5" ASC-nin ünvanına gələn malların ayrı-ayrı vaxtlarda gəlməsi həmin ASC-nin daha çox inzibati xəta törətməsidir. Beləliklə də, Azerbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən "X5" ASC-nin ünvanına gələn malların ayrı-ayrı vaxtlarda gəlməsi yuxarıda qeyd edilən pozuntu hallarının bir fakt kimi qiymətləndirilməsini istisna edir. Beləliklə də, aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, "X5" ASC-nin ünvanına xx.xx.2023-cü il tarixdə **********04118, **********04120 nömrəli malın qeydiyyat kodları verilmiş 93475291, 97326094 nömrəli vaqonlarla gələn mallara dair gömrük orqanına verilməli olan gömrük bəyannaməsi (**********8946 sorğu nömrəli gömrük bayannaməsi) Azərbaycan Respublikası Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə gömrük orqanına təqdim edilməmiş və bununla da, "X5" ASC tərəfindən gömrük bəyannaməsinin təqdim edilməsi müddəti pozulmuşdur. Nəticədə "X5" ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt 3-33-1100/019/003061 saylı xx.xx.2024-cü il tarixli raport, "X1 Sistemi" (VAİS) informasiya resursundan çıxarış, raport, hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X2 izahatı ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, Azərbaycan Respublikasının vətəndaşı X3 izahatında bildirmişdir ki, “**********8946 sorğu nömrəli gömrük bəyannaməsinin vaxtında verməməyimizə səbəb daşıma şirkəti ilə maliyyə məsələlərində razılıq əldə edə bilmədiyimiz olmuşdur, gömrük qaydalarının pozulduğunu etiraf edirik.” Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, Şəxs ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri, Qaradağ rayonu, ünvan 4 ünvanında qeydiyyatda olan Şəxs ASC 24 aprel 2024-cü il tarixli, 00100-00917/24 saylı protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onu surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar