Məhkəmə qərarları › İş №3(002)-1318/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1318/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1318/2025 19.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Füzuli rayonu, Horadiz şəhəri, Xanlar küçəsi, dalan 4, ev 6 qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Fizuli rayon Məhkəməsinin 2(064)-1629/2022 saylı, 29 noyabr 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan il ərzində təkrarən icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Fizuli rayon Məhkəməsinin 2(064)- 1629/2022 saylı, 29 noyabr 2022-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs 9.200 manat pulun iddiaçı Zərərçəkmiş şəxs Aslanovanın xeyrinə tutulması qət edilmişdir. Həmin iş baxılması üçün Qaradağ rayon İcra Şöbəsinə göndərilmiş, 17 aprel 2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrası haqqında bildirişlə borcluya göndərilmişdir. Borclu icra sənədi üzrə tələbləri yerinə yetirmədiyindən barəsində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 3(002)-3258/2024 saylı qərarına əsasən Şəxs olu İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək braəsində 08 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Borclunun yaşayış yeri məlum olmadığından 06 may 2025-ci il tarixdə barəsində axtarış haqqında qərar qəbul olunaraq icra olunması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Borclunun mülkiyyətində olan 8000 manat dəyərində olan avtomobili tələbkara verilmiş, 1200 manat borcu qalmışdır. Məhkəmə iclasının gedişində isə borclu tələbkara 300 manat ödəniş etmişdir. Buna görə də borclu barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə 19 iyun 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs öz izahatında bildirmişdir ki, borclu məhkəmə iclasının gedişində 1200 manat borcundan, 300 manat ödəniş etmiş, qalan borcunu isə növbəti ayın on beşinə qədər ödəyəcəyinə söz verdiyindən borclu ilə öz aralarında razılığa gəlmişlər. Odur ki, inzbati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Mülkiyyətində olan 8000 manat dəyərində olan avtomobili tələbkara verilmiş, 1200 manat borcu qalmışdır. Məhkəmə iclasının gedişində isə tələbkara 300 manat ödəniş etmişdir. Qalan borcunu isə gələn ayın on beşinə qədər ödəyəcəyinə söz verir. Hal-hazırda rəsmi və qeyri-rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik deyildr. Bundan başqa icra məmurunun çağırışlarından qəsdən yayınmamışdr. Həmçinin tələbkarla aralarında arazılığa gəldiklərini bildirərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də borclu icra sənədi üzrə qalan borcunu da qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və buna görə də iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Bundan başqa borclu məhkəmə iclasının gedişində 300 manat ödəniş etmiş və məhkəmə iclası gedişində tərəflər arasında borcun ödənilməsi ilə bağlı razılığa gəlinmiş, tələbkar ərizə ilə məhkəməyə müraciət edərək Şəxs ilə aralarında razılığa gəldiklərini, bu səbəbdən də sonuncunun inzibati məsuliyyətə cəlb olunmamasını xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-1. maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar