Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1320/2021 12.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC barəsində İXM-nin 234.0.1, 237.1, 237.2 və 271-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC-nin İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 237.2 və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Daxil olmuş 19 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görsənir ki, 15 oktyabr 2021-ci il tarixdə Şəxs MMC-nin Ələt qəsəbəsindəki istehsal sahəsində atmosfer havasına atılan tullanıların qarşısını almaq məqsədilə istifadə edilməməsi, qeyri-qanuni atmosferə tullantıların atılması və təhlükəli neft tullantılarının qeyri-qanuni qalaqlanması aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, idarənin 01 oktyabr 2021-ci il tarixli BD serialı 134№li sərəncamna əsasən Qaradağ rayonu xidməti ərzisində atmosfer havasının mühafizəsi, ətraf mühitin mühafizəsi, istehsal və məişət tullantıları haqqında qanunların və digər qanunvericilik aktlarının icrasına nəzarət məqsədilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən 15 oktyabr 2021-ci il tarixində reydlər keçirilən zaman Ələt qəsəbəsində yerləşən Şəxs MMC-yə məxsus neft məhsullarından müxtəlif məmulatların hazırlanması, müəssisənin fəaliyyəti zamanı yaranan tullantı qarışığın havanın birbaşa atmosfer havasına buraxılması, istehsal zamanı yaranan tullantıların birbaşa torpağın üst mühit qatına və ya yaranmış ovallara atılaraq torpağın neft və neft məhsulları ilə çirkləndirilməsi və həmin qarışıqlardan ayrılan iy-qoxunun ətrafa yayılması faktı aşkar edilmişdir. Faktla bağlı olaraq həmin istehsal sahəsinin rəhbəri (sahə rəisi) olduğunu bildirən Mahir adlı şəxsə verilən suallara cavab olaraq o bildirmişdir ki, qurğular olsa da hal-hazırda nasazlıq səbəbindən çalışdırılmır. Daha sonra həmin MMC-nin digər rəhbər şəxsləri ilə faktın araşdırılmasında iştirak etməsi məqsədilə telefon əlaqəsi saxlanılsa da onlar araşdırmada iştirak etməkdən və akta imza atmaqdan imtina etmişlər. Telefonda həmin müəssisənin həqiqətən də daimi olmasa da müvəqqəti fəaliyyət göstərdiyini bildirmişlər. O öz izahatında daha sonra göstərmişdir ki, inzibati araşdırmanın vaxtı və yeri barədə şirkətə lazimi qaydada məlumat verilmişdir və həmin araşdırmanın aparılmasına əsas 11 X1 və Təbii Sərvətlər İdarəsinə daxil olmuş anonim zəng olmuşdur. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Aztol-Alat MMCnin nümayəndəsi iştirak etməmiş, lakin Şəxs MMC-nin direktoru, Emil Məhərrəmov tərəfindən məhkəməyə rəsmi qaydada etiraz ünvanlamışlar. Həmin etirazda göstərilmişdir ki, tərtib edilmiş protokolla razı deyillər və aşağıdakı səbəblərə görə Şəxs MMC barəsində iş üzrə icraata xitam verilməlidir. Belə ki, 72365 841/19.10.2021 saylı, 19 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunur ki, Şəxs MMC tərəfindən Qaradağ rayonu ərazisində atmosfer havasının mühafizəsi, ətraf mühitin mühafizəsi, istehsalat və məişət tullantıları haqqında qanunların və digər qanunvericlik aktlarının icrasına nəzarət məqsədi ilə tərəfimizdən 15.10.2021-ci il tarixində reydlər keçirilən zaman Ələt qəsəbəsində yerləşən Şəxs MMC-yə məxsus Neft məhsullarından müxtəlif məmulatların hazırlanması müəssisəsinin fəaliyyəti zamanı yaranan tullantı qarşıq havanın birbaşa atmesfer havasına buraxılması istehsal zamanı yaranan tullantıların birbaşa torpağın üst münbit qatına və yaranmış ovallara atılaraq torğağın neft və neft məhsulu çirklənməsi və həmin qarşıqlardan ayrılan kəskin iyqoxunun ətrafa yayılması faktı aşkar edilmişdir. Faktla bağlı olaraq həmin istehsal sahəsinin rəhbəri olduğunu bildirən Mahir adlı şəxsə verilən suallara cavab olaraq bildirmişdir ki, qurğular olsa da hal-hazırda nasazlıq səbəbindən çalışmır. Daha sonra həmin MMC-nin digər rəhbər şəxsləri ilə faktın aşaşdırılmasında iştirak etməsi məqsədi iıə telefon əlaqəsi saxlanılsa da iştirak etməkdən və akta imza atmaqdan imtina edilmiş, lakin həmin müəssisənin fəaliyyətində həqiqətən də daima olmasa da fəaliyyət göstətrdiyini bildirmişlər. Aparılan araşdırma ilə əlqədar olaraq ərazidən çəkilmiş fotoşəkillər akta əlavə olunur. Bildirmişdir ki, həmin akt 19.10.2021-ci il tarixdə tərtib edilsə də həmin hadisənin 15.10.2021-ci ildə aşkar edildiyi göstərilmişdir. Göründüyü kimi akt sonradan tərtib edilmiş, həmin aktın tərtibində Şəxs MMC-nin nümayəndəsi ümumiyyətlə iştirak etməmişdir. Ona görə də aktda qeyd edilənlər həqiqəti əks etdirmir. Həmçinin tərtib olunmuş aktın məhz həmin əraziyə baxış keçirilən zaman tərtib olunub-olunmaması da sual altındadır. Bundan başqa aktdan görünür ki, guya Şəxs MMC-nin nümayəndəsi aktla tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. Lakin həmin aktın tərtib edilməsindən Şəxs MMC-nin heç bir məlumatı olmamışdır. Həmçinin idarənin həmin ərazidə yoxlama keçirmə səlahiyyəti və protokol tərtib etmək səlahiyyəti müəyyən olunmamışdır. Bundan əlavə protokolun tərtibi zamanı da kobud pozuntulara yol verilmişdir. Əvvəla protokolda qeyd edilir ki, 15.10.2021-ci il tarixində MMC-nin Ələt qəsəbəsindəki istehsalat sahəsində atmosfer havasına atılan tullantıların qarşısını almaq məqsədi ilə istifadə edilməməsi qeyri-qanuni atmosferə tullantıların atılması və təhlükəli neft tullantılarının qeyri-qanuni qalaqlanmasına görə Şəxs MMC İXM-nin 234.0.1, 237.1, 237.2, 271-ci maddlərində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokolda bu faktın 19.10.2021-ci il tarixli 72365 nömrəli aktla təsdiq edildiyi göstərilmişdir. Buradan görünür ki, hadisə 15.10.2021-ci ildə baş verib, bu isə 19.10.2021-ci il tarixli aktla təsdiq edilir. Buradan aydın olur ki, akt sonradan tərtib edilmişdir və tərtib edilmiş inzibati protokol da əsassızıdr. Qeyd olunan inzibati xətalar araşdırma tələb edir. Ona görə ki, atmosferə buraxılan zərərli maddənin həqiqətən də baş verib-verməməsini gözlə müəyyən etmək mümkün deyildir. Həmin inzibati xətanın araşdırılması üçün vaxt tələb olunur. Lakin inzibati xəta guya 15.10.2021-ci ildə aşkar edilmiş, həmin hadisə ilə əlaqədar 19.10.2021ci ildə (inzibati hadisənin törədildiyi vaxtda və yerdə deyil) akt tərtib edilmişdir. Həmçinin İXM-nin 234.0.1, 237.1, 237.2, 271-ci maddləri ilə inzibati xəta haqqında protokol tərtib edilməsi üçün araşdırmanın aparılması zəruridir. Çünki İXM-nin 234.0.1-ci maddəsi müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına görə məsuliyyəti nəzərdə tutur. Həmin sənədlərin təqdim edilməsi üçün onların iştirakının təmin edilməsinə görə MMC-yə məlumat verilməli idi. Lakin bunların heç biri edilmədən, iştirakları olmadan akt və onun əsasında protokol tərtib edilmişdir. Bu hallara digər maddələrlə inzibati protokol tərtib edilən zaman da riayət edilməlidir. Həmçinin müəssisə fəaliyyətini dayandırmışdır. Bununla bağlı da sənədləri təqdim etmək üçün onlara heç bir şərait yaradılmamış, iştirakları olmadan və qanunvericiliyin tələblərinə riayət edilmədən inzibati protokol tərtib edilmişdir. Tərtib edilmiş aktla və inzibati protokolla Şəxs MMC-nin inzibati xəta törətməsi sübut olunmur. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İXM-də nəzərdə tutulmuş hallarda eləcə də ətraf mühitin mühafizəsi sahəsində inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İnzibati araşdırılmanın aparılması üçün isə qərardad qəbul edilməli və həmin qərardadda İXM-nin 102.3-cü maddəsində qeyd edilmiş məlumatlar göstərilməlidir. İş materiallarından görünür ki, həmin qərardad ümumiyyətlə qəbul edilməmişdir. Əgər əlavə araşdırılmanın aparılmasına zərurət olmamışdırsa nəyə görə inzibati xəta haqqında protokol dərhal və ya ən geci iki gün müddətində tərtib edilməmişdir? Tərtib edilmiş 15-19.10.2021-ci il tarixli 72365 841/19.10.2021 saylı aktdan da görünür ki, qeyd olunan inzibati xətanın Şəxs MMC tərəfindən törədildiyini sübut etmək üçün araşdırmanın aparılması zəruridir. Əgər araşdırılma aparılmışdırsa qərardad qəbul edilməli və araşdırma da inzibati xətanın törədildiyi və ya aşkar edildiyi yerdə aparılmalı idi. Lakin bunların heç biri aparılmamış, əgər aparılmış olsaydı Şəxs MMC-nin məlumatı olardı. Göründüyü kimi inzibati araşdırmamın aparılması barədə qərardad mövcud deyildir. Həmin qərardad sonradan qəbul ediləcəyi halda isə protokolun tarixli ilə uyğunsuzluq olacaqdır. Bu da inzibati araşdırmanın düzgün aparılmadığını bir daha təsdiq edir. Göründüyü kimi həmin yoxlamanın keçirilməsi, istərsə də yoxlamadan sonra inzibati araşdırmanın aparılması barədə də Şəxs MMC-yə heç bir rəsmi və yaxud qeyri-rəsmi məlumat verilməmişdir. 02 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətlı nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməlidir. Lakin, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən bu normanın tələblərinə ümumiyyətlə riayyət edilməmişdir. Həmçinin Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017-ci il tarixli, 1361 nömrəli Fərmanına və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli, 02 may 2019-cu il tarixli fərmanlarına da həmin agentliyin protokol tərtib etmək və qərar qəbul etmək səlahiyyətinin olmadığı müəyyən edilir. Aşağıdakı maddələrə nəzər yetirsək hazırkı iş üzrə inzibati araşdırılmanın ardıcıllığını görə bilkərik. İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Həmin Məcəllənin 102.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardadda aşağıdakılar göstərilir: 102.3.1. qərardadın tərtib edildiyi yer və tarix; 102.3.2. qərardadı tərtib edən şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 102.3.3. inzibati xəta haqqında iş üzrə icraatı başlamaq üçün səbəblər və əsaslar; 102.3.4. inzibati xətaya görə inzibati məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi. Həmin Məcəllənin 102.4-cü maddəsinə əsasən inzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. Həmin Məcəllənin 102.5-ci maddəsinə əsasən inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Həmin Məcəllənin 102.6-cı maddəsinə əsasən inzibati araşdırma başa çatdıqda, inzibati xəta haqqında protokol tərtib edilir və ya inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanlara əsasən və İXM-nin 53.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN ******* 225/19.10.2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli inzibati protokolun etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, tərəfin izahatını, etirazı və iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, qeyd olunan inzibati əraziyə baxış keçirilməmiş, bu barədə akt tərtib edilərkən və sonradan inzibati pozuntu ilə bağlı protokol tərtib edilərkən barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı təmin edilməmiş, istər həmin əraziyə kənardan baxış zamanı, istərsə də protokolun tərtibi zamanı hüquqi şəxsə bu barədə hər hansı bir rəsmi məlumat verilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsinin nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə hansı əsaslarla yoxlama, yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olub-olmamasına dair sübutlar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 19 oktyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmiş və eləcə də protokolda göstərilən hüquqi şəxsin nümayəndəsi inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Lakin bununla bağlı protokolda heç bir qeyd öz əksini tapmamışdır. Bundan başqa protokolun surətinin barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinə verilməsi və ya hüquqi şəxsin ünvanına göndərilməsi barədə heç bir sübut əlavə edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsinə əsasən protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Bundan başqa iş materiallarına inzibati xətanın baş verdiyi yerin olduğu iddia edilən müəyyən fotoşəkillər əlavə olunmuşdur. Göründüyü kimi inzibati xəta müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokolda öz əksini tapmamaqla İXMnin 81.3-cü maddəsinin tələblərinə əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsində göstərilir ki, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 X1 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 19 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız sayılmaqla, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında 19 oktyabr 2021-ci il tarixli MN ******* saylı protokol əsassız hesab edilməklə, təqdim edilmiş inzibati material natamam olduğundan, yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1320/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1320/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver