Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1321/2023 07.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1971-ci ildə Qubadlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Qubadlı rayonu, Cibikli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1479/2016 saylı, 16 avqust 2016-cı il tarixli icra sənədinə əsasən Şəxs 34583,35 ABŞ dolları borcun tutularaq X5 ödənilməsi qət edilmişdir. Qeyd olunan borc ödənilmədiyi üçün Şəxs barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra şöbəsinin icra məmuru X6 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, borclu Şəxs icra sənədinin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını tam təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmünə əsasən Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Qeyd olunan hökmdən apellyasiya şikayəti verilsə də Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərarına əsasən Qaradağ rayon məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır. Borcluya icra sənədinin icrası ilə əlaqədar müvafiq qərar və bildiriş göndərilmiş, icra sənədinin icrası ilə bağlı müxtəlif tarixlərdə borcludan izahat alınmış və sonuncu izahatında icra sənədi üzrə hazırkı tarixədək yaranmış borcundan hal-hazıradək hissə-hissə olmaqla 7000 manat ödəniş etdiyini, qalan məbləği isə maddi vəziyyəti ilə əlaqədar olaraq işləyə bilmədiyi üçün tam ödəyə bilmədiyini bildirmişdir. Tələbkar isə həmin borcu hissə-hissə deyil, bir dəfəyə ödənilməsini tələb edir. Ona görə də göstərilənləri nəzərə alıb sonuncunun barəsində qanuna müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən cavabdehlər Şəxs və X7 34583,35 ABŞ dolları (ödənildiyi zaman manata məzənnə ilə) borcun alınaraq ona ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra vərəqəsi 24 aprel 2017-ci ildə verilmişdir. Halhazırki vaxtadək borcundan yalnız 3722 manat pul ödəmişdir. Hazırda qalan borcun tam şəkildə ödənilməsini tələb edir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilərək ağır cəzalandırılmasını xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra sənədi üzrə borclu olduğunu qəbul edir. Həmin borcla əlaqədar Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkmişdir. Heç bir yerdə işləmədiyindən borcun ödənilməsinə maddi vəziyyəti imkan vermir, lakin, ödəməkdə niyyətlidir. Qeyd olunanları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Apellyasiya Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən 24 aprel 2017-ci ildə verilmiş icra sənədinə əsasən cavabdehlər Şəxs və X7 34583,35 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatının məzənnəsi ilə alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir; İcraata başlama haqqında 02 may 2017-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 16 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən 24 aprel 2017-ci il tarixdə verilmiş icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir; Qaradağ rayon məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilmişdir. Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 15 aprel 2019-cu il tarixli qərarından görünür ki, Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Qaradağ rayon məhkəməsinin 05 sentyabr 2019-cu il tarixli qərarının surətindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Qaradağ rayon məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Qaradağ rayon məhkəməsinin 01 mart 2022-ci il tarixli qərarının surətindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-112/2019 saylı, 12 iyun 2019-cu il tarixli icra vərəqəsinə əsasən Şəxs tərəfindən “Mercedes Benz C 220 CDİ” markalı **-HE-*** qeydiyyat nişanlı avtomobili icra şöbəsinə təqdim etmədiyindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, işdə iştirak edən şəxslərin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 04 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, inzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta davam edən və ya uzanan inzibati xəta ola bilər. Belə ki, şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq, o, Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan müddət nəzərə alınmadan yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Lakin qanunverici Məcəllənin 9.2-ci maddəsində davam edən inzibati xətaya görə yenidən məsuliyyətə cəlb etmənin mümkünlüyünü aydın göstərsə də, uzanan inzibati xətalardan bəhs etməmişdir. Göstərildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş əməlin uzanan inzibati xəta kimi törədilməsi mümkündür. Belə olan halda hüquq tətbiqedici əməldə cinayət tərkibinin (qərəzli olaraq icra etməmə) olmadığını dəqiq müəyyən etdikdən sonra İnzibati Xətalar Məcəlləsinin ümumi prinsiplərini rəhbər tutaraq şəxsi yenidən inzibati məsuliyyətə cəlb edə bilər. Məhkəmə qeyd edir ki, qeyd olunan hal özlüyündə, icra məmurunun qanuni tələblərinin, ümumilikdə isə müvafiq icra vərəqəsinin icra olunmamasına gətirib çıxarmış borclu tərəfindən həmin hərəkətlərin edilməməsinin obyektiv və subyektiv səbəblərini, eləcə də müvafiq icraat zamanı icra məmuru tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əsasən lazımlı zəruri icra tədbirlərinin görülüb-görülməməsini araşdırmaqla, qarşılıqlı şəkildə tədqiq edilərək müəyyən edilməsini şərtləndirir. Belə ki, Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 8.2-ci maddəsinə icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Azərbaycan Respublikası “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirə salınmadan icra olunur. İnzibati məsuliyyətə səbəb olan məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi əməlini cinayət məsuliyyətinə səbəb olan məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə əməlindən fərqləndirən başlıca əlamət sonuncunun qərəzli olaraq törədilməsidir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Qaradağ rayon məhkəməsinin 09 yanvar 2019-cu il tarixli hökmünün surətindən görünür ki, Şəxs CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Göründüyü kimi Şəxs qeyd olunan əmələ görə cinayət məsuliyyətinə cəlb olunmuş və cəzasının çəkib qurtarmışdır. Məhkəmə iclasında da Şəxs tərəfindən borcun qəsdən ödənilməməsi öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, borclu məhkəmə aktının icrasından qərəzli şəkildə yayınmır, belə ki. onun əməlində tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma halları müəyyən edilməmişdir. Məhkəmə aktı əsasında müəyyən edilmiş borcunu ödəməyə niyyətli olsa da işsiz olması səbəbindən yaranmışborcu ödəyə bilməmişdir. Bundan əlavə inzibati iş materialında icra məmuru tərəfindən borclunun işlə təmin olunması üçün hər hansı müraciət müəyyən edilməmişdir. Odur ki, borclu Şəxs əməli qərəzli deyil, maddi imkanının olmaması səbəbindən icra edilmədiyi nəzərə alınaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati pozuntu törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 1 saata görə 6 (altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1321/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1321/2023
07.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver