Məhkəmə qərarları › İş №3(002)-1322/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1322/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1322/2021 29.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlu, Bakı şəhər X7 İdarəsinin Yol patrul xidməti inspektoru polis leytenantı X1 tərtib etdiyi 12 aprel 2020-ci il tarixli, İXP ******* saylı qərarından şikayətçi X4 tərəfindən verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş materiallara baxaraq, müəyyən etdim: X4 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər X7 İdarəsinin Yol patrul xidməti inspektoru polis leytenantı X3 tərəfindən qəbul edilmiş 12 aprel 2020-ci il tarixli, İXP ******* saylı nömrəli inzibati tənbeh vermə haqqında qərara xitam verilməsini xahiş etmişdir. İşin baxılmağa hazırlanması zamanı şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən şikayət aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3- cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli qərarına əsasən qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Göründüyü kimi, qanunvericilik səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət vermə qaydasını fiziki şəxsə münasibətdə fiziki şəxsin yaşayış yeri, hüquqi şəxsə münasibətdə isə hüquqi şəxsin ünvanının olduğu yer üzrə müəyyən etsə də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 04 noyabr 2020-ci il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydalara əsasən verilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, sözügedən material üzrə törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi Nəsimi rayon ərazisində baş vermişdir. Digər tərəfdən qeyd edilməlidir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X4 tərəfindən işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində baxılmasına dair vəsatət verilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.1 və 131.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aid olub olmaması həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X2 Bakı şəhər X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 12 aprel 2020-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 129 və132-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Bakı şəhər X7 İdarəsinin inzibati tənbeh vermə haqqında 12 aprel 2020-ci il tarixli, İXP ******* saylı qərarından verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar