Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1322/2023 24.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Əmiraslanova Lalə Əjdər qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qaradağ RPİ-nin X8 X7 Hadisələri üzrə baş inspektoru, polis leytenantı X2 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsinin 24 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 24 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsinin 24 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 24 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ polis baş leytenantı X4 xx.xx.2023-cü il tarixli TP ******* saylı qərar qəbul edilərək onu İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 40 manat məbləğində cərimə etmişdir. Belə ki, qərarda qeyd edilir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-da Bakı şəhəri, Sədərək TM ərazisində "Mercedes Benz C 1890 minik" markalı 99CY862 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxaraq manevr etmə nəticəsində yol hərəkət qaydalarını pozmuşdur. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş və “102” xidməti zəng mərkəzinə məlumat vermişdir. Lakin, heç bir araşdırma aparılmadan qərar qəbul edilərək 40 manat cərimə edilmişdir. Protokol tərtib edilərkən o, etiraz etsə də buna əhəmiyyət verilməmişdir. Belə ki, Sədərək ticarət mərkəzində idarə etdiyi maşına arabadan məişət əşyaları yığan zaman ona tərəf "Toyota Prius" markalı 01 CD-250 dövlət qeydiyyat nişanlı avtomaşının gəlməsini görüb maşını mümkün qədər kənara çəkmişdir. Həmin vaxt həmin avtomaşının sürücüsü telefonla sifariş qəbul etdiyi üçün onun maşınına fikir verməmiş və onun maşınının sol arxa buferinə dəyərək xəsarət yetirmişdir. Qayda pozuntusunu "Toyota Prius" markalı 01 CD-250 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü etmiş və yol hərəkət qaydası onun tərəfindən pozulmuşdur. Lakin əsassız olaraq o, cərimə edilmişdir. Göstərilənləri nəzərə alaraq Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsi tərəfindən qəbul edilmiş 24 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və əməlində xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 şikayəti müdafiə edərək, inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin X8 X7 Hadisələri üzrə baş inspektoru, polis leytenantı X4 hadisənin videogörüntülərini məhkəməyə təqdim edərək izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 14:00-da Bakı şəhəri, “Sədərək” TM ərazisində "Mercedes Benz C 1890 minik" markalı **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini saxladığı yolda hərəkət edən "Toyota Prius" markalı 01 CD-250 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə keçməsi üçün şərait yaradarkən, əksinə yolun hərəkət zolağının daralmasına səbəbkar olmuş, bununla da yolnəqliyyat hadisəsi baş vermişdir. Məhkəmə şikayət ərizəsini, təqdim olunmuş videogörüntünü və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 24 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İ.M.Soltanov 19 may 2023-cü il tarixdə, saat 14:00-da idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə xətasına yol vermiş və buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdətəqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İ.M.Soltanov barəsində 24 may 2023-cü il tarixdə İXP ******* saylı inzibati xəta haqqında elektron protokol tərtib edilmişdir. Həmin protokol əsasında 24 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və İ.M.Soltanov 19 may 2023-cü il tarixdə idarə etdiyi “Mercedes Benz C180” minik markalı **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə xətaya yol verməsi səbəbindən sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərardan verilmiş şikayətə məhkəmə tərəfindən baxılarkən müəyyən edilmişdir ki, İ.M.Soltanovun barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsində aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Belə ki, məhkəməyə təqdim olunmuş videogörüntüyə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, İ.M.Soltanov tərəfindən nəqliyyat vasitəsini əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə xətasına yol verməsi halı ümumiyyətlə müəyyən edilmir. Qeyd olunan yol nəqliyyat hadisəsi “Sədərək” TM-nin dayanacaq hissəsində baş vermişdir. Hadisənin baş verdiyi ərazidə hər hansı zolağın, yol nişanının olmasına rast gəlinmədiyi üçün baş vermiş hadisənin məhz İ.M.Soltanovun qanunazidd əməli nəticəsində törədilməsi kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilən səbəblərdən də, inzibati xəta haqqında protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsinin 24 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 24 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsinin 13 yanvar 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 24 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında işlə bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə, tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsinin 24 may 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş 24 may 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. İnzibati xəta haqqında işlə bağlı tam, hərtərəfli və obyektiv araşdırma aparılması üçün qərar Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin X8i Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1322/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1322/2023
24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver