Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1323/2023 10.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ rayon X4 Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1968-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 28 iyun 2023-cü il tarixdə saat 08:45 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində idarə etdiyi “Vaz 210430” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəza şəraiti yaratmış, nəticədə yolun kənarında dayanmış “Mercedes” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Araşdırma zamanı sürücünün avtomobili narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Qaradağ rayon X4 Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati protokolu tərtib etmiş şəxs Qaradağ rayon X4 Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X2 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 28 iyun 2023-cü il tarixdə saat 08:45 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində idarə etdiyi “Vaz 210430” markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəza şəraiti yaratmış, nəticədə yolun kənarında dayanmış “Mercedes” markalı, ** FE *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Araşdırma zamanı sürücünün avtomobili narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında əməlini etiraf edərək peşman olduğunu bildirmiş və barəsində daha yüngül inzibati cəza tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, müayinə nəticəsində Şəxs narkotik vasitədən istifadə nəticəsində sərxoşluq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsinə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.1 və 333.3-cü maddəsinə əsasən bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsi ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla sonuncuya İXM-nin 333.3-cü maddəsinin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 02 (iki) il nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 10 iyul 2023-cü il tarixdən, saat 11.20-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlama mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1323/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1323/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver