Məhkəmə qərarları › İş №3(002)-1324/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1324/2020

16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1324/2020 16.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X6 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1və 505ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-in 482.2 və 505-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş iş materialları xx xxxxxxx 2020-ci il tarixdə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında xx xxxxxxx 2020-ci il tarixli, 00100-1601/20 saylı protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, BBGİ-nin Əməliyyat və X3 şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə, ev 7, mənzil 76 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Türkiyə Respubiikasından 34BYA043/34BYM528 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş mallara xx.xx.2020ci il tarixdə “ipək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı 34BYA043/34BYM528 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9960 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan 2 ədəd "Miraqe" ticarət nişanlı çərçivəli süsə güzgülərin, 13 ədəd "Miraqe" ticarət nişanlı taxta karkaslı oturma mebellərin, 1 ədəd "Mirage" ticarət nişanlı Special Dresuar - paltar dolabı və 1 ədəd X13 adlı televizor altlığının, həmçinin qeyd olunan MMC-nin həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid təqdim etdiyi **********9952 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 34 ədəd bəyan edildiyi halda faktiki olaraq 33 ədəd olan uzunluğu 220 sm, eni 80 sm, qalınlığı 5 sm olan “Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin, 530 metr süpürgəlivin gömrük dəyərinin düzgün göstərilməməsinə dair əsaslı sübhə yaranmışdır. Həmçinin bəyan olunan mallardan əlavə gömrük orqanına bəyan edilməyən üzərində “X14 Gazlı Kutu” sözü yazılan hər biri 400 ml olmaqla 4 ədəd sorev, üzərində “X11 Köpük” sözü yazılan hər biri 750 ml olmaqla 23 ədəd sprev, üzərində “System door handle Giada HA110RQ11” sözü yazılan 19 ədəd qapı dəstəyi, üzərində “System door handle Tara HA161RQ11” sözü yazılan 1 ədəd qapı dəstəyi, üzərində “System door handle Aqate HA111RQ11” sözü yazılan 6 ədəd qapı dəstəyi, üzərində “System door handle Giada HA110RQ11N” sözü yazılan 2 ədəd qapı dəstəyi, üzərində “System door handle Axel-T HA187TR012” sözü yazılan 5 ədəd qapı dəstəyi, üzərində “System door handle Opal HA115RQ12” sözü yazılan 6 ədəd qapı dəstəyi, üzərində “System door handle Rosette RQ12N” sözü yazılan 31 ədəd qıfıl hissəsinin üzlüyü, üzərində “System door handle Rosette RQ11W” sözü yazılan 7 ədəd qıfıl hissəsinin üzlüyü, üzərində “System door handle Rosette R012W” sözü yazılan 1 ədəd qıfıl hissəsinin üzlüyü, üzərində “System door handle Rosette R011Y” sözü yazılan 1 ədəd qıfıl hissəsinin üzlüyü, üzərində “System SY19370032 ABM” sözü yazılan 37 ədəd mebel üçün qapı dəstəyi, üzərində “AGB V**********6Q sözü yazılan 32 ədəd qapının iç qıfılı, üzərində yazısı olmayan 7 ədəd qıfıl qarşılığı, üzərində “Hafele Yaprak menbGümüş” sözü yazılan 70 ədəd qapı petləsi, üzərində “Hafele Yaprak ment Qızıl” sözü yazılan 18 ədəd qapı petləsi, üzərində “System” sözü yazılan 14 ədəd mebel üçün qapı dəstəyi, üzərində “Hafele Bolt 01 Sürgü Sürerek” sözü yazılan 2 ədəd qızılı rəngdə gapı mexanizmi, üzərində “Hafele Bolt 01 Sürgü Sürerek” sözü yazılan 2 ədəd gümüşü rəngdə qapı mexanizmi, üzərində yazısı olmayan 1 ədəd uzunluğu 245 sm, eni 110 sm, qalınlığı 2 sm olan qapı üzlüvü. üzərində yazısı olmayan 1 ədəd, 3 qutuda, çəkisi 130 kq olan sökülmüş vəziyyətdə dolab və cəmi çəkisi 1100 kq, 353 metr pərvazdar (naliçnik), müəyyən edilmişdir. Bəyannamədə qeyd edilməyən yuxarıda adları çəkilən mallar Türkiyədən alınan 34 qapının ləvazimatları, onların çərçivələri və qapı haşiyələridir. Həmin mallar qapı ilə bir verdə Türkiyədə alınmış və orada hazırlanmışdır. Lakin malları göndərən “X9 İmalatı İNS.SAN.Ve TİC.LTD.Sti.” tərəfindən adları yuxarıda qeyd olunan yükləri GİB**********008 savlı xx.xx.2020-ci il tarixli invovs sənədində qevd etməmişdir. Həmin malları avrı-avrılıqda invoys sənədində qeyd olunmadığı üçün Şəxs MMC-də həm yükləri **********9952 sorğu nömrəli gömrük bəyannaməsində qevd etməmişdir. Əgər həmin mallar invovs sənədində qevd edilsəydi adı qevd olunan cəmiyyətdə gömrük bəyannaməsində malları avrı-avrılıqda bəyan edərdi.Malların Türkiyədən alınması “X9 İmalatı İNŞ.SAN.Ve TİC.LTD.Şti.” şirkəti ilə Şəxs MMC-nin rəhbərliyi arasında bağlanmış 06/019 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə əsasında həyata keçirilmişdir. Mallara görə qarsı tərəfə ödəniş edilməmişdir. Malların adını, çeşidini və sayını Şəxs MMC-nin direktoru göndərən şirkəti ilə razılaşdırılmışdır. Mallları göndərən Türk şirkəti həmin malları invovsda avrı-avrılıqda göstərmədiyi üçün Şəxs MMC-də bəyannamədə qevd etməmişdir. Qevd olunan mallar Türkiyədən rəsmi olaraq müqavilə əsasında alınmışdır, elektron fatura əsasında gömrük orqanına bəyan edilmişdir. Mallar satıldıqdan sonra qarsı tərəfə ödənişi ödəniləcək. Malların dəyəri ilə bağlı yaranan hər hansı sonrakı əlavə gömrük ödənişini ödəmək niyyətimiz var. Həmçinin bəyannamədə qevd olunmayan mallarıda rəsmiləşdirəciyik. 00100-1601/20 nömrəli materialın araşdırılması üzrə qeyd olunan malların əmtəəsünaslıq ekspertizası keçirilməsi zərurivvəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan mallarınxx.xx.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəv verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xx-xx/005980 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/2811 saylı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş gömrük orqanına bəyan edilməyən üzərində “X14 Gazlı Kutu” sözü yazılan hər biri 400 ml olmaqla 4 ədəd sprev, üzərində “X11 Köpük” sözü yazılan hər biri 750 ml olmaqla 23 ədəd sprev, üzərində “System door handle Giada HA110RQ11” sözü yazılan 19 ədəd qapı dəstəyi, üzərində “System door handle Tara HA161RQ11” sözü yazılan 1 ədəd qapı dəstəyi, üzərində “System door handle Aqate HA111RQ11” sözü yazılan 6 ədəd qapı dəstəyi, üzərində “System door handle Giada HA110RQ11N” sözü yazılan 2 ədəd qapı dəstəyi, üzərində “System door handle Axel-T HA187TR012” sözü yazılan 5 ədəd qapı dəstəyi, üzərində “System door handle Opal HA115RQ12" sözü yazılan 6 ədəd qapı dəstəyi, üzərində “System door handle Rosette RQ12N” sözü yazılan 31 ədəd qıfıl hissəsinin üzlüvü, üzərində “System door handle Rosette RQ11W” sözü yazılan 7 ədəd qıfıl hissəsinin üzlüvü, üzərində “System door handle Rosette R012W” sözü yazılan 1 ədəd qıfıl hissəsinin üzlüvü, üzərində “System door handle Rosette R011Y” sözü yazılan 1 ədəd qıfıl hissəsinin üzlüvü, üzərində “System SY19370032 ABM” sözü yazılan 37 ədəd mebel üçün qapı dəstəyi, üzərində “AGB V**********61” sözü yazılan 32 ədəd qapının iç qıfılı, üzərində yazısı olmayan 7 ədəd qıfıl qarşılığı, üzərində “Hafele Yaprak menb Gümüş” sözü yazılan 70 ədəd qapı petləsi, üzərində “Hafele Yaprak ment Qızıl” sözü yazılan 18 ədəd qapı petləsi, üzərində “System” sözü yazılan 14 ədəd mebel üçün qapı dəstəyi, üzərində “Hafele Bolt 01 Sürgü Sürerek” sözü yazılan 2 ədəd qızılı rəngdə qapı mexanizmi, üzərində “Hafele Bolt 01 Sürgü Sürerek” sözü yazılan 2 ədəd gümüşü rəngdə qapı mexanizmi, üzərində yazısı olmayan 1 ədəd uzunluğu 245 sm, eni 110 sm, qalınlığı 2 sm olan qapı üzlüvü, üzərində yazısı olmayan 1 ədəd, 3 qutuda, çəkisi 130 kq olan sökülmüş vəziyyətdə dolab və cəmi çəkisi 1100 kq, 353 metr pərvazdar (naliçnik), xx.xx.2020-ci il tarixə cəmi orta bazar qiyməti 11378 manat və dəyərində sübhə olan **********9960 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan 2 ədəd "Mirage" ticarət nişanlı çərçivəli süsə güzgülərin, 13 ədəd "Mirage" ticarət nişanlı taxta karkaslı oturma mebellərin, 1 ədəd "Mirage" ticarət nişanlı Special Dresuar - paltar dolabı və 1 ədəd X13 adlı televizor altlığının, həmçinin qeyd olunan MMC-nin həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid təqdim etdiyi **********9952 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 34 ədəd bəyan edildiyi halda faktiki olaraq 33 ədəd olan uzunluğu 220 sm, eni 80 sm, qalınlığı 5 sm olan “Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin və 530 metr süpürgəlivin isə cəmi orta bazar qiyməti 37510 manat müəyyən edildiyi qeyd edilmişdir. Malların ayrı-ayrılıqda adları və qiymətləri ekspert rəyində cədvəldə qeyd edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/2811 saylı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9960 və **********9952 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən malların dəyərində sübhə olan malların orta bazar qiyməti cəmi 37510 manat olduğu təqdirdə əlavə gömrük ödənişlərinin yaranıbyaranmayacağı barədə Əməliyyat və X4 şöbəsinə məlumat verilməsi üçün Gömrük Əməliyyatları İdarəsinə 34/013/026610 saylı xx.xx.2020-ci il tarixli raportla müraciət olunmuş, alınmış 34/012/027533 savlı xx.xx.2020-ci il tarixli cavab raportunda Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9952 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişi yaranmadığı və **********9960 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişləri idxal rüsumu üzrə 121,14 manat, ədv üzrə 167,18 manat, cəmi isə 288,32 manat təşkil edəcəkdir. Araşdırma nəticəsində, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC orta bazar qiyməti 11378 manat olan malları (adları və savları yuxarıda qeyd edilmişdir) gömrük orqanına bəyan etmədiyi və digər malların isə gömrük dəyərini düzgün bəvan etməyərək cəmi 288,32 manat gömrük ödənişindən yavındığı müəvvən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki, Dövlət Gömrük Komitəsi və onun strukturuna daxil olan bölmələr öz səlahiyyətləri çərçivəsində gömrük rüsum və ödənişlərini toplamaq ilə yanaşı eynilə gömrük nəzarətini də müəyyən edilmiş qaydalar çərçivəsində həyata keçirir. Müvafiq olaraq gömrük nəzarəti qanunvercilikdə nəzərdə tutulan üsul və vasitələr ilə yerinə yetirilməkdədir. Malların gömrük ərazisinə gətirilərkən bəyan edilməsi qaydalarından irəli gələrək idxalatçılar gömrük orqanlarına malları şifahi, kağız üzərində yazılı, yaxud elektron formada bəyan edirlər. Bəyannamə tərtib edilərkən idxalatçılar tələb olunan məlumatları faktiki idxal etdikləri mallara uyğun təqdim etməyə borcludurlar. Bu qaydaların tələblərini pozaraq mallara dair məlumatları düzgün təqdim edilmədiyi təqdirdə bu malların predmetinin dəyərindən asılı olaraq, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmçinin bildirmək istəyir ki, Şəxs” MMC-nin ünvanına Türkiyə Respubiikasından 34BYA043/34BYM528 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş mallara xx.xx.2020-ci il tarixdə “ipək Yolu” gömrük postunda baxış keçirilmişdir. Baxış zamanı daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9960 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan 2 ədəd "Miraqe" ticarət nişanlı çərçivəli süsə güzgülərin, 13 ədəd "Miraqe" ticarət nişanlı taxta karkaslı oturma mebellərin, 1 ədəd "Mirage" ticarət nişanlı Special Dresuar - paltar dolabı və 1 ədəd X13 adlı televizor altlığının, həmçinin qeyd olunan MMC-nin həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid təqdim etdiyi **********9952 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 34 ədəd bəyan edildiyi halda faktiki olaraq 33 ədəd olan uzunluğu 220 sm, eni 80 sm, qalınlığı 5 sm olan “Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin, 530 metr süpürgəlivin gömrük dəyərinin düzgün göstərilməməsinə dair əsaslı sübhə yaranmışdır. Həmçinin bəyan olunan mallardan əlavə gömrük orqanına bəyan edilməyən bir sıra mallar müəyyən olunmuşdur. Bundan sonra ekspertiza təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/2811 saylı xx.xx.2020- ci il tarixli məhkəmə ekspertizası rəyində Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9960 sorğu nömrəli xx.xx.2020-ci ıl tarixli gömrük bəyannaməsi ilə bəyan olunan ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd "Mirage" ticarət nişanlı çərçivəli şüşə güzgünün orta bazar qiyməti 1600 manat, 13 ədəd "Mirage" ticarət nişanlı taxta karkaslı oturma mebellərin cəmi orta bazar qiyməti 4350 manat, 1 ədəd "Mirage" ticarət nişanlı Specıal Dresuar - paltar dolabının orta bazar qiyməti 800 manat 1 ədəd X13 adlı televizor altlığının orta bazar qiyməti 1300 manat və **********9952 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan 33 ədəd uzunluğu 220 sm, em 80 sm, qalınlığı 5 sm olan “Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin orta bazar qiyməti 23100 manat və 530 metr süpürgəliyin isə orta bazar qiyməti təxminən 6360 manat olduğu təqdirdə əlavə gömrük ödənişlərinin yaranıb-yaranmayacağı barədə Əməliyyat və X4 şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Gömrük Əməliyyatları Əməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə göstəriş verilməsi xahiş olunmuşdur. Bundan sonra alınmış cavaba əsasən Şəxs” MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9952 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri yaranmadığı qeyd olunmuş və **********9960 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişləri idxal rüsumu üzrə 121,14 manat, ədv üzrə 167,18 manat, cəmi isə 288,32 manat təşkil etmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materi allarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürülmə haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və X3 şöbəsinin əməliyyat müvəkkili, g/x-i leytenantı X8, idxalatçı " Şəxs" MMC-nin etibarnamə ilə nümayəndəsi X7 və hal şahidlərinin iştirakı ilə Türkiyə Respublikasından Nərimanov rayonu, Kazımzadə, ev 7, mənzil 76 ünvanında qeydiyyatda olan " Şəxs " MMC-nin ünvanına Türkiyə Respublikasından 34BYA043/34BYM528 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yükə baxış keçirilmişdir. Baxış zamanı 34BYA043/34BYM528 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid "Şəxs" MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9960 sorğ nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan 2 ədəd “Mirage” ticarət nişanlı çərçivəli şüşə güzgülərin, 13 ədəd “Mirage” ticarət nişanlı taxta karkaslı oturma mebellərin, 1 ədəd "Mirage" ticarət nişanlı Special Dresuar paltar dolabı və 1 ədəd X13 adlı televizor altlığının, həmçinin qeyd olunan MMC-nin həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid təqdim etdiyi **********9952 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 34 ədəd bəyan edildiyi halda faktiki olaraq 33 ədəd olan uzunluğu 220 sm, eni 80 sm, qalınlığı 5 sm olan “Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin, 530 metr süpürgəliyin gömrük dəyərinin düzgün göstərilməməsinə dair əsaslı şübhə yaranmışdır. Həmçinin bəyan olunan mallardan əlavə gömrük orqanına bəyan edilməyən üzərində “X15 Gazlı Kutu” sözü yazılan hər biri 400 ml olmaqla 4 ədəd sprey, üzərində “X11 Köpük” sözü yazılan hər biri 750 ml olmaqla 13 ədəd sprey, üzərində “System door handle Giada HA110RO11” sözü yazılan 19 ədəd qapı dəstəyi, üzərində “System door handle Tara HA161R011” sözü yazılan 1 ədəd qapı dəstəyi, üzərində “System door handle Agate HA111R011” sözü yazılan 6 ədəd qapı dəstəyi, üzərində “System door handle Giada HA110RO11N” sözü yazılan 2 ədəd qapı dəstəyi, üzərində “System door handle Axel-T HA187TR012” sözü yazılan 5 ədəd qapı dəstəyi, üzərində “System door handle Opal HA115R012” sözü yazılan 6 ədəd qapı dəstəyi, üzərində “System door handle Rosette R012N” sözü yazılan 31 ədəd qıfıl hissəsinin üzlüyü, üzərində “System door handle Rosette R011W” sözü yazılan 7 ədəd qıfıl hissəsinin üzlüyü, üzərində “System door handle Rosette R012W" sözü yazılan 1 ədəd qıfıl hissəsinin üzlüyü, üzərində “System door handle Rosette R011Y” sözü yazılan 1 ədəd qıfıl hissəsinin üzlüyü, üzərində “System SY19370032 ABM” sözü yazılan 37 ədəd mebel üçün qapı dəstəyi, üzərində “AGB V**********61” sözü yazılan 32 ədəd qapının iç qıfılı, üzərində yazısı olmayan 7 ədəd qıfıl qarşılığı, üzərində “Hafele Yaprak menb Gümüş” sözü yazılan 70 ədəd qapı petləsi, üzərində “Hafele Yaprak ment Qızıl” sözü yazılan 18 ədəd qapı petləsi, üzərində “System” sözü yazılan 14 ədəd mebel üçün qapı dəstəyi, üzərində “Hafele Bolt 01 Sürgü Sürerek” sözu yazılan 2 ədəd qızılı rəngdə qapı mexanizmi, üzərində “Hafele Bolt 01 Sürgü Sürerek" sözü yazılan 2 ədəd qümüşü rəngdə qapı mexanizmi, üzərində yazısı olmayan 1 ədəd uzunluğu 245 sm, eni 110 sm, qalınlığı 2 sm olan qapı üzlüyü, üzərində yazısı olmayan 1 ədəd, 3 qutuda, çəkisi 130 kq olan sökülmüş vəziyyətdə dolab və cəmi çəkisi 1100 kq, 353 metr pərvazdar (naliçnik), müəyyən edilmişdir. Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Kazımzadə, ev 7, mənzil 76 ünvanında qeydiyyatda olan Şəxs MMCnin ünvanına Türkiyə Respublikasından 34BYA043/34BYM528 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş mallara xx.xx.2020-ci il tarixdə “ipək Yolu” gömrük postunda baxış keçirildiyi, baxış zamanı 34BYA043/34BYM528 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9960 sorğu nömrəli xx.xx.2020-cı ıl tarixli gömrük bəyannaməsi ilə bəyan olunan 2 ədəd "Mirage" ticarət nişanlı çərçivəli şüşə güzgülərin, 13 ədəd "Mirage" ticarət nişanlı taxta karkaslı oturma mebellərin, 1 ədəd "Mirage" ticarət nişanlı Special Dresuar - paltar dolabı və 1 ədəd X13 adlı televizor altlığının, həmçinin qeyd olunan MMC-nin həmin nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərə aid təqdim etdiyi **********9952 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə 34 ədəd bəyan edildiyi halda faktiki olaraq 33 ədəd olan uzunluğu 220 sm, eni 80 sm, qalınlığı 5 sm olan “Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin, 530 metr süpürgəliyin gömrük dəyərinin düzgün göstərilməməsinə dair əsaslı şübhə yarandığı qeyd edilmişdir. 34/013/02761 nömrəli materialın araşdırılması üzrə qeyd olunan malların əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan 2 ədəd "Mirage" ticarət nişanlı çərçivəli şüşə güzgülərin, 13 ədəd "Mirage" ticarət nişanlı taxta karkaslı oturma mebellərin, 1 ədəd "Mirage" ticarət nişanlı Special Dresuar - paltar dolabı və 1 ədəd X13 adlı televizor altlığının, 34 ədəd bəyan edildiyi halda faktiki olaraq 33 ədəd olan uzunluğu 220 sm, em 80 sm, qalınlığı 5 sm olan 'Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin, 530 metr süpürgəliyin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xx-xx/005980 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 9/2811 saylı xx.xx.2020ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd "Mirage" ticarət nişanlı çərçivəli şüşə güzgünün orta bazar qiyməti 1600 manat, 13 ədəd "Mirage" ticarət nişanlı taxta karkaslı oturma mebellərin cəmi orta bazar qiyməti 4350 manat, 1 ədəd "Mirage" ticarət nişanlı Special Dresuar - paltar dolabının orta bazar qiyməti 800 manat, 1 ədəd X13 adlı televizor altlığının orta bazar qiyməti 1300 manat, 33 ədəd olan uzunluğu 220 sm, eni 80 sm, qalınlığı 5 sm olan “Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin orta bazar qiyməti 23100 manat və 530 metr süpürgəliyin isə orta bazar qiyməti təxminən 6360 manat olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 9/2811 saylı xx.xx.2020- ci il tarixli məhkəmə ekspertizası rəyində Şəxs MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9960 sorğu nömrəli xx.xx.2020-ci ıl tarixli gömrük bəyannaməsi ilə bəyan olunan ekspertiza tədqiqatına təqdim edilmiş 2 ədəd "Mirage" ticarət nişanlı çərçivəli şüşə güzgünün orta bazar qiyməti 1600 manat, 13 ədəd "Mirage" ticarət nişanlı taxta karkaslı oturma mebellərin cəmi orta bazar qiyməti 4350 manat, 1 ədəd "Mirage" ticarət nişanlı Specıal Dresuar - paltar dolabının orta bazar qiyməti 800 manat 1 ədəd X13 adlı televizor altlığının orta bazar qiyməti 1300 manat və **********9952 sorğu nömrəli, xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan 33 ədəd uzunluğu 220 sm, em 80 sm, qalınlığı 5 sm olan “Digər növ ağacların oduncağından qapılar və onların çərçivələrinin orta bazar qiyməti 23100 manat və 530 metr süpürgəliyin isə orta bazar qiyməti təxminən 6360 manat olduğu təqdirdə əlavə gömrük ödənişlərinin yaranıb-yaranmayacağı barədə Əməliyyat və X4 şöbəsinə qısa müddət ərzində məlumat verilməsi üçün Gömrük ƏməliyyatlarıƏməliyyatları idarəsinin Gömrük prosedurları və ödənişləri şöbəsinə göstəriş verilmişdir. Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs” MMC tərəfindən gömrük orqanına təqdim olunmuş **********9952 sorğu nömrəli gömrük bəyannaməsi üzrə gömrük ödənişləri yaranmadığı qeyd olunmuş və **********9960 sorğu nömrəli gömrük bəyannaməsi üzrə əlavə gömrük ödənişləri idxal rüsumu üzrə 121,14 manat, ədv üzrə 167,18 manat, cəmi isə 288,32 manat təşkil edəcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2811 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 30 adda malların xx.xx.2020-ci il tarixə ümumilikdə orta bazar qiyməti təxminən 48888,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Şəxs MMC-nin nümayəndəsi X7 xx.xx.2020-ci il tarixli 00100-1601/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda, ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1 və 505-ci maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 və 505-ci maddələri ilə təqsirli bilinməli və barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi baxımından İXM-nin 482.1-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində məbləğində vəsaiti Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1, 505-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati xətanın predmeti olan malın dəyərinin 50 faiz miqdarında, yəni 5689 (beş min altı yüz səksən doqquz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati xətanın bilavasitə obyekti olan predmetlər gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahibinə qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində vəsait Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar