Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1325/2020 16.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi Bakı Baş Gömrük İdarəsi Əməliyyat və X5 şöbəsinin təhqiqatçısı, gömrük xidməti leytenantı X1 iştirakları ilə, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən ünvan 1 ünvanında yerləşən «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına xx.xx.2020-ci il tarixində 27D9258/34UE5703 nömrə nişanlı nəqlivvat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7175 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan **********05578 barkodlu netto çəkisi 23256 kq olan yuyucu və təmizlik vasitələri yükü üçün sanitar nəzarətinə dair sənədlərin təqdim ediləcəyinə dair öhdəlik götürülməsinə baxmayaraq həmin sənəd öhdəlikdə nəzərdə tutulan müddət ərzində gömrük orqanına təqdim edilməmişdir. İs materiallarına əlavə edilmiş xx/xx/022732 nömrəli xx.xx.2020-ci il tarixli öhdəlikdən görünür ki, “xxxx” MMC tərəfindən **********7175 sorğu nömrəli Gömrük bəyannaməsində gigiyenik sertifikat olmadığı üçün 10 gün ərzində təqdim etməyə öhdəlik götürmüşdür. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC Türkiyə Respublikasında fəaliyyət göstərən “X8 Pet Tas ve X12 Ltd Şti” şirkətindən ESK**********0420 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 27D9258/34UE5703 nömrə nişanlı yük avtomobilində gətirilən malları xx xxxxxx 2020-ci il tarixli **********7175 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edərkən xx.xx.2020-ci il tarixdə xx/xx/022732 nömrəli öhdəliklə mallara dair gigiyenik sertifikatları 10 gün ərzində Bakı Bas Gömrük idarəsinə təqdim etməyi öhdəsinə götürsə də, Gömrük bəyannaməsi ilə birgə təqdim edilməli olan gigiyenik sertifikatlardan ibarət sənədləri öhədlik götürdüyü müddətdə təqdim etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 izahat verərək bildirdi ki,Şəxs MMC ünvanına xx.xx.2020-ci il tarixdə daxil olmuş yuyucu və təmizlik vasitələri yükü barədə sanitar nəzarətinə dair sənədləri 10 gün müddətində gömrük orqanına təqdim edəcəyinə dair öhdəlik götürsə də həmin sənəd öhdəlikdə nəzərdə tutulan müddət ərzində gömrük orqanına təqdim edilməmişdir. Hesab edir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs «xxxx» MMC məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti general-mayoru Kənan Məmmədova ünvanlanmış xx.xx.2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanın xx.xx.2020-ci il tarixində 27D9258/34UE5703 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********7175 nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan **********05578 barkodlu netto çəkisi 23256 kq olan yuyucu və təmizlik vasitələri yükü üçün sanitar nəzarətinə dair sənədlərin təqdim ediləcəyinə dair öhdəlik götürülməsinə baxmayaraq həmin sənəd öhdəlikdə nəzərdə tutulan müddət ərzində gömrük orqanına təqdim edilməmişdir Araşdırma zamamnı izahatı alınmış hüquqi şəxsin nümayəndəsi X7 izahatında göstərmişdir ki, “xxxx” MMC-də əsas iş yeri olmaqla işləyir. Şirkətin adına Türkiyədə fəaliyyət göstərən “X8 Pet Taş ve X12 Ltd Şti” şirkətindən ESK**********0420 nömrəli xx.xx.2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə 27D9258/34UE5703 nömrə nişanlı yük avtomobilində mallar gətirilmişdir. Gətirilən mallar Bakı Baş Gömrük İdarəsində xx.xx.2020 tarixində **********7175 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” prosedurunda yerləşdirmək məqsədi ilə bəyan edilmişdir. Bu malların hamısına Gigiyenik Sertifikat tələb olunmasına baxmayaraq ilkin mərhələdə bu sənədi təqdim edə bilməmişdir. Ona görə öhdəlik götürərək gigiyenik sertifikatı təqdim etməyi vəd etmişdir. Ancaq bugünədək bütün mallara deyil, bir hissəsinə gigiyenik sertifikat ala bilmişdir. Gömrük Bəyannaməsi ilə birlikdə təqdim edilməli olan sənədləri vaxtına verməməklə gömrük qaydalarını pozduğumuzu etiraf edir. Gigiyenik sertifikatları ən qısa müddətdə alıb təqdim edəcəkdir. Materiala əlavə edilmiş xx/xx/022732 nömrəli xx.xx.2020-ci il tarixli öhdəlikdən görünür ki, “xxxx” MMC tərəfindən **********7175 sorğu nömrəli Gömrük bəyannaməsində gigiyenik sertifikat olmadığı üçün 10 gün ərzində təqdim etməyə öhdəlik götürmüşdür. X6 kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, nizamnamə kapitalı 10.00 AZN olan “xxxx” MMC xx.xx.2020-ci ildə dövlət qeydiyyatına alınmış və cəmiyyətin qanuni təmsilçisi X4r. xx.xx.2020-ci il tarixli 00100-2077/20 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 xx.xx.2020-ci il tarixli 00100-2077/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən, Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, materiala əlavə edilmiş sənədlərlə təsdiq edilir ki, Şəxs MMC tərəfindən ünvanına gətirilən malları xx xxxxxx 2020-ci il tarixli **********7175 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edərkən xx.xx.2020-ci il tarixdə xx/xx/022732 nömrəli öhdəliklə mallara dair gigiyenik sertifikatları 10 gün ərzində Bakı Baş Gömrük İdarəsinə təqdim etməyi öhdəsinə götürsə də, təqdim edilməli olan gigiyenik sertifikatlardan ibarət sənədləri öhədlik götürdüyü müddətdə təqdim etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs MMC-nin ilk dəfə inzibati məsuliyyətə cəlb olunması müəyyən edildi və məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi hüquqi şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, «xxxx» MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1325/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1325/2020
16.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver