Məhkəmə qərarları › İş №3(002)-1325/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1325/2021

29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1325/2021 29.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, 14 noyabr 1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, deməsinə görə evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10, borclu Şəxs oğlunun barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-828/18 saylı, 28 iyun 2018-c il tarixli, 2(002)- 2165/2017 saylı, 19 iyul 2017-ci il tarixli, 2(002)-3350/2018 saylı, 08 noyabr 2018-ci il tarixli və 2(002)-3862/2017 saylı, 19 iyun 20217-ci il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 29 oktyabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, borclu Şəxs yuxarıda qeyd olunan icra vərəqlərinə əsasən 1100 manat aliment borcunu, 2271 manat TBC kredit Bokt MMC-yə olan borcunu, X11 olan 445 manat borcunu və X15 olan 92 manat borcunu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-828/18 saylı, 28 iyun 2018-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs oğlundan 17 yanvar 2018-ci il tarixdən başlayaraq 16 dekabr 2008-ci il təvəllüdlü X5, 31 mart 2012-ci il təvəllüdlü X9 və 09 yanvar 2015-ci il təvəllüdlü X1 üçün hər ay ümumilikdə 300 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. İcra şöbəsindən borclu ilə sonuncu dəfə 2018-ci ildə əlaqə saxlanılıb və ödənilməmiş aliment borcu hal-hazırda 11100 manat təşkil edir. Borclu haqqında 16 avqust 2018-ci il tarixdə 30639 nömrəli axtarış işi açılmışdır. Bundan əlavə Şəxs oğlunun TBC kredit Bokt MMC-yə 2271 manat, 445 manat X11, 92 manat X15 olan borcunu indiyədəködəməmişdir. Hal-hazırda tələbkarlar yaranmış borclarının tam ödənilməsini, əks halda borclunun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında Şəxs tərəfindən indiyədək aliment borcundan heç bir ödəniş edilmədiyini bildirərək tələbkarın inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu öz izahatında bildirmişdir ki, aliment borcunu və digər borclarını hal-hazırda ödəməyə heç bir maddi imkanı yoxdur. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs oğlu heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 29 oktyabr 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnamələri icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borclarının ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 29 oktyabr 2021-ci il tarixdən saat 18:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar