Məhkəmə qərarları › İş №3(002)-1325/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1325/2025

04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1325/2025 04.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin nümayəndəsi X1 iştiraklı ilə, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük idarəsindən Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokolda göstərilmişdir ki, AZ1023, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin ünvanına 33AOE338/33ALD732 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə xx.xx.2025-ci il tarixli **********2573 sorğu nömrəli Gömrük Bəyannaməsi ilə Bakı Baş Gömrük İdarəsində bəyan edildiyi, lakin mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2 məhkəmə iclasında etiraz verərək bildirir ki, Azərbaycan Respublikası DGK-i Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti kapitanı İsgəndərli Nəcəf iskəndər oğlu tərəfindən “Borusan Makina ve Güc Sistemləri Sanayi və Ticaret" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi (bundan sonra Nümayəndəlik adlanacaq) barəsində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair tərtib edilmiş 00100-01642/25 nömrəli 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında Protokol baxılması üçün Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Bu protokolun tərtib edilməsinə əsas o olmuşdur ki, guya Nümayəndəlik üçün 33ALD732 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə 21 may 2025-ci il tarixində ölkəyə gətirilmiş mallara dair gömrük orqanına qısa idxal bəyannaməsi vaxtında təqdim edilməmişdir. Belə ki, hazırki inzibati işin materiallarında əsas olaraq o qeyd edilir ki, xx.xx.2025-ci il tarixində Nümayəndəlik üçün 33ALD732 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş mallara dair həmin nəqliyyat vasitəsi saat 10:08-də “Mazımqara” gömrük postundan keçmişdir və həmin ana kimi, yəni həmin vaxtdan ən azı bir saat öncə artıq qısa idxal bəyannaməsi gömrük orqanına təqdim edilməli olduğu halda, qısa idxal bəyannaməsi gömrük orqanına gecikməklə həmin tarixdə saat 11:58:23-də göndərilmişdir. Ona görə də, Nümayəndəlik barəsində İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair protokol tərtib edilmişdir. Aşağıda gətirilən əsaslara görə hesab edirik ki, Nümayəndəlik barəsində İXM-nin 485.2-ci maddəsi ilə başlanmış həmin İnzibati xəta haqqında iş əsassızdır və həmin iş üzrə icraata xitam verilməlidir. İlk növbədə məhkəmənin diqqətinə orçu çatdırmaq istəyirik ki, hazırki inzibati işin materiallarında qeyd edilən 33ALD732 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə 21 may 2025-ci il tarixində Nümayəndəlik üçün ölkəyə gətirilmiş mallara dair gömrük orqanı tərəfindən müvafiq kod - **********08717 nömrəli malın qeydiyyat kodu verilmişdir. Həmin mala görə gömrük orqanı tərəfindən verilmiş qeyd edilən kodun üzərində onun verilmə tarixi və vaxtı aşağıdakı kimi göstərilmişdir: xx.xx.2025-ci il saat 14:11:05. Buna sübut kimi həmin sənədin surəti hazırki etiraza əlavə edilir. Hazırki inzibati işin materiallarında qeyd edilən 33ALD732 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə 21 may 2025-ci il tarixində Nümayəndəlik üçün ölkəyə gətirilmiş mallara dair gömrük orqanına qısa idxal bəyannaməsi isə xx.xx.2025-ci il tarixində saat 11:58:23 radələrində elektron sistem vasitəsilə göndərilmişdir. Bu faktı gömrük orqanıda iş materiallarında apardıqları qeydlərlə etiraf edirlər. Hətta buna dair də rəsmi məlumat - çıxarışda tərəfimizdən məhkəməyə təqdim edilir. Buradan göründüyü kimi, 21 may 2025-ci il tarixində Nümayəndəlik üçün ölkəyə gətirilmiş mallara dair gömrük orqanına qısa idxal bəyannaməsi xx.xx.2025-ci il tarixində saat 11:58:23 radələrində elektron sistem vasitəsilə göndərilmiş, gömrük orqanı isə həmin mala dair **********08717 nömrəli qeydiyyat kodunu xx.xx.2025-ci il saat 14:11:05 radələrində təsdiq edərək vermişdir. Yəni burada həmin malın “Mazımqara” gömrük postundan keçməsi üçün qısa idxal bəyannaməsinin təqdim edilməsi mala kod verilməsi vaxtından təxminən 3 saat öncə baş vermişdir. Hazırda inzibati materialda xx.xx.2025-ci il tarixində Nümayəndəlik üçün 33ALD732 qeydiyyat nömrəli nəqliyyat vasitəsi ilə gətirilmiş mallara dair nəqliyyat vasitəsinin saat 10:08-də “Mazımqara” gömrük postundan keçməsinə dair məlumatı qeyd etməklə Nümayəndəlik barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsi yolverilməzdir. Belə ki, bu hal malın həmin vaxtı bəyan edilməsi anlamına gəlmir. Odur ki, hazırda gömrük orqanı tərəfindən məhkəməyə Nümayəndəlik barəsində təqdim edilmiş 00100-01642/25 nömrəli 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında Protokol əsassız və qanunsuzdur. Belə ki, hazırki vəziyyətdə, yəni göstərilən sübutlara əsasən, Nümayəndəliyin İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinməsi yolverilməzdir. Hazırda hesab edirik ki, yuxanda qeyd edilən hallara görə Nümayəndəliyin əməlində İXM-nin 485.2-ci maddəsinin tərkib əlamətləri yoxdur və ona görədə onun barəsində 00100-01642/25 nömrəli 12 iyun 2025-ci il tarixli inzibati xəta haqqında Protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki. İXM-nin 53-cü maddəsinin tələbinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıada və va inzibati xəta hadisəsi bas vermədikdə inzibati xətalar haqqında islər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə, Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında materiala inzibati xəta haqqında protokolu tərtib edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən əməlində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin tərkibi olmadığından, başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materillarında olan sistemdən çıxarış və qeydiyyat kodundan görünür ki, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən 33AOE338/33ALD732 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkəyə daxil olmuş mallara görə xx.xx.2025-ci il tarixində saat 11:58:23 radələrində elektron sistem vasitəsilə qısa idxal bəyənnməsi verilmiş və bundan sonra gətirilmiş mallara gömrük orqanı tərəfindən xx.xx.2025-ci il saat 14:11:05 radərələrində **********08717 saylı kod verilmişdir. Bununla da məhkəmə hesab edir ki, hazırki iş üzrə isə qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, başlanmış inzibati xəta barədə icraata xitam verilməlidir. - Şərh olunanları əsasən və Azərbaycan Respublikası İXM-nin 114-cü, 115-ci, 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Anonim Şirketinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin əməlində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar