Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1326/2025 14.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İXM-in 327.1, 327.3 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-in 327.1, 327.3 və 333.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib edilmiş inzibati protokolla bağlı qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokolu tərtib etmiş orqan səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə inzibati protokolu tərtib orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak edən Bakı şəhəri Qaradağ Rayon DYPŞ YNH üzrə baş inspektoru X1 bildirmişdir ki, Şəxs idarə etdiyi “X3” minik markalı, **- CU-*** dövlət qeydiyyat nişanlı avtomibillə hərəkətdə olarkən o, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğu üçün YPX əməkdaşları tərəfindən saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından geri qaytarılmalıdır. Belə ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Qaradağ RPİ DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda sadəcə Şəxs istinad olunan İXM-nin müvafiq maddələri göstərilmiş, inzibati xətanın törədildiyi yer, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin izahatı, eyni zamanda inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin göstəriciləri, tipi, markası, modeli qeyd edilməmiş, xətanın mahiyyəti ətraflı şəkildə təsvir olunmamışdır. Halbu ki İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.7-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında protokolda «barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları» göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş materiala yalnız inzibati xəta haqqında protokol, işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad və sonuncunun yazılı izahatı əlavə edilmiş, təqdim edilmiş sənədlər əsasında barəsində inzibati icraat aparılan şəxsin inzibati xətanı törədib-törətməməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə prosesinin gedişində inzibati orqanın səlahiyyətli nümayəndəsinə inzibati materialda olan natamamlığın aradan qaldırılması, iş üzrə yekun nəticəyə gələ bilmək üçün mühüm əhəmiyyət kəsb edən sənədlərin, xüsusilə də sərxoşluq vəziyyətin müəyyən edilməsi haqqında aktın məhkəməyə təqdim edilməsi təklif olunsa da, inzibati orqan tərəfindən bununla bağlı tədbir görülməmiş, materialda olan natamamlıq aradan qaldırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 106.0.3, 106.0.4, 106.0.5 və 106.0.6-cı maddələrinin tələblərinə görə hakim inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini, işin icraatını rədd edən halların mövcud olub olmadığını, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanmadığını və işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılıb-məlumatlandırılmadığını araşdırmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən «protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması» barədə qərardad qəbul olunur. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam şəkildə tərtib olunduğundan onu tərtib etmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 101,102.5 və 109-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinə qaytarılsın. Hakim Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1326/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1326/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver