Məhkəmə qərarları › İş №3(002)-1328/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1328/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1328/2025 07.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, xx.xx.2005-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı İsmayıllı rayonu, Həftəsov kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-i il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, xx.xx.2025ci il tarixdə saat 18:45 radələrində 2005-ci il təvəllüdlü vətəndaş Şəxs idarə etdiyi Tofaş Şahin markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan- Puta yolu ilə hərəkətdə olarkən Dəyiman yolu adlanan hissədəki Aqlay sexinin yanında idarəetməni itirdiyi üçün avtomobil yolun sol tərəfindəki torpaq sahədə aşmış və hadisə nəticəsində avtomobildə ön sərnişin yerində əyləşmiş 1994-cü il təvəllüdlü vətəndaş X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasına gəlməmiş və inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən iclasın barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və inzibati orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmənin xx.xx.2025-ci il iclasında iştirak etmiş Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru X3 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:45-də 2005-ci il təvəllüdlü vətəndaş Şəxs idarə etdiyi Tofaş Şahin markalı **-NC- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan-Puta yolu ilə hərəkətdə olarkən Dəyirman yolu adlanan hissədəki Aqlay sexinin yanında idarəetməni itirdiyi üçün avtomobil yolun sol tərəfindəki torpaq sahədə aşmış və hadisə nəticəsində avtomobildə ön sərnişin yerində əyləşmiş 1994-cü il təvəllüdlü vətəndaş X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Tofaş Şahin markalı Az **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında "Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olmuşdur və sürücü bu qaydalara riayət etməklə hadisənin qarşısını ala bilərdi. X1 Şəmistan Şahin oğlu tərəfindən ona dəymiş ziyanın ödənildiyini və Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxsin əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37 və 77-ci maddələrinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli 272 saylı rəyindən görünür ki, 1994-cü il təvəllüdlü X2 məhkəmə-tibbi ekspertizası zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər-başın alın, sağ gicgah-təpə nahiyələrinin əzilmiş-cırılmış yarası, sağ qaş nahiyəsinin əzilmiş yarası, bel nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X9 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan, zərərçəkmiş şəxs X2 izahatından görünür ki, B1, B, C1,C kateqoriyalı sürücüdür və Tofaş Şahin markalı Az ** NC *** dövlət nömrə nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2025-ci il tarixdə günorta saatlarında bir ədəd Go adlanan alkoqol tərkibli energetik içki içdiyi üçün tanışım Qızıldaş qəsəbə sakini Şəmistana zəng vurub xahiş etmişdir ki, işdən qayıdanda Lökbatana gəlsin və avtomobili o idarə etsin birlikdə Qızldaş qəsəbəsinə getsinlər. Şəmistan onun xahişimə əsasən gələrək Tofaş Şahin markalı Az ** NC *** dövlət nömrə nişanlı avtomobili o idarə etmiş, özü isə ön sərnişin yerində əyləşmişdir. Saat təxminən 18:45-radələrində Lökbatan-Puta yolununun Dəyirman adlanan hisəsindən keçərkən aqlay sexinin yanında Şəmistan avtomobilin idarəetməsini itirdiyi üçün maşın sürüşərək yolun sol tərəfindəki qrunt hissəyə çıxaraq torpaq sahədə aşmışdır. Şəmistan hadisə zamanı heç bir xəsarət almamış, lakin özü başından və sağ böyrək nahiyyəsindən xəsarət almışdır. Oraya gəlmiş polis əməkdaşları təcili tibbi yardım briqadası çağıraraq onu ambulansla 1 saylı X9 yola salmışdırlar. Başında olan yaralara cərrahi tikiş qoyulmuş, xx.xx.2025-ci il tarixədək orada qalıb müalicə almışdır. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmi, Tofaş Şahin markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikasının İXM 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi üçün material Qaradağ RPİ-nin DYPŞə göndərilmişdir. İş materiallarına əlavə edilmiş telefonoqramdan görünür ki, X4 məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini və Şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 18:45-də 2005-ci il təvəllüdlü vətəndaş Şəxs idarə etdiyi Tofaş Şahin markalı **-NC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qaradağ rayonu, Lökbatan-Puta yolu ilə hərəkətdə olarkən Dəyiman yolu adlanan hissədəki Aqlay sexinin yanında idarəetməni itirdiyi üçün avtomobil yolun sol tərəfindəki torpaq sahədə aşmış və hadisə nəticəsində avtomobildə ön sərnişin yerində əyləşmiş 1994-cü il təvəllüdlü vətəndaş X4 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 77-ci (nimzalanmayan yolayrıcı) maddəsinin 1-ci bəndində göstərilmişdir ki, eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü, baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq, yol verməlidir. Həmin qanunun 37-ci (mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri) maddəsinin 4-cü bəndində göstərilmişdir ki, sürücü Mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: 1) nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nişanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; 2) zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; 3) başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; 4) hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, Şəxs törətdiyi inzibati xəta nəticəsində vurduğu zərərin əvəzini ödəməsi nəticəsində zərərçəkmiş şəxslə barışıq əldə etməsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar