Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1329/2025 15.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, xx xxx 1994-cü ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Beyləqan rayonu, Yuxarı Aran qəsəbə ə/d, Yuxarı Aran qəsəbəsi ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 05 iyun 2025-ci il tarixli, İXP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, 07 may 2025-ci il tarixdə, saat təxminən 05:40 radələrində Şəxs etibarnamə olmadan idarə etdiyi “Chevrolet” markalı AZ ** YS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsi istiqamətindən gələrək Bakı-Ələt-Astara yolunun 14-cü kilometrində yerləşən dairədə hərəkətdə olan X1 idarə etdiyi “Mercedes Vito” markalı AZ ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilə yol verməli olduğu halda, ona yol vermədən dairəyə daxil olduğu üçün avtmobillər toqquşmuş və “Mercedes” markalı avtomobildə olan sərnişin, 1962-ci il təvəllüdlü vətəndaş Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmənin 01 iyul 2025-ci il tarixli iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs bildirmişdir ki, B1, B, C1, C kateqoriyalı sürücüdür. 07 may 2025-ci il tarixdə, saat təxminən 05:40 radələrində etibarnamə olmadan idarə etdiyi “Chevrolet” markalı AZ ** YS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Lökbatan qəsəbəsindən Binǝ TM istiqamətində saatda 50 km sürətlə hərəkətdə olmuşdur. Bakı-Ələt-Astara yolunun 14-cü kilometrində yerləşən dairəyə çatanda avtomobilin alın şüşəsinin sol kənarında olan dayaq yolu görməyinə mane olduğu üçün dairənin boş olduğunu düşünüb dairəyə daxil olmuşdur. Bu zaman idarə etdiyi avtomobilin ön hissəsi dairədə hərəkətdə olan “Mercedes Vito” markalı, AZ ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ orta hissəsinə çırpılmışdır. Hadisə zamanı sağ dizi bir az əzilmişdir. Mercedes markalı avtomobildə olan bir nəfər adının Gülnaz olduğunu sonradan bildiyi orta yaşlı sərnişin isə başından xəsarət almışdır. Hadisə yerinə gələn polis əməkdaşları təcili tibbi yardım briqadası çağırmışlar və həmin qadını xəstəxanaya yola salmışlar. O isə dizinin ağrıdığı barədə heç nə deməmişdir. Daha sonra həmin qadının dalınca xəstəxanaya getdikdə dizinin ağrısı artdığı üçün hər ehtimala qarşı müayinə olunduqda bildirmişlər ki, bir az ǝzilib, ciddi bir şey yoxdur. Gülnaz adlı həmin qadına da tibbi yardım göstərilmiş və evə buraxılmışdır. O ciddi bir xəsarətinin olmadığını bildirərək məhkəmə tibbi ekspert müayinəsindən keçməkdən imtina etmişdir. O öz izahatında daha sonra zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və ya tələbinin olmadığını bildirərək barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs və Qaradağ rayon Polis İdarəsinə rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq zərərçəkən və nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə həmin tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 31 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilməsi, “Chevrolet” markalı AZ ** YS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci və 332.1-ci maddələrində nəzərdə tutulan inzibati məsuliyyətə cəlb olunması üçün qərarın Qaradağ RPİ-nin DYPŞ-a göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokurorluğuna və tərəflərə göndərilməsi və materialın saxlanılması üçün Qaradağ RPİ-nin arxivinə verilməsi qərara alınmışdır. Qeyd olunan qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” Publik Hüquqi şəxsin Qaradağ rayon Şöbəsinin 16 may 2025-ci il tarixli, 269 saylı ekspert rəyindən aydın olur ki, Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər- başın sağ gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ gözətrafı nahiyyəsinin dərialtı hematoması bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X4 müraciət etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində törənməsi mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zǝrǝrvurmaya aiddir. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də zərərçəkmiş şəxsin hər hansı bir barışıq ərizəsinin olmamasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsinə dair hər hansı məlumatın olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə nəqliyyat vasitələrini idarə etmək hüququnun aşağı həddə məhdudlaşdırılması daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Zərərçəkmiş şəxsə izah edilsin ki, yuxarıda qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar onlara vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə inzibati xəta törətmiş şəxsə qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1329/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1329/2025
15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver