Məhkəmə qərarları › İş №3(002)-1330/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1330/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1330/2021 04.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1988-ci ildə Rusiya Federasiyasında doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, rəsmi qaydada işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21A, mənzil 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Qaradağ RPİ-nin 38-ci PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 38-ci PB-dən Şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin istehlakına görə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis kapitanı X3 öz izahatında tərtib etdiyi protokolu müdafiə bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, ev 21A, mənzil 1 ünvanında yaşayan Şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi ilə bağlı daxil olmuş məlumatla əlaqədar araşdırma aparılmış və Şəxs narkotik vasitənin istifadəçisi olubolmamasının yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji mərkəzinə aparılmış və orada yoxlanılmışdır. Həmin mərkəzdən alınmış 29 sentyabr 2021-ci il tarixli 3674 saylı rəydən məlum olmuşdur ki, Şəxs narkotik vasitə istifadəçisidir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Qaradağ RPİ-nin 38ci PB-nin təhqiqatçısı, polis kapitanı Vəkilov Ramin Yusif oğlu tərəfindən 21 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd olunan məsələ ilə bağlı qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Odur ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək bildirmişdir ki, o, əvvəllər bir neçə dəfə narkotik vasitə olan kustar üsulla hazırlanmış “heroin” qəbul etmişdir. Əməlindən peşiman olmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 29 sentyabr 2021-ci il tarixli, 3674 saylı rəyindən aydın olur ki, müayinə zamanı Şəxs opiodlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan MN ******* saylı 04 noyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 206-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis kapitanı Vəkilov Ramin Yusif oğlu tərəfindən 21 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd olunan məsələ ilə bağlı qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan aydın olur ki, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 38-ci PB-nin aidiyyəti əməkdaşlarına həvalə edilməsi qərara alınmışdır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55,115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətə inzibati qaydada həbs edilsin.

2. Həbs müddətinin əvvəli 04 noyabr 2021-ci il saat 14:50-dən hesablansın və həbs müddətinin sonu 04 dekabr 2021-ci il saat 14:50 müəyyən edilsin.

3. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 38-ci PB-nə həvalə edilsin.

4. Şəxs naromaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın.

5. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar