Məhkəmə qərarları › İş №3(002)-1331/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1331/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1331/2021 05.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş 05.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04.11.2021-ci il tarixdə, saat 13:10-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində idarə etdiyi Vita markalı avtomaşının qabaq nömrəsi olmadığı üçün saxlanılmış və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, 04.11.2021-ci il tarixli raport əsasında Şəxs bölməyə təhvil verilmiş və həmin raport əsasında sonuncu barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, ünvan 2 ünvanında ailə üzvləri ilə bilikdə yaşayır 4 noyabr 2021-ci il tarixdə idarə etdiyi vito markalı ** BE *** dövlət nömrə nişanlı avtomaşınla Gəncə şəhərindən Bakı şəhəri istiqamətinə sərnişin daşımışdır. Həmçinin həmin günü 4-5 nəfərdən qohumlarını aeroporta çatdırmalı idi. Bu zaman Qaradağ rayon ərazisində polis əməkdaşı onu maşının qabaq nömrəsi olmadığından saxlamış və ondan sənədləri tələb etmişdir. Oda avtomobilə aid sənədləri həmin polis əməkdaşına təqdim etmiş, bundan sonra ad və soyadını özlərində olan kompüter vasitəsi ilə yoxlamışlar. Daha sonra qanunu pozduğu ona izah edilmiş və barəsində törətdiyi hər iki xətaya görə protokol tərtib olunmuşdur. Sonra polis əməkdaşı idarə etdiyi maşını duracağa yerləşdirəcəklərini demiş, oda artıq törətdiyi xətalara görə cərimə olunduğunu və maşının duracağa yerləşdirilməsi üçün başqa əsasların olmadığını bildirdikdən sonra maşına əyləşərək oradan uzaqlaşaraq avtomobildə olan sərnişinləri Səbail rayonuna aparıb orada taksiyə əyləşdirib 3 saatdan sonra geri qayıtmış bu zaman 719 saylı postda polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra polis əməkdaşları raport əsasında onu Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil vermişlər. Lakin o, hesab edir ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və əsassızdır. Ona görə ki, ö, törətdiyi inzibati xətalara görə inzibati məsuliyyətə bir dəfə cəlb olunmuşdur. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasnda şahid qismində dindirilmiş BDYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X3 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X4 idarə etdiyi avtomobilin qabaq dövlət qeydiyyat nişanı üzərində olmadığı üçün və 721 saylı posta saxla işarəsinə tabesizlik göstərdiyi üçün 719 saylı postda saxlanılmış sürücünün törətdiyi qayda pozuntusunun mahiyyətini bildirdikdən sonra barəsində törətdiyi hər iki xətaya görə protokol tərtib olunmuşdur. Sonra sürücüdən avtomobili müvəqqəti duracağa yerləşdirilməsi tələb edilmişdir. Lakin, sürücü Aliyev İzmir oğlu onların qanunu tələbinə əməl etməyəcəyini bildirib hava limanına tələsdiyini bildirmiş və bundan sonra avtomobili sürüb getmişdir. Onun arxasınca patrul avtomobili ilə hərəkət edib saxlamaq istəsələr də sürücü saxla işarəsinə tabe olmamışdır. Həmin gün sürücü Bakı şəhərindən Gəncə şəhərinə qayıdarkən 719 saylı postda saxlanılmış və o 04.11.2021-ci il tarixli raport əsasında Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 04 noyabr 2021-ci il tarixli tutma protokolundan görünür ki, X6 04 noyabr 2021-ci il tarixdə saat 21:00 da inzibati qaydada tutulmuşdur. 04 noyabr 2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə 80 manat məbləğində cərimə olunmuşdur Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Şəxs barəsində başlanmış İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Belə ki, İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, işin hallarından və işdə iştirak edən şəxslərin izahatlarından aydın olur ki, Şəxs 04.11.2021-ci il tarixdə, saat 13:10-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində idarə etdiyi Vita markalı avtomaşının qabaq nömrəsi olmadan idarə etmiş və yol polisi əməkdaşının saxla işarəsinə tabe olmamış və bu hərəkətlərinə görə barəsində qəbul olunmuş TP ******* nömrəli, 04 noyabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.2.3 və 342.1 maddələri ilə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Həmçinin hadisənin bilavasitə şahidi olmuş BDYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X3 məhkəmə icılasında verdiyi izahatında Şəxs idarə etdiyi nəqliyyat vasitəsini saxla tələbinə tabe olmamasını göstərmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, İXM-in 535.1-ci maddəsinin tərkib hissəsinin yaranması üçün polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmaması mövcud olmalıdır. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş BDYPİ-nə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X3 qəsdən tabe olmamağın Şəxs yalnız polis əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbini icra etməməsində özünü göstərdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, polis əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi şəxsin İXM-in 535.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Belə ki, İXM-in 327.3-cü maddəsində müvafiq icra hakimiyyəti orqanı (bu halda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi) əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə ayrıca məsuliyyət nəzərdə tutulmuşdur. Beləliklə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək məhkəmə belə bir nəticəyə gəlir ki, Şəxs 04.11.2021-ci il tarixdə idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması üçün polis əməkdaşının tələbini yerinə yetirməməsi İXM-in 535.1-ci maddəsinin tərkibini yaradan polis işçisinin ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama kimi qiymətləndirilə bilməz. Yuxarıda göstərilənlər məhkəməyə Şəxs oğlunun hərəkətlərində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olmaması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə, təqsirsiz hesabedilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyəborcludeyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 9.1-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 9.2-vi maddəsinə əsasən Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar