Məhkəmə qərarları › İş №3(002)-1332/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1332/2025

20.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1332/2025 20.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Azərbaycan Tibb Universitetinin X2 nəzarətçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, M.Əcəmi 9-da kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9, borclu Şəxs barəsində protokol tərtib edərək, Bakı şəhəri Qaradağ şəhər Məhkəməsinin e-2(002)-3813/2023 saylı, 26 dekabr 2023-cü il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X9 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ şəhər Məhkəməsinin e-2(002)-3813/2023 saylı, 26 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı X5 cavabdeh Şəxs qarşı «nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən olunması və aliment» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, Şəxs ilə X10 arasında 18 mart 2010-cu il tarixdə Bakı şəhərində Qaradağ rayon Qeydiyyat şöbəsində 158 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 anaları X5 yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2018-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq Şəxs X5 xeyrinə hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat sabit pul məbləğində aliment tutulması, alimentin tutulmasına dair hissədə qətnamənin dərhal icra edilməsi, ilk iddia üzrə ödənilmiş 50 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin ilk iddia üzrə iddiaçı X7 aid edilməsi, Şəxs 84 manat 80 qəpik dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 10 yanvar 2024-cü il tarixdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu son dörd aya qədər aliment borclarını tam ödəmiş, sonradan ödənişləri dayandırdığına görə bu günə 1950 manat aliment borcu yaranmışdır. Bütün bu qeyd etiklərinə əsasən borclunun barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinə əsasən 20 iyun 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Odur ki, borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. O öz izahatında daha sonra göstəmişdir ki, borclu icra məmurunun çağıırşlarından heç vaxt yayınmamış, məhkəmə iclasının yeri və vaxtı barədə tələbkara məlumat verməsinə baxmayaraq tələbkar işdə olması səbəbilə məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin borcunu tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qətnamədən xəbəri vardır və yuxarıda göstərilən borc məbləğini ödəməkdən yayınmamışdır. Belə ki, Bakı şəhəri Qaradağ şəhər Məhkəməsinin e-2(002)-3813/2023 saylı, 26 dekabr 2023-cü il tarixli icra vərəqəsinə əsasən ümumilikdə 540 manat sabit pul məbləğində alimentin ondan tutulması qət edilmişdir. Özü Azərbaycan Tibb Universitetinin X2 nəzarətçi işləməklə 460 manat əməkhaqqı alır. Aliment maaşının 70 faizinə yönəldiyindən hər ay 322 manat aliment borcundan ödəyir. Başqa heç bir gəliri və qazancı olmamasına baxmayaraq yerdə qalan məbləği isə əlavə ödənişlər edərək bağlamışdır. Təxminən dörd ay əvvəl işdə yaranmış problem səbəbindən bu günədək maaş ala bilməmişdir. Həmçinin əməkhaqqı kartını da keçmiş həyat yoldaşına vermişdir, buna görə də tələbkar olan hadisələrdən xəbərdardır. Həmçinin icra məmurunun çağırışlarından da bu günədək yayınmamışdır. Yaranmış borcundan sabah, yəni xx.xx.2025-ci il tarixdə 300 manat ödəyəcəkdir. Qalan borcu da qısa müddətdə ödəmək üçün əlindən gələni edəcəkdir. Odur ki, bütün qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə inzibati icraata xitam verilməsini xahiş etmişdir. X1 ilə məhkəmə iclasının gedişində mobil telefon əlaqəsi saxlanılmış, tələbkar işdə olması səbəbilə məhkəmə iclasında iştirak edə bilmədiyini, yaranmış aliment borcunun tam şəkildə və dərhal ödənilməsini, bu baş vermədikdə isə borclu barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla icra sənədini son dörd aydır ki, icra etməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Şəxsnın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatı, inzibati xəta haqqında tərtib edilmiş 20 iyun 2025-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, yaranmış borcundan son dörd ayadək mütəmadi ödənişlər etdiyini və gələcəkdə də ödənişlər edəcəyinə söz verməsini, daimi iş yerinin olmasını, eləcə də bu iş üzrə ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar