Məhkəmə qərarları › İş №3(002)-1333/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1333/2021

05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1333/2021 05.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X1, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Lənkəran rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (deməsinə görə himayəsində üç azyaşlı uşağı olan), Lənkəran rayonu, Nərimanabad kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2, “Təzə Yurd” adlanan yaşayış sahəsində yerləşən nömərsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş MN ******* saylı 05 noyabr 2021-ci il tarixli inzibati protokoldan aydın olur ki, 11-ci PB-nin əməliyyat müvəkkili Oruc Orucovun raportu əsasında oğurluq hadisəsi ilə əlaqədar vətəndaş Şəxs Polis Bölməsinə dəvət olunan zaman qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 03 noyabr 2021-ci il tarixdə X4 adlı şəxs Qaradağ rayonu, Qobustan qəsəbəsi, 2-ci massivdə yerləşən ona aid olan yarımtikilidən 06 ədəd yataq dəstinin, 01 ədəd qazan dəstinin, 05 barama elktrik naqilinin, 01 ədəd drelin, 01 ədəd laqondanın, 01 ədəd xalçanın və 02 ədəd yastığının oğurlandığı barəsində DİN-in 102 zəng mərkəzinə müraciət etmişdir. Faktla bağlı Şəxs da şübhə doöurduğu üçün polis bölməsinə dəvət zaman polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmağa cəhd göstərib uzaqlaşmaq istəyən zaman saxlanmış, özünü aqressiv formada aparaq özünü yerə çırpıb, sürünərək PB-nə aparılmaqdan yayınmaq istəmişdir. Buna görə də onun tərəfindən protokol tərtib edilmişdir. Hazırda da protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili X5 öz izahatında X1 verdiyi izahatla oxşar izahat verərək bildirmişdir ki, Şəxs 11-ci Polis Bölməsinə dəvət olunan zaman polisin qanuni tələblərini kobud şəkildə pozmuş və bölməyə getməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib olunmuş prtokolu qəbul etməyərək izahatında göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 2, “Təzə Yurd” adlanan yaşayış sahəsində yerləşən nömərsiz fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 03 noyabr 2021-ci il tarixdə qonşuluqda yaşayan Zenfira adlı qadının evində baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polis əməkdaşları onun yaşadığı ünvana gələərk onu 11-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt o yatıbmış, qapıya anası çıxıb polislərdən nə üçün gəldiklərini soruşmuşdur. O həmin vaxt həyəcanlı olduğu üçün nə baş verdiyini anlamamış, polislərin onun polis bölməsinə getməsini tələb edəndə qorxmuş və polis bölməsinə getməkdən imtina etmişdir. Baş vermiş oğurluq hadisəsi ilə bağlı onun heç bir məlumatı olmamaqlaqeyd olunan hadisə ilə bağlı ona hər hansı birlidiriş gəlməmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlamış və 11-ci Polis Bölməsinə aparmışlar. Odur ki, barəsində olan inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 04 noyabr 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs qeyd olunan inzibati pozuntuya görə 04 noyabr 2021-ci il tarixdə saat 19:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında Şəxs törətdiyi inzibati xətanın konkret nədən ibarət olduğu öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin tələblərinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edildiyindən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs inzibati tutmadan dərhal azad edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar