Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1336/2025 21.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində andan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, tam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş 21 iyun 2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində ictimai qaydanı pozmaqla tanışı X1 təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X7 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 09:40 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində X5 nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bununla bağlı ərazidə olan polis əməkdaşları Şəxs və X4 10-cu PŞ-nə dəvət etmişlər. Bu barədə araşdırma aparılmış və müvafiq protokol tərtib edilmişdir. Göstərilən halları nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, 20 iyun 2025-ci il tarixdə o, qeyri-rəsmi münasibətdə olduğu X8 və dostları ilə birlikdə “Ocaq” restoranına yemək yeməyə getmişlər. O, dostları ilə birlikdə içkili olduğu üçün Aytaca onları evə aparmasını bildirmişdir. Yemək yedikdən sonra kassaya yaxınlaşıb hesabı öyrənən zaman Aytac onun cibindən avtomobilin açarını götürərək avtomobildə əl çantasını götürəcəyini demişdir. Lakin 5-10 dəqiqədən sonra Aytacın onun avtomobilini sürüb getdiyini görmüşdür. Aytaca gecə saat 05 radələrində telefonla zəng vursa da Aytac ona cavab verməmişdir. Bir saat yarım keçdikdən sonra Aytac onun zənginə cavab verərək onu Bakı şəhəri Qaradağ RPİ-nin əməkdaşlarının saxladığını bildirmişdir. O, bundan əsəbiləşərək taksi çağırıb həmin yerə gedərək orada Aytaca nalayiq ifadələr işlətmişdir. Aytac ona buna görə ona irad tutmuşdur. Hər ikisini Qaradağ RPİ-nin 10-cu PŞ-nə dəvət etmişlər. Hadisə zamanı Aytac Səmədovaya qarşı hər hansı zor tətbiq etməmişdir. Törətdiyi əməldən peşman olduğunu və X8 ilə barışmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X8 bildirmişdir ki, 20 iyun 2025-ci il tarixdə o, əvvəllər Şəxs və Anar Ayvazovun dostları ilə birlikdə “Ocaq” restoranına yemək yeməyə getmişlər. Şəxs dostları ilə birlikdə orada spirtli içki qəbul edərək bir-biriləri ilə mübahisə etdiklərinə görə o, oradan getmək istəmişdir. Şəxs içkili olduğu üçün ona Anarı və dostlarını evə aparmasını bildirmişdir. O, Anarın avtomobilini götürərək idarə etdiyinə görə Bakı şəhəri Qaradağ RPİnin əməkdaşları həmin avtomobili saxlamışlar. Qaradağ RPİ-yə taksi ilə gələn Şəxs onun avtomobilini nəyə görə saxladıqlarını deyərək qışqırıb nalayiq ifadələrlə onu təhqir etməyə başlamışdır. Bu zaman ərazidə polis əməkdaşı onlara yaxınlaşıb hər ikisini 10-ci PŞ-nə aparmışlar. Şəxs hadisə zamanı ona qarşı hər hansı zor tətbiq etməmişdir. Hazırda Şəxs ilə barışmışdır, həmin şəxsə qarşı şikayəti yoxdur. Məhkəmə iclasında dindirilmiş şahid X6 bildirmişdir ki, Şəxs 20 iyun 2025-ci il tarixdə, saat 09:40 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsində X5 nalayiq ifadələr işlətdiyinə görə hər ikisi Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparılmışlar. İş materiallarında olan tutma protokolundan görünür ki, Şəxs 20 iyun 2025-ci il tarixdə saat 13:30-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan 20 iyun 2025-ci il tarixli, 2/34583 nömrəli tibbi müayinə protokolundan görünür ki, Şəxs yüngül sərxoşluq dərəcəsində olduğu müəyyən edilmişdir. Beləliklə, Şəxs törətdiyi inzibati xəta, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, protokolu tərtib etmiş şəxsin, zərərçəkmiş şəxsin, şahidin izahatları və özünün etirafı, həmçinin inzibati xəta haqqında protokol və digər iş materialları ilə onun xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər etməsi tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif edilməli və həmin maddənin sanksiyası həddində onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 32-ci maddəsinə əsasən Şəxs əməlini səmimi etiraf etməklə peşman olmasını və zərərəçkmiş şəxs X8 ilə barışmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilsə də, Şəxs yüngül sərxoşluq dərəcəsində olmuş, hadisədən sonra öz əməlini etiraf edərək zərərçəkmiş şəxslə barışmışdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə uyğundur. Bu növ tənbehin tətbiqi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, cərimə növündə inzibati tənbehin həddi müəyyən edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir gün müddətində inzibati qaydada tutulması da nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114.1.1, 115.1, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 50 (əlli) manat məbləğində cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhəri Qaradağ Rayon Məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1336/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1336/2025
21.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver