Məhkəmə qərarları › İş №3(002)-1339/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1339/2021

10.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1339/2021 10.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X4, X1nın, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1982-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş 10 noyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, İbişov X9 rayon Məhkəməsinin 2(002)-483/2020 saylı, 17 mart 2020-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X12 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək çıxışında bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-483/2020 saylı, 17 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən X13 ilə Şəxs arasında 21 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyat şöbəsində 620 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 28.12.2004-cü il təvəllüdlü X14, 07.10.2006-cı il təvəllüdlü X15 və 03.12.2009-cu il təvəllüdlü X5 iddiaçı X6 himayəsində saxlanılmış, cavabdeh Şəxs 28.12.2004-cü il təvəllüdlü X14, 07.10.2006-cı il təvəllüdlü X15 və 03.12.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 130 manat olmaqla cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin tam icrası könüllü təmin edilməmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, lakin hər hansı müsbət nəticə əldə olunmamışdır. Borclu tərəfindən məhkəmə qərarının real icrasına yönələn heç bir tədbir görülməmiş, bu tədbirlərin həyata keçirilməsinə hərəkətsizlik göstərilməklə, tələbin təmin edilməsinə təşəbbüs belə göstərilməmişdir. Borclu Şəxs qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün barəsində 18 oktyabr 2021-ci il tarixdə axtarış elan edilmiş, icra edilməsi üçün səlahiyyətli orqana göndərilmiş və borclunun axtarışda olması nəzərə alaraq iş üzrə icraat dayandırılmışdır. Borclu Şəxs 10 noyabr 2021-ci il tarixdə könüllü olaraq Qaradağ rayon İcra və Probasiya Şöbəsinə gəlmiş, həmin tarixdə şöbədə izahatı alınmış və dəyandırılmış icraat təzələnmişdir. Borclu Şəxs ümumilikdə 289.34 manat onun əvvəllər işlədiyi “Azneft” İB-nin “X10” İdarəsindən aldığı əmək haqqısından tələbkarın xeyrinə tutulmuşdur. Borclu öhdəliklərini tam və vaxtında icra etmədiyi üçün bu günə onun 8190 manat aliment borcu yaranmışdır. Görülmüş icra tədbirləri müsbət nəticə vermədiyindən borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 10.11.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. X1 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-483/2020 saylı, 17 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən əsasən X13 ilə Şəxs arasında 21 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyat şöbəsində 620 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 28.12.2004-cü il təvəllüdlü X14, 07.10.2006-cı il təvəllüdlü X15 və 03.12.2009cu il təvəllüdlü X5 iddiaçı X6 himayəsində saxlanılmış, borclu Şəxs 28.12.2004-cü il təvəllüdlü X14, 07.10.2006-cı il təvəllüdlü X15 və 03.12.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 130 manat olmaqla cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin, borclu icra sənədi üzrə öz öhdəliyini tam yerinə yetirməyərək icra sənədinin icrasından yayınmışdır. 2020-ci ildə ümumilikdə 289.34 manat onun əvvəllər işlədiyi “Azneft” İB-nin “X10” İdarəsindən aldığı əmək haqqısından onun xeyrinə tutulmuş, bundan başqa borclu heç bir ödəniş etməmişdir. Borclu tərəfindən ödənilməmiş qalan aliment borcu 8190 manat təşkil edir. Hazırda borclu Şəxs şikayətçidir və ödənilməmiş qalan 8190 aliment borcunu tələb edir. Göstərilənləri nəzərə alaraq sonuncu barəsində inzibati həbslə bağlı tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, icra vərəqəsindən xəbərdardır. Maddi imkansızlığı səbəbindən aliment öhdəliklərini icra edə bilmir. Maddi imkanı olacağı təqdirdə borcundan ödənişlər edəcəkdir. Barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-483/2020 saylı, 17 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən X13 ilə Şəxs arasında 21 sentyabr 2005-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Qeydiyat şöbəsində 620 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 28.12.2004-cü il təvəllüdlü X14, 07.10.2006-cı il təvəllüdlü X15 və 03.12.2009cu il təvəllüdlü X5 iddiaçı X6 himayəsində saxlanılmış, cavabdeh Şəxs 28.12.2004-cü il təvəllüdlü X14, 07.10.2006-cı il təvəllüdlü X15 və 03.12.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay bir uşağa görə 130 manat olmaqla cəmi 390 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 xeyrinə ödənilməsi qət edilmişdir. İcraata başlama haqqında 24.08.2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-483/2020 saylı, 17 mart 2020-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. “Azneft” İB-nin “X10” İdarəsinin 01 fevral 2021-ci il tarixli məktubundan görünür ki, Şəxs aylıq əməkhaqqından borc ödənilənə kimi hər ay 70 faiz miqdarında, borc ödənildikdən sonra isə hər ay bir uşağa görə 130 manat, üç uşağa görə cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq X8 ödənilməsi tapşırığı Şəxs əmək müqaviləsinin ləğv edilməsi ilə dayandırılmışdır. İşçi Şəxs 2020-ci ilin oktyabr ayının əmək haqqından 289.34 manat məbləğində alimentin tutularaq X6 bank hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialının Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 26 fevral 2021-ci il tarixli, **********4 saylı məktubundan görünür ki, Şəxs 23.02.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2 1 saylı Ərazi Məşğulluq Mərkəzi filialında işsiz vətəndaş kimi qeydiyyata alınmış, həmin tarixdə ona məşğulluq altsistemindən vakansiyalar barədə məlumat verimiş, lakin, Şəxs özünə uyğun iş hesab etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 13.1.4-1 maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında məhkəmə qərarları əsasında verilən icra vərəqələri dərhal icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.4. Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz; 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və borclunun izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs məhkəmə qətnaməsi üzrə üzərinə qoyulmuş aliment öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək, qanunla müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqələrinin icrasına səhlənkar yanaşmışdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə aktını icra etmək üçün Şəxs kifayət qədər imkana və vaxta malik olmasına baxmayaraq bunu etməmişdir. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirib, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli və həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı andan, yəni 10 noyabr 2021-ci il saat 15:15dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, onun barəsində 08 (səkkiz) gün müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. İnzibati həbsetmənin əvvəli 10 noyabr 2021-ci il saat 15:15-dən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar