Məhkəmə qərarları › İş №3(002)-1339/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1339/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1339/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlu, Şəxs QSC barəsində Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən Şəxs QSC barəsində İXM-nin 324.3-cü maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Hesab edirəm ki, həmin material mahiyyəti üzrə baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan 13 iyun 2025-ci il tarixli İXP ******* №-li protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, 12 iyun 2025-ci il tarixdə, saat 07:15-də Suraxanı rayonu, Zığ qəsəbəsində King Long ** İU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 tərəfindən və saat 06:45-də Suraxanı qəsəbəsi, Yeni Günəşli qəsəbəsində King Long ** İU *** dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü X1 tərəfindən buraxılış vəsiqə kartı olmadan qeyri-müntəzəm sərnişin daşıma faktı aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, törədilməsi ehtimal edilən inzibati xəta hadisəsi hadisə Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilsin. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar