Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1340/2025 08.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli, EQ 28514055 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli, EQ 28514055 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ARDİN Baş Dövlət Yol Polis İdarəsinin 11 iyun 2025-ci il tarixli, EQ 28514055 saylı inzibati xəta haqqında qərarı ilə qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 (altı yüz) manat məbləğində cərimə edilmişdir. Əsas kimi isə 11 iyun 2025-ci il tarixli, EQ 28514055 saylı protokolu və inzibati xəta haqqında işlərin digər materialları götürülmüşdür. Tərtib olunan xx.xx.2025-ci il tarixli EQ 28514055 saylı inzibati xəta haqqında işin digər materiallarına görə xx.xx.2025-ci il tarixində 22:15-də M-2 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində MAN TGA 18.440 Yük markalı, ** EH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iri qabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və idarə edilməsi nəticəsində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyi üçün barəsində 600 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Yazılmış cərimə əsassızdır. Belə ki, ərizəyə əlavə etdiyi sənəddən də görsəndiyi kimi avtomobili yüklədiyi ərazidən 39 ton 770 kq çəki ilə xx.xx.2025-ci il tarixdə saat 14:37 radələrində ərazidən çıxmışdır. Yükü boşaltdığı əraziyə isə 39 ton 400 kq çəki ilə xx.xx.2025-ci il tarixində saat 23:53 radələrində çatmışdır. Kamera görüntülərində limit 40 ton qeyd edilmiş, idarə etdiyi avtomobilin yükü isə 42 ton 650 kq kimi qeyd edilmişdir. İdarə etdiyi yük avtomobili hərəkətdə olan zaman saxlanılmamış və yük avtomobilləri üçün nəzərdə tutulmuş tərəziyə çıxarılmamışdır. Əsassız olaraq ona belə cərimə tətbiq edilmişdir. Hər iki protokol ləğv edilməli və əsassız olaraq yazılmış cərimə silinməlidir. Qeyd edilənlərə əsasən barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli, EQ 28514055 saylı inzibati xəta haqqında qərarın əsassız olduğundan ləğv edilməsini məhkəmədən xahiş etmişdir. X1 və inzibati protokol tərtib edən orqana işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq inzibati protokol tərtib edən orqanın nümayəndəsi və X1 məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə AR İXM-nin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən aydın olur ki, X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapır. Şikayətçinin avtomobilində 39770 kq çəkidə yük daşımasına dair məhkəməyə təqdim etdiyi tərəzi qəbzi mötəbər deyil, ona görə ki, həmin qəbzdə yükün çəkildiyi tərəzinin seriya nömrəsi qeyd edilmədiyindən şəhadətnamə üzrə hansı tərəzi ilə çəkildiyini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134, 128-133-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli, EQ 28514055 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi haqqında şikayət ərizəsi təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-1340/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1340/2025
08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver