Məhkəmə qərarları › İş №3(002)-1345/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1345/2025

24.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1345/2025 24.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, Şəmkir rayonu Təzəkənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-171/2025 saylı, 30 yanvar 2025-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X11 protokolu müdafiə edərək bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)- 171/2025 saylı, 30 yanvar 2025-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh X12 ilə Şəxs arasında Şəmkir rayonu Təzəkənd İƏD-nin 23 noyabr 2011-ci il tarixli 32 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh Şəxs hər ay hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməlidir. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmin icra sənədi Şəmkir rayon İcra və probasiya şöbəsindən Qaradağ rayon İcra şöbəsinə göndərilərək xx.xx.2025-ci il tarixdə onun icraatına daxil olmuşdur. Dəfələrlə icra vərəqəsinin tam şəkildə icrası tələb edilsə də, Şəxs aliment borcunu tam ödəyə bilmədiyini və Şəxs tərəfindən bu günədək 2025-ci ilin aprel ayında 250 manat, may ayında 250 manat və iyun ayında 148 manat olmaqla cəmi 648 manat manat ödəniş edildiyini, həmin ödənişlərin də Şəxs əmək haqqına tutulma nəticəsində həyata keçirildiyini bildirdi. Şəxs yeni iş yeri üzrə isə əmək haqqına tutulma yönəldilməmişdir. Ümumilikdə Şəxs 2952 manat aliment borcu vardır. X2 yığılmış aliment borcunun K.M.Allahyarova tərəfindən tam olaraq ödənilməsini tələb edir. Qeyd olunanlara əsasən borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 24 iyun 2025-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində tərtib edilmiş protokol ilə əlaqədar göstərmişdir ki, o, Şəmkir rayon İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2025-ci il tarixli bildirişi ilə 12 aprel 2025-ci il tarixdə tanış olmuşdur. Həmin icra sənədi barədə 12 aprel 2025-ci il tarixdən məlumatının olduğunu Şəmkir Rayon Məhkəməsi tərəfindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxılarkən də məlumat vermişdir. 12 aprel 2025-ci il tarixdən etibarən isə o, əmək haqqında tutulmalar edilməsinə razı olduğunu bildirmişdir. Hazırda da əmək haqqından tutulmalar olmasına razıdır. Himayəsində 9 yaşlı uşağı vardır. 02 iyun 2025-ci il tarixədək “Oba market”də işləmiş, həmin müddətdə əmək haqqı 450 manat olmuş və bonus olaraq əlavə 50 manat almışdır. Hazırda isə başqa yerə işləyir, əmək haqqı 400 manat təşkil edir, aliment borcu üzrə ay ərzində 300 manat ödəməyə razıdır, aliment borcunun əmək haqqına yönəldilməsini istəyir. Odur ki, barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X11 tərəfindən tərtib edilmiş 24 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs hazırda qalıq borcu 2952 manat təşkil edir. Həmin protokola əlavə edilmiş Şəxs əmək müqaviləsi məlumatlarından edilmiş xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, o, “X15” MMC-də satıcı-nəzarətçi, kassir (ərzaq və qeyri-ərzaq malları üzrə) işləyir, əmək haqqı 400 manatdır. Məhkəmə aktlarının elektron bazasından əldə edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-171/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X6 cavabdeh Şəxs qarşı “nikahın pozulması, uşaqların onun yanında qalmasının müəyyən edilməsi və alimentin sabit pul məbləğində tutulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxılmış, Şəxs həmin məhkəmə iclasında iştirak etməmişdir. X12 ilə Şəxs arasında Şəmkir rayon Təzəkənd İƏD üzrə nümayəndəlikdə 23 noyabr 2011-ci il tarixli, 32 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. xx.xx.2012-ci il təvəllüdlü X13 və xx.xx.2014-cü il təvəllüdlü X8 iddiaçı X6 himayəsində saxlanılmış, xx.xx.2016-cı il təvəllüdlü X9 isə cavabdeh Şəxs yanında saxlanılmışdır. xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdeh Şəxs hər ay hər uşağa sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X7 ödənilməsi qət edilmiş, alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə aktlarının elektron bazasından əldə edilmiş Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli 3(076)-394/2025 nömrəli qərarından görünür ki, həmin tarixli iclas zamanı Şəxs izahatında bildirmişdir ki, Şəmkir Rayon Məhkəməsinin qətnaməsi əsasında verilmiş xx.xx.2025-ci il tarixli 2(076)-171/2025 saylı icra sənədinin icrası ilə bağlı tələbin könüllü icrası barədə bildiriş ona 12 aprel 2025-ci il tarixdə təqdim edilmişdir. Rəsmi iş yeri vardır, maaşından keçən ay pul tutulmuşdur. Lakin ona icra məmuru tərəfindən aliment borcu barədə heç bir məlumat verilməmişdir. Qətnamənin icraya yönəldilməsindən xəbəri olmamışdır, belə ki, heç qətnamənin çıxmasından da xəbəri olmamış, qətnamədən hazırda şikayət vermək istəyir. Qətnamədən və icra vərəqəsindən, aliment borcundan bu gün, yəni protokol tərtib edilən gün (xx.xx.2025-ci il tarixdə) xəbəri olmuşdur. Borcunu birdəfəlik ödəyə bilməsə də, əmək haqqısından tutulmalar edilməsinə razıdır. Himayəsində 9 yaşında bir uşağı vardır. Odur ki maddi və ailə vəziyyətini nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli 3(076)-394/2025 nömrəli qərarında həm də qeyd edilmişdir ki, Şəxs əməlində xx.xx.2025-ci il tarixli icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Belə ki, borclu icra sənədi ilə 12 aprel 2025-ci il tarixdə tanış olmuş, tələbin könüllü olaraq icra edilməsinə görə ona 10 gün müddət verilmişdir. Hazırda həmin müddət ötürülməmişdir. Həmçinin borclunun daimi iş yeri var, əmək haqqı alır, borcun əmək haqqısına yönəldilməsinə etiraz etmir. Həmin vaxt könüllü olaraq 2161 manat məbləğində borcundan ödəniş edəcəyinə söz verir, maddi vəziyyətinə görə borcunu tam şəkildə ödəyə bilməmiş, borcunu ödəməyi öhdəsinə götürmüşdür. İcra məmuru və borclu qeyd etmişlər ki, icra vərəqəsi ilə borclu 12 aprel 2025-ci il tarixdə tanış olmuşlar. Buna görə də, Şəmkir Rayon Məhkəməsinin 12 aprel 2025-ci il tarixli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Məhkəmə, tərəflərin izahatını, inzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri, məhkəmə aktlarının elektron bazasından əldə edilmiş Şəmkir Rayon Məhkəməsinin qətnaməsini və qərarını nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, borclu Şəxs tərəfindən Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-171/2025 saylı icra sənədi üzrə borcun ödənilməsi ilə bağlı Şəxs əvvəlki iş yeri üzrə əmək haqqından tutulmalar icra edilmişdir. Şəxs yeni iş yeri üzrə də əmək haqqından tutulmaların icra edilməsinə etiraz etmir, hər ay aliment borcu üzrə 300 manat ödəyəcəyinə söz verir. Yəni Şəxs əvvəlki və hazırki iş yeri üzrə əmək haqqlarına aliment borcunun ödənilməsinin həyata keçirilməsinə etiraz etməmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi qəbul edilən zaman Şəxs həmin iclasda iştirak etməmiş, buna görə də onun həmin qətnamə barədə məlumatı olmamışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-171/2025 saylı icra sənədi üzrə, tələbin könüllü icrası barədə bildiriş borcluya 12 aprel 2025-ci il tarixdə təqdim edilmişdir, həmin vaxta qədər Şəxs icra sənədi barədə məlumatı olmamışdır. Qeyd olunan tarixdən etibarən isə Şəxs əmək haqqına aliment üzrə tutulmalar yönəldilməyə başlanmış, Şəxs buna hər hansı etirazını bildirməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranmış olur ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən, qəsdən icra etməsin, icra sənədinin icrasından bilərəkdən boyun qaçırsın. İcra etməmə o halda üzrsüz sayılır ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən olunduğu halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Buna görə də, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən olunmur, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsəs yoxdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin yuxarıda təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs oğlunın Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən (inzibati xəta tərkibi olmadığından) xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Emin Fətəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar