Məhkəmə qərarları › İş №3(002)-1354/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-1354/2023

11.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-1354/2023 11.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X8, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1979-cu ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Hacıqabul rayonu, Nəvahi qəsəbəsində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 11 iyul 2023-cü il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 10 iyul 2023-cü il tarixdə X4 qarşı nalayiq ifadələr işlətmişdir. Buna görə də Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X12 tərəfindən Şəxs barəsindəAzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru X12 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, ƏÇPA-nın 10-cu Patrul Bölüyünün polis nəfərləri, polis serjantı Rahim Salmanlı və Novruz Rzayev 10 iyul 2023-cü il tarixdə 9694 saylı çağırışlı avtomaşınla xidmət apararkən, saat təxminən 19:00 radələrində “Binə” TM-nin qarşısında avtobus dayanacağında 193 nömrəli avtobusun yanında bir qrup şəxsin toplaşdığını görmüşlər. Ora yaxınlaşarkən avtobusun sürücüsünün və avtobusda sərnişin qismində əyləşmiş qadının, sonradan adının Qədir olduğu onlara məlum olan şəxsdən şikayətçi olduqlarını öyrənmişlər. Belə ki, sürücü və sərnişin olan qadın, Qədir adlı şəxsin onları söyüb təhqir etdiyini qeyd etmişlər. Polis əməkdaşları hər üç şəxsi xidməti avtomobilə mindirərək 10-cu PŞ-nə gətirmişlər. Şöbədə həmin şəxslərin X6, Şəxs Abdulhüeyn oğlu və X7 olduğu müəyyənləşdirilmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X7 öz izahatında bildirmişdir ki, 10 iyul 2023-cü il tarixdə “Binə” TM-nin yaxınlığında 193 nömrəli sərnişin avtobusunda tanımadığı bir nəfər şəxsin avtobus sürücüsü ilə mübahisə etdiyi görmüş, vətəndaşa iradını bildirdikdə vətəndaş onu təhqir etmişdir. Odur ki, barəsində inzibati xəta haqqında iş üzə icraat aparılan Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, 10 iyul 2023-cü il tarixdə Yeni Yasamal qəsəbəsindən 193 nömrəli marşurutla Lökbatan dairəsinə gələrkən yolda sürücüyə beş manat uzatmış, sürücü isə telefonla danışdığı üçün pulu əvvəlcə qəbul etməmiş, bir az sonra pulu qəbul etdikdə isə qalığı ona qaytarmamışdır. Daha sonra beş manatı bütöv halda ona geri quytarmış, sərnişinləri düşürdükdən sonra isə onu avtobusun arxasına çəkib “Korsan? Görmürdün ki, telefonla danışırdım” demişdir. Bu zaman avtobusda sərnişin kimi əyləşən, sonradan adını bildiyi X2 “bu kimdi ki, bununla başını ağrıdırsan” demişdir. O sürücüyə mübahisənin ikisi arasında baş veridiyini, buna görə də qadına sahib çıxmasını bildirmişdir. Bunu görə X7 onunla daha ucadan mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə baş verən ərazidə polis maşınının olduğunu görüb polisi kömək üçün çağırmış, bunu görən Nuranə Məmiyeva isə onu qabaqlamaq məqsədilə DİN-in 102 zəng xidmətinə zəng etmişdir. Bundan sonra hadisə yerinə yaxınlaşan polis əməkdaşları onları xidməti avtomobilə mindirərək 10-cu PŞ-na gətirmişlər. Daha sonra o, öz izahatında heç bir nalayiq ifadə işlətmədiyini və heç kimi təhqir etmədiyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi 33 nömrəli TSEK-dən verilmiş 22 noyabr 2012-ci il tarixli çıxarışın surətindən aydın olur ki, Şəxs epilepsiya xəstəsidir. Məhkəmə, izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-na qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 11 iyul 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı vətəndaş Şəxs 10 iyul 2023-cü il tarixdə şikayət verən şəxs X5 təhqir etməsinə, eləcə də əməlində xırda xuliqanlıq hərəkətlərinin olmasına dair heç bir sübut və ya əsaslı dəlillərin müəyyən edilmədiyi aşkar edilmişdir. Yəni, bu halları təsdiq edəcək şahid ifadələri, telefon danışıqları, mütəxəssis rəyi, video görüntü və ya audio yazı və s. hər hansı bir sübut növü müəyyən edilərək iş materiallarına əlavə edilməmişdir. Həmçinin iş üzrə təkcə Şəxs izahatı alınmaqla kifayətlənmiş, X3 və avtobus sürücüsünün isə ümumiyyətlə heç bir izahatı alınmamışdır. Bundan başqa hadisənin şahidi olmuş şəxslərin dairəsi müəyyən edilərək izahatları alınmamış, tərəflərin izahatlarında göstərdikləri ziddiyyətlər aydınlaşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda göstərilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis baş leytenantı X12 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan yenidən araşdırmanın aparılması üçün geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar