Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1356/2021 11.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis-polkovnik leytenantı Mehdiyev İmamverdi Əhməd oğlunun, Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Qaradağ rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 05 sentyabr 2021-ci il tarixli AP ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 05 sentyabr 2021-ci il tarixdə, saat 02:30 radələrində sərxoş vəziyyətdə VAZ 2106 markalı, ** LP *** dövlət nömrə nişanlı avtomaşını idarə edərkən digər avtomaşınla toqquşmuş və bununla da İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polispolkovnik leytenantı Mehdiyev İmamverdi Əhməd oğlu öz izahatında bildirmişdir ki, Şəxs 05 sentyabr 2021-ci il tarixdə Qaradağ rayon, Sahil qəsəbəsi, M.Seyidov küçəsində hərəkətdə olan zaman manevr qaydasını pozmuş, nəticədə yolun kənarında dayanmış “Mercedes” markalı, ** NA *** dövlət qeydiyyat nişanlı avtomaşını vurmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, o avtomaşını içkili vəziyyətdə idarə edirmiş. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, hadisə günü, idarə etdiyi VAZ 2106 markalı maşın Sahil qəsəbəsi Seydov küçəsindən çıxarkən yolun kənarında dayanmış “Mercedes” markalı avtomaşını vurmuşdur. Hadisədən 2 saat qabaq təxminən 150-200 qram spirtli içki qəbul etmişdir. Hadisə zamanı heç kim bədən xəsarəti almamışdır. O öz izahatında daha sonra göstərmişdir ki, hadisə nəticəsində zərərçəkənə dəyən ziyanı ümumilikdə 1000 manat məbləğində ödəmişdir və əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 05 sentyabr 2021-ci il tarixli 2/25364 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair” aktdan aydın olur ki, Şəxs 05 sentyabr 2021-ci il tarixdə, saat 04:40 radələrində tibbi müayinədən keçirilərkən onda alkoqol sərxoşluğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin tələblərinə əsasən nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları və iş üzrə hər hansı bir ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1356/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1356/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver