Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1359/2021 12.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X8, X1, 10 saylı Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, deməsinə görə əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Kəşfiyyatçılar küçəsi, ev 20-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X13, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-169/2021 saylı, 28 yanvar 2021-ci il tarixli icra vərəqəsi üzrə 4760 manat borcu üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X13 izahat verərək bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-169/2021 saylı, 28 yanvar 2021-ci il tarixli icra vərəqəsinə əsasən 18 aprel 2014-cü il təvəllüdlü X6 və 06 noyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdeh Şəxs 07 sentyabr 2020-ci il tarixdən başlayaraq, iddiaçı X3 xeyrinə hər ay hər uşağa görə 170 (yüz yemiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Borclu Şəxs aliment borcu bu günə 4760 manat təşkil etməklə heç bir ödəniş etməmiş və qaçaraq gizlənmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Şəxs Qaradağ rayon İcra Şöbəsində verdiyi izahatında aliment borcunu ödəməyəcəyini bildirmişdir. Odur ki, Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. X2 öz izahatında bildirmişdir ki, dörd ildir ki, ata evində iki övladını təkbaşına böyüdür, Şəxs bu vaxt ərzində bircə dəfə belə övladları ilə maraqlanmamış, aliment borcunu ödəməmişdir və buna görə də onun barəsində daha ciddi inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, icra sənədindən xəbərdardır, belə ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-169/2021 saylı, 28 yanvar 2021-ci il tarixli icra vərəqəsinə əsasən 18 apel 2014-cü il təvəllüdlü X6 və 06 noyabr 2016-cı il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ondan 07 sentyabr 2020-ci il tarixdən başlayaraq, iddiaçı X3 xeyrinə hər ay hər uşağa görə 170 (yüz yemiş) manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Bununla belə, o, aliment borcunu ödəmək istəsə də hal-hazırda heç bir maddi imkanı olmadığı üçün aliment borcundan hər hansı bir miqdarda ödəniş etmək iqtidarında deyildir. İcra məmurunun çağırışına isə gəlməyin vacib olmadığını düşünmüşdür. Gələcəkdə imkanı olanda aliment borcundan ödənişlər edəcəkdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları və inzibati xəta haqqında tərtib edilmiş 12 noyabr 2021-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməməkvə icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi və eləcə də icra məmurunun çağırışlarına hər hansı bir üzrlü səbəb olmadan gəlməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya çərçivəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbs müddətinin əvvəli 12 noyabr 2021-ci il tarixdən saat 14:50-dən hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1359/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1359/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver