Məhkəmə qərarları › İş №3(002)-1363/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1363/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1363/2021 12.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Qaradağ RPİ-nin X10 X7 Hadisələri üzrə baş inspektoru, polis leytenantı X1, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, Qobustan rayonu, Ərəbqədim kəndində qeydiyyatda olmaqla və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikasının İXM-in 332.1 və 332.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: 28 iyul 2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 22 iyul 2021-ci il tarixdə, saat 20:28 radələrində X3 məxsus “Mercedes” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı avtomobili sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan və sürücülük hüququ olmadan idarə edərək Sahil qəsəbəsi, B.Əliyev küçəsində hərəkətdə olarkən yolun sağında avtomaşınların dayandığını gördükdə yolun soluna manevr etmiş, əks istiqamətə çıxaraq qarşıdan gələn X5 məxsus BAİC markalı, **- PZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamış, lakin zərərçəkmiş şəxs X5 maddi zərər vurulmuşdur. Bununla da, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Qeyd olunan material Qaradağ rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 3(002)-1050/21 saylı qərardadı ilə İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən səlahiyyətli orqana geri qaytarılmış, lakin həmin material səlahiyyətli orqan tərəfindən mövcud çatışmazlıqlar aradan qaldırılaraq yenidən 11 noyabr 2021-ci il tarixdə məhkəməyə göndərilmiş və həmin tarixdə məhkəmənin icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin X10 X7 Hadisələri üzrə baş inspektoru, polis leytenantı X2 məhkəmə iclasında protokola uyğun izahat verib izahatında bildirmişdir ki, sənədlərin yoxlanılması zamanı sürücünün “Mercedes” markalı, **-XU-*** dövlət qeydiyyat nişanlı minik maşınını idarə edərkən sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan və sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilmişdir Bununla da barəsində inzibati icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, idarə etdiyi Mercedes markalı avtomaşında hərəkətdə olarkən qarşısındakı nəqliyyat vasitəsi sıxlıq yaratmış və o, həmin maşını vurmamaq üçün sola manevr edərək əks yola çıxmış, bu zaman qarşıdan gələn avtomobilllə toqquşmuşdur. Hadisə vaxtı xəsarət alan olmadığı üçün TTY-ın gəlməsinə ehtiyac olmamışdır. Hadisədən sonar şəxsiyyət vəsiqəsi üzərində olmadığı üçün vəsiqəsini götürmək üçün yaşadığı ünvana getmişdir. Son olaraq məhkəməyə müraciət edərək barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında təqiq edilmiş: BDYPİ-nin Qİİ tərəfindən 08.04.2021-ci il tarixdə verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2020, tip Sedan, qırmızı rəngli, mühərrik DC02LD30358, Ban NBSCCAK9MD822234, BAİC D 50 CVT LUXURY minik, **-PZ-*** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir; 09.07.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-nin mülkiyyətində olan **-PZ-*** dövlət dövlət qeydiyyat nişanlı Baic D50 markalı avtomobilin idarə edilməsi X5 etibar edilmişdir. Etibarnamə 08.08.2021-ci il tarixə qədər etibarlıdır. AD seriyalı 073870 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X4 adına BC dərəcəli sürücülük vəsiqəsi 10.03.2017-ci il tarixdə verilmişdir. Sürücülük vəsiqəsi 10.03.2027-ci il tarixinədək etibarlıdır; Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 3(002)-1050/21 saylı qərardadından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunması üçün Bakı şəhər Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş AP ******* nömrəli, 28.07.2021-cı il tarixli protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələri bu Məcəllənin 157‒188, 190, 191.1, 195.1, 196, 197, 198.2, 198.3, 204, 205, 205-1.2, 206– 208, 211.1, 221, 227, 229, 232-1, 251.3, 253-1.1, 262, 263, 264.0.2, 264.0.3, 264.0.5, 267, 272.1, 272.3, 275.4, 275.5, 284.2, 286, 290.3, 295.6, 295.7, 296.2, 325.1, 326, 327.8, 332.4‒332.7, 333, 334, 335.5, 335.6, 337.5, 337.6, 338.7, 339.2‒339.5, 340.2, 341, 342.8, 342.9, 343, 349, 351, 351-1, 353.5, 361, 363, 363-1, 363-2, 368‒379, 381‒383, 387‒388-2, 393-1.2, 394.0.5 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının tikintisi zamanı tikinti norma və qaydalarının pozulmasına münasibətdə), 394.0.6 (tikintisinə icazə tələb olunan açıq məkanda reklam qurğularının istismara verilməsi qaydalarının pozulmasına münasibətdə), 394.0.7 (müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun göstərişlərinə və qərarlarına əməl etməməsinə münasibətdə), 394-1, 395.1 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 395.1-1, 395.2 (həmin əməlin müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun sərəncamına verilmiş torpaq sahəsində bu qurumun sərəncamında olduğu müddətdə törədilməsi hallarına münasibətdə), 398, 399, 401‒404, 406‒409, 410.3, 411-1.2, 412, 413, 428.7, 428.10, 431, 432.3, 438.2, 438.3, 440-1, 441, 442, 443.1, 445-1, 448, 449, 451, 456, 459.1, 459.2, 459-1, 462 (siyasi partiyalara münasibətdə) 464‒466, 469.1 (auditorun peşə məsuliyyətinin icbari sığortasına münasibətdə), 479‒481, 482.1, 496.2, 499.2, 502‒504, 506‒508, 510, 511, 513, 515‒517, 517-1, 517-2, 520, 523, 525‒535, 537.1, 538-1, 540.5, 544.1, 547, 549‒554, 558‒561, 562.1, 562.2, 563.2, 567‒569, 571, 573, 574, 590‒592, 592-1, 594‒596, 598 (vəkillərə və auditor xidməti göstərən şəxslərə münasibətdə), 599‒602, 602-1 (müvafiq icra hakimiyyəti orqanı tərəfindən inzibati xətaların törədilməsinə münasibətdə), 603, 605, 606.1, 608 və 609-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxırlar. Azərbaycan Respublikası İXM-nin yuxarıda qeyd edilən maddələrinin tələblərindən də göründüyü kimi şəxs eyni vaxtda öz hərəkətləri ilə bir neçə inzibati xətanı törətdikdə əgər bu xətalar eyni orqanın səlahiyyətinə aiddirsə,ona daha ciddi inzibati tənbeh tətbiq edilə bilər. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq etmə səlahiyyəti rayon (şəhər) məhkəmələrinin deyil, AR Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aiddir. Belə olan halda, İXM-nin 332.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilməsi istisna edilir. Odur ki, Şəxs İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin: 332.4-cü maddəsinə əsasən 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən “Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qaradağ Rayon Polis İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 12 noyar 2021-ci il tarixdən, saat 17:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ RPİ-nə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Qaradağ Rayon Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar