Məhkəmə qərarları › İş №3(002)-1363/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1363/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1363/2025 30.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7, Tələbkar Söhbətova (Allahverdiyeva) Türkəna Ağamusa qızının, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1991-ci ildə Qubdalı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada fəhləlik edən, Qubadlı rayonu, Mahmudlu ə/d, Mahmudlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, yarımçıq baxça ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 30 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibatı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan aydın olur ki, Şəxs Qubadlı rayon Məhkəməsinin 2(028)-349/2021 saylı, 14 iyul 2021-ci il tarixli və Qubadlı rayon Məhkəməsinin 2(028)-349/2021 saylı, 25 avqust 2021-ci il tarixli icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X11 protokolu müdafiə edərək bildirmişdir ki, Qubadlı rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(028)-349/2021 saylı icra vərəqəsinə əsasən 14 iyul 2021-ci il tarixindən başlayaraq Şəxs hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2013-cü il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün, hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün və hər ay 150 (yüz ǝlli) manat sabit pul mabləğində alimentin xx.xx.2021-ci il tarixdən başlayaraq tutulub xx.xx.2020-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X1 verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, xx.xx.2022-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Bundan başqa Qubadlı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(028)-349/2021 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay 50 (əlli) manat maddi yardımın xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2023-cü il tarixədək tutulub X1 verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, xx.xx.2021-ci il tarixdə qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu aliment borcundan indiyədək 3551 manat ödəniş etmiş, bu günə 19149 manat aliment borcu yığılmışdır. Hal-hazırda borclu tərəfindən aliment borcunun ödənilməsi üçün hər hansı bir təşəbbüs göstərilmədiyindən onun barəsində İXM-nin 528.1-ci maddəsi ilə 30 iyun 2025-cü il tarixli, MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında onu da göstərmişdir ki, borclunun yaşayış yeri müəyyən olunmadığından barəsində axtarış işi açılmış və bu gün Qaradağ rayon İcra Şöbəsinə məcburi gətirilmişdir. Bundan başqa borclu xx.xx.2023-cü il tarixdən Respublika Norkoli Mərkəzində könüllü surətdə stasionar müalicə alır. Məhkəmə iclasında işitrak edən tələbkar Söhbətova (Allahverdiyeva) Türkanə Ağamusa qızı öz izahatında bildirmişdir ki, borclu Şəxs aliment borcundan sonuncu dəfə 2025-ci ilin aprel ayında 120 manat olmaqla cəmi 3551 manat ödəniş etmiş, hal-hazırda 19149 manat manat aliment borcu yaranmışdır. Borclu müxtəlif bəhanələr gətirərək aliment borcunu ödəmir. Odur ki, yaranmış aliment borcunun tam şəkildə ödənilməsini, bu baş vermədikdə isə borclunun inzibati qaydada həbs olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və indiyədək aliment borcundan müəyyən ödənişlər etmişdir. Səhhətində problemlər olduğundan və narkomaniyadan müalicə aldığından rəsmi iş tapıb işləyə bilmir buna görə də aylıq alimenti ödəməkdə çətinlik çəkir. Şərait yaradılacağı təqdirdə yaranmış aliment borcundan növbəti ay 200 manat ödəniş edəcəkdir. Həmçinin borclarını ödəməkdən qəsdən yayınmamasını qeyd edərək inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İcra məmurunun məhkəmə iclasının gedişində təqdim etdiyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixdə veridyi arayışdan aydın olur ki, Şəxs xx.xx.2023-cü il tarixdən həmin mərkəzdə könüllü stasionar müalicəyə qəbul edilmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, icra məmurunun və tələbkarın izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdər ki, tam icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, iş materialları və inzibati xəta haqqında tərtib edilmiş 30 iyun 2025-cü il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və böyük icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş qətnaməni tam icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmiş, əksinə öz izahatı və hərəkətləri ilə yaranmış borcunu qısa müddətdə ödəməyəcəyini bir daha nümayiş etdirmişdir. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları və borclu barəsində ilk dəfə tənbeh tədbirinin tətbiq edilməsini, əvvəllər aliment borcundan müəyyən ödənişlər etməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 30 iyun 2025-ci il tarixdən saat 16:00-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar