Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1366/2025 11.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Fətəliyev Emin Mirzə oğlunun sədrliyi, Məmmədova Könül Eldar qızının katibliyi ilə, X4 DİN-in BDYPİ-nin X3 tərəfindən qəbul edilmiş 20 iyun 2025-ci il tarixli, EQ 28697383 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 20 iyun 2025-ci il tarixli, EQ 28697383 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətdə qeyd olunmuşdur ki, Naxçıvan-Bakı marşrutu üzrə yük daşıması ilə məşğuldur. 12 iyun 2025-ci il tarixdə “X6” MMC-dən 25 ton 650 kq badamlı suyu yükləmişdir. 16 iyun 2025-ci il tarixdə Culfa Gömrük məntəqəsindən keçməklə İran İslam Respublikasının ərazisindən istifadə edərək 2 Azərbaycan Respublikasının gömrük postu və 2 İran İslam Respublikasının postundan keçərək avtomobillə qarışıq yüklə birlikdə cəmi 40 ton 160 kq yüklə Bakıya “Veysəloğlu” şirkətinə yük aparmışdır. Qaradağ rayon Səngəçal qəsəbəsinin ərazisində 20 iyun 2025-ci il tarixdə saat 03:09 radələrində elektron kamera vasitəsilə onun idarə etdiyi “VOLVO” markalı “**-BF-***” qeydiyyat nişanlı yük avtomobilinin 42 ton 840 kq olması barədə 600 manat heç bir hüquqi əsas olmadan EQ 28697383 saylı qərarla 600 manat cərimə yazılmışdır. Halbuki, onun maşını ilə birlikdə yükün 40 ton 160 kq olması barədə Gömrük postunun tərəzi sənədi vardır. X7 EQ 28697383 saylı qərarı ona qanunsuz yazılmışdır. Məhkəmənin iclasının yeri və vaxtı barədə şikayətçi X5 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq A.A.Abbasov və həmin təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmişlər. A.A.Abbasov 07 iyul 2025-ci il tarixdə məhkəməyə teleqram vuraraq məhkəməyə gəlməyə maddi imkanı olmadığından barəsində verdiyi şikayətə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən isə məhkəmə iclasına nümayəndənin gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən, işə şikayətçi X4 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 20 iyun 2025-ci il tarixli EQ 28697383 nömrəli qərardan görünür ki, X5 20 iyun 2025-ci il tarixdə saat 03:09:24-də idarə etdiyi “VOLVO FH YÜK” markalı “**-BF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən M- 2, 47.9 km, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş xüsusi texniki vasitə ilə qeydə alınmış və EQ 28697383 nömrəli protokola əlavə edilmiş fotogörüntülərdən müşahidə edilir ki, 20 iyun 2025-ci il tarixdə saat 03:09:24-də idarə etdiyi “VOLVO FH YÜK” markalı “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində tərəzidən keçərkən limit 40000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 42840 kiloqram olmuşdur. İş materiallarında olan X4 şikayətə əlavə etdiyi sənədin surətində göstərilmişdir ki, 16 iyun 2025-ci il tarixdə saat 09:40-da nəqliyyat vasitəsinin yüklə birlikdə tam çəkisi 40160 kq olmuşdur. Lakin həmin sənəddə konkret hansı markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinin sürücüsü, nəqliyyat vasitəsinin çəkildiyi avtomobil tərəzisi barədə məlumatlar qeyd edilməmişdir. İş materiallarında olan şikayətə əlavə edilmiş gömrük postunun barkodundan görünür ki, X5 19 iyun 2025-ci il tarixdə saat 22:28-də “**-BF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə birlikdə Biləsuvar sərhəd-keçid məntəqəsindən Azərbaycan Respublikasının ərazisinə daxil olmuşdur. İş materiallarında olan şikayətə əlavə edilmiş gömrük CMR-də Bamadlı mineral sular barədə məlumatlar göstərilmiş, lakin sənədin surəti yaxşı vəziyyətdə olmadığından orada yazılan sözləri tam oxumaq mümkün olmamışdır. İş materiallarında olan şikayətə əlavə edilmiş “X6” MMC-nin "xxxx"nda 12 iyun 2025ci il tarixdə həmin MMC-dən “Veysəloğlu” şirkətinin Bakı şəhərindəki anbarına “Badamlı” qazsız və “Badamlı” qazlı təbii süfrə suyu göndərilmiş, yükün ümumi çəkisinin 25,65 ton olduğu qeyd edilmişdir. Məhkəmə X4 şikayətə əlavə etdiyi sənəddə nəqliyyat vasitəsinin 16 iyun 2025-ci il tarixdə saat 09:40-da nəqliyyat vasitəsinin yüklə birlikdə tam çəkisinin 40160 kq olması qeyd edilsə də, konkret hansı markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, nəqliyyat vasitəsinin sürücüsü, nəqliyyat vasitəsinin çəkildiyi avtomobil tərəzisi barədə məlumatlar, yəni tərəzinin markası, modeli, sertifikatının olub-olmaması, olduğu halda elektron tərəzinin hansı qurum tərəfindən yoxlanılmasının aparıldığı və s. qeyd edilməmişdir. Hətta həmin sənəddə avtomobil tərəzisinin müvafiq sertifikata (şəhadətnaməyə) malik olması göstərilsəydi belə, bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. A.A.Abbasovun şikayətə əlavə etdiyi sənədlər sübut növü kimi qəbul edilə bilməz. İnzibati xəta hadisəsi baş verdikdən əvvəl və sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi, yəni yükə hər hansı müdaxilə edilməsi halları da istisna olunmur. X1 12 iyun 2025-ci il tarixdə “X6” MMC-dən çıxdığı vaxtdan 20 iyun 2025-ci il tarixdə M-2 47,9 km, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə inzibati xəta pozuntusunun qeydə alındığı vaxta qədər kifayət qədər vaxt keçmişdir. A.A.Abbasovun nəqliyyat vasitəsinin qeydə alındığı nəqliyyat vasitəsinin ölçüldüyünü qeyd etdiyi elektron tərəziyə nisbətən, M-2 47,9 km, Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində quraşdırılan “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi dəqiq və mötəbər çəki ölçmə xüsusiyyətinə malikdir, həmin “Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sertifikatı daha etibarlıdır, qeyd olunan elektron tərəzi hərəkət halında nəqliyyat vasitələrinin çəkisinin ölçülməsi üçün nəzərdə tutulmuşdur. 20 iyun 2025-ci il tarixli EQ 28697383 saylı elektron qərara əlavə edilən foto şəkillərdən də göründüyü kimi həmin tarixdə saat 03:09:24-də X4 idarə etdiyi “VOLVO FH YÜK” markalı “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobilin çəkisi həmin Kistler” markalı “98356A” modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tərəfindən real olaraq hərəkət halında ölçülmüşdür. X2 təqdim etdiyi sənəddə “VOLVO FH YÜK” markalı “**-BF-***” dövlət qeydiyyat nişanlı avtomobilin məhz həmin yüklə real olaraq ölçülməsi sübut olunmur. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 20 iyun 2025-ci il tarixdə saat 03:09:24-də “VOLVO FH YÜK” markalı “**-BF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə, məhkəmə X4 şikayətinin dəlillərini işdə olan sübutlar və izahatlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Belə ki, şikayətçi X5 20 iyun 2025-ci il tarixdə saat 03:09:24-də “VOLVO FH YÜK” markalı “**-BF-***” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarına əsasən ikioxlu dartıcı üçoxlu yarımqoşquya qoşulmaqla kombinə edilmiş nəqliyyat vasitələri üçün icazə verilən maksimum kütlə parametri 40 tondur. Həmin Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Həmin Məcəllənin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 20 iyun 2025-ci il tarixli EQ 28697383 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 DİN-in BDYPİ-nin 20 iyun 2025-ci il tarixli EQ 28697383 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Emin Fətəliyev
Məhkəmə qərarları › İş №3(002)-1366/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1366/2025
11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver