Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1369/2025 04.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5, Tələbkarın vəkili X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Abşeron rayonunda doğulmuş, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X11 məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, borclu Şəxs barəsində Abşeron Rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədi mövcuddur. Belə ki, o, icra sənədini qərəzli olaraq icra etməmişdir. Həmçinin o, dəfələrlə xəbərdarlıq edilmiş, lakin icra sənədində qadağan olunmuş fəaliyyətə davam etmişdir. Borclu icra sənədini tam icra etməsi ilə bağlı dəfələrlə xəbərdar edilsə də, görülmüş icra tədbirləri nəticə vermədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Borclu Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, iş üzrə özünü təqsirli hesab etmir. Belə ki, o, 2021-ci ildən həmin ərazidə yerləşən daş karxanasında fəhlə olaraq günəmuzd işləməkdədir. Əraziyə icra məmuru və digər şəxslər həmin ərazinin X6 məxsus olduğunu qeyd edərək, əmək funksiyalarını icra etməməsi və karxananın fəaliyyətini dayandırılması söyləmişlər. Lakin bununla bağlı o, dərhal işəgötürəni olan Sadiq Qəhrəmanovla əlaqə saxlamış və həmin ərazinin X6 məxsus olduğuna görə karxananın fəaliyyətinin dayandırılmasının tələb olunması barədə məlumat vermişdir. Sadiq Qəhrəmanov isə cavabında Balağa Qasımov adlı şəxsi tanımadığını, karxananın yerləşdiyi ərazinin özünə məxsus olmasını və bu səbəbdən fəaliyyətin dayandırılmamasını göstəriş vermişdir. Bu səbəbdən o, əmək funksiyalarına davam etmiş, karxanadakı fəaliyyətini dayandırmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın vəkili X4 bildirdi ki, qeyd olunan torpaq sahəsində qanunsuz fəaliyyət aparılmaqdadır. Dəfələrlə dayandırılması tələb olunmasına baxmayaraq, borclu tərəfindən həmin fəaliyyət davam edir, bu səbəbdən borclu barəsində inzibati tənbeh seçilməsini xahiş etmişdir. Borclunun vəkili Vəkil inzibati xəta haqqında materiala öz münasibətini bildirərək, qeyd etmişdir ki, protokol əsassızdır və müdafiə etdiyi şəxs həmin torpaq sahəsindən istifadə etmir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(102)-3491/2024 saylı qərarının 35-ci bəndində qeyd edilmişdir, Səlimzadə Xəyala ayrılan torpaq sahəsinin torpaq ayırma sənədləri hazırlanıb başa çatdırılmadığından, ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyinə görə dəqiq ərazi aidiyyətini müəyyən etmək mümkün deyildir. Qərardan açıq-aşkar görünür ki, həmin torpaq sahəsinin döngə kordinatları müəyyən edilməmişdir. İddiaçı tərəfindən icra vaxtı təqdim edilən situasiya planı 108 saylı, 2013-cü il tarixli sərəncam və ona aid olan sənədlər əsasında deyil, Milli Geoloji Kəşfiyyat İdarəsi tərəfindən verilmiş kordinatlar əsasında tərtib edilmişdir. Belə ki, situasiya planının ikinci səhifəsinin aşağı hissəsində planın Milli Geoloji Kəşfiyyat İdarəsi tərəfindən verilmiş kordinatlar əsasında tərtib edilməsi qeyd edilmişdir. Hazırkı vəziyyətdə inzibati xəta tərkibinin mövcudluğu məsələsinin həll edilməsi üçün Milli Geoloji Kəşfiyyat Xidmətinin situasiya planı üçün verdiyi kordinatların nəyə əsasən verdiyini müəyyən etmək lazımdır. Bununla bağlı 18/Q-175 nömrəli, xx.xx.2021-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Milli Geoloji Kəşfiyyat Xidməti sifarişçi ilə bağlanan müqavilə əsasında sifarişçi tərəfindən təqdim edilən sənədlər və ya ərazidə göstərilən kordinatlar əsasında topoqrafiq plan hazırlanmasını həyata keçirmişdir və Milli Geoloji Kəşfiyyat Xidməti torpaq ayrılmasında səlahiyyətli qurum deyildir və ərazinin kimə məxsus olması onlar tərəfindən müəyyənləşdirilməyib. Abşeron İcra Hakimiyyətinin 108 saylı, xx.xx.2013-cü il tarixli sərəncamı ilə Abşeron rayonuna təhkim edilmiş X10 saxlanılan, Xəyal Səlimzadəyə ayrılmış 5,5 ha torpaq sahəsinin faktiki yerləşmə yerinin müəyyən edilməsi və həmin yerin hüquqlarını müdafiə etdiyim şəxs tərəfindən faktiki istifadə etdiyi yerlə üst-üstə düşüb-düşməməsi müəyyən edilməlidir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən mütəxəssis X7 məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Kadastr ve Yerquruluşu Layihə Teqdidat Mərkəzinin Bakı Layihə-Tədqiqat idarəsinə iddia qaldırılan ərazi ilə əlaqədar yer quruluşu planı təqdim olunmuş və bu planda ərazinin döngə nöqtələrinin koordinatları qeyd olunmuşdur. Nəticədə göstərilən koordinatların ərazinin hansı hissəsinin təşkil etdiyi GPS aləti vasitəsi ilə onun tərəfindən müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin e- 16(012)-200/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini qərəzli olaraq icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən X1 X6 qarşı torpaq sahəsinin boşaldılması və yaradılmış maneələrin aradan qaldırılması barədə iddia ərizəsinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə Abşeron rayonuna təhkim edilmiş X13 saxlanılan, X2 ayrılmış 5,5 ha torpaq sahəsindən X9 və digərləri tərəfindən istifadə edilməsi qadağan edilmişdir. İş materiallarında olan icraata başlama haqqında xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və Qaradağ Rayon İcra Şöbəsində icraata başlanması haqqında qərar dərhal icra olunması üçün müvafiq icra sənədinin könüllü icrası barədə bildirişlər rəsmi qaydada borclu Şəxs göndərilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin tələbin könüllü icrası barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, icra vərəqəsində göstərilən tələbi yerinə yetirməsi üçün Şəxs dəfələrlə xəbərdarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD diskə əlavə edilmiş görüntülərdən aydın olur ki, qeyd edilən ərazidə yerləşən daş karxanasında Şəxs tərəfindən torpağın istifadəsi davam etdirilmişdir. AZEMİS-dən əldə olunmuş məlumatdan görünür ki, borclunun himayəsində 4 azyaşlı uşağı var. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, borclunun izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, borclu Şəxs icra qeydi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək Abşeron Rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı xx.xx.2025-ci il tarixli icra sənədini hazırki tarixədək icra etməmiş, qadağan olunmuş fəaliyyəti dayandırmamışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, himayəsində 4 azyaşlı uşağının olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-1369/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1369/2025
04.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver