Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1370/2025 02.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X19, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Ermənistan Respublikasında doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı, bir yetkinlik yaşına çatmayan uşağı olan), ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsindən daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs Abşeron rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı, 12 iyun 2025-ci il tarixli icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərinə əməl etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X29 protokolu müdafiə edərək bildirmişdir ki, Abşeron rayon Məhkəməsinin e-16(012)- 200/2025 saylı, 12 iyun 2025-ci il tarixli icra vərəqəsinə əsasən, X3 X20 qarşı torpaq sahəsinin boşaldılması və yaradılmış maneələrin aradan qaldırılması barədə iddia ərizəsinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə Abşeron rayonuna təhkim edilmiş X34 saxlanılan, X4 ayrılmış 5,5 ha torpaq sahəsindən X28 və digərləri tərəfindən istifadə edilməsi qadağan edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq 13 iyun 2025-ci il tarixdə tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Qeyd olunan mübahisəli ərazi əvvəllər Abşeron rayonun balansında olsa da hal-hazırda Qaradağ rayonunun ərazisi hesab olunduğundan icra vərəqəsi Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, 23 iyun 2025-ci il tarixdə Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X21, tələbkarın nümayəndəsi X6, Daşınmaz Əmlakın Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Ərazi İdarəsinin mühəndis inventarlaşdırıcısı X11, mübahisəli torpaq sahəsindən istifadə edən X8, X12, hal şahidi X22, hal şahidi X13 iştirakı ilə Abşeron rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı, 12 iyun 2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı mübahisəli torpaq sahəsinə getmişdir. Ərazinin döngə nöqtələri İNƏMDX-nın Kadastr və yer quruluşu layihə-tədqiqat Mərkəzi tərəfindən X4 verilmiş yerquruluş planında göstərilən koordinatlara əsasən GNSS cihazı vasitəsilə mütəxəssis tərəfindən təyin edilmişdir. Mübahisəli ərazidən istifadə edən şəxs kimi təqdim edilən X16 icazə sənədinin və qanunvericiliyin tələblərinin izah edilmiş, həmin ərazidən istifadə edilməsi qadağan edilmişdir. Ərazidə olan digər şəxs X23 həmin torpaq sahəsində işlərə kömək etdiyini bildirmiş, ona da həmin torpaq sahəsindən istifadə qadağan edilmişdir. Sonradan əraziyə gələn X17 da icra vərəqəinin tələbi izah olunaraq, tələbə əməl edilmədikdə məsuliyyət barəsində xəbərdar olunmuşlar. 25 iyun 2025-ci il tarixdə Abşeron rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı, 12 iyun 2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı borclu Balağa Qasımov və onun nümayəndəsi Qaradağ rayon İcra Şöbəsinə gələrək icra sənədi ilə bağlı izahat vermiş və fikirlərini bildirmişlər. B.Qasımovun icra sənədində tələbkar olaraq keçən X4 ayrılmış 5.5 ha torpaq sahəsində heç bir fəaliyyətlə məşğul olmadığını və həmin torpaq sahəsinə aidiyyətinin olmadığını bildirmişdir. Borclu B.Qasımovun vəkili eyni zamanda həmin ərazidən istifadə edən X14 olduğunu bildirmiş və etibarnaməni təqdim etmişdir. Nümayəndə Vəkil torpaq sahəsində 5,5 ha sahənin Sadiq Qəhrəmanovun istifadə etdiyini və bununla bağlı eyni predmet üzrə mülki qaydada işə baxıldığını və bununla bağlı Ali Məhkəmənin yekun qərarının olduğunu bildirmiş, həmçinin S.Qəhrəmanovun hazırda özünə məxsus torpaq sahəsində olduğunu və bu səbəbdən fəaliyyəti dayandırmadığını, hazırda da həmin ərazidə işlədiyini bildirmişdir. Eyni zamanda Sadiq Qəhrəmanovla 050 241 31 81 nömrə ilə əlaqə saxlanılmış, lakin S.Qəhrəmanov zənglərə cavab verməmişdir. 02 iyul 2025-ci il tarixdə o Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X21, mübahisəli torpaq sahəsindən istifadə edən Şəxs və X8, hal şahidi X13 iştirakı ilə Abşeron rayon Məhkəməsinin e- 16(012)-200/2025 saylı, 12 iyun 2025-ci il tarixli icra vərəqəsinin icrası ilə bağlı mübahisəli torpaq sahəsinə yenidən getmiş, həmin torpaq sahəsində mişar kəsən texnikanın işlədiyini, ərazidə fəhlələrin olduğunu müşahidə etmiş, fəhlələr özlərini X7 texnikasını işlətdiyini və həmin ərazidə fəhlə işlədiyini bildirmişdir. Ərazidə olan zaman Şəxs və X23 icra məmuruna yaxınlaşmışlar. Onlara yuxarıda qeyd olunan icra sənədinin tələbi izah edilmiş, Şəxs və Mahmud Ağayev mübahisəli torpaq sahəsindən qanuni istifadə etdiklərini və həmin ərazinin Sadiq Qəhrəmanova məxsus olduğunu bildirmişlər. Onlara bir daha həmin torpaq sahəsindən istifadənin qadağan olunduğu elan edilmişdir. Lakin həmin şəxslər icra məmurunun qanuni tələblərini yerinə yetirməmişlər. Bundan sonra onlar İcra Şöbəsinə dəvət olunmuş, həmçinin mübahisəli ərazidə olarkən video çəkiliş aparılmışdır. Hadisə yerində akt tərtib edilsə də Şəxs və X23 akta imza etməkdən imtina edərək onlarla əsassız mübahisə edərək icra tədbirlərinin həyata keçirilməsinə mane olmuşlar. İcra Şöbəsində Şəxs, X14 və X8 izahat yazmaları tələb olunsa da həmin şəxslər izahat yazmaqdan, həmçinin barələrində tərtb olunmuş protokola imza etməkdən imtina etmişlər. Buna görə də borclu Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 02 iyul 2025-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə tələbkar X3 nümayəndəsi, yəni vəkili X18 ilə əlaqə saxlasa da o halhazırda başqa məhkəmədə iclasda olduğunu və məhkəmənin onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən borclu Şəxs öz izahatında barəsində tərtib edilmiş protokolu qəbul edərək göstərmişdir ki, o heç bir pozuntu törətməmişdir. O X14 daş karxanasında təxminən beş ildir ki, qeyr-rəsmi mühafizəçi işləyir. Bu gün, yəni 02 iyul 2025-ci il tarixdə icra məmurları onun mühafizəçi işlədiyi yerə gələrək fəhlələrdən ərazidə işi dayandırmağı tələb etmişlər. O qeyri-rəsmi işçisi olduğu Sadiqə zəng edərək hadisə barədə məlumat vermiş, Sadiq ona icra məmurlarına həmin ərazinin Balağanın deyil, Sadiqə məxsus olmasını deməsini bildirmişdir. O bunları icra məmurlarına bildirsə də icra məmurları buna məhəl qoymamış və aralarında sözlə mübahisə yaranmış, icra məmuru tərəfindən ərazidə çəkiliş aparılmış, daha sonra onu Qaradağ rayon İcra Şöbəsinə dəvət etmişlər. O da könüllü olaraq icra məmurunun qanuni tələbinə tabe olmuş və Qaradağ rayon İcra Şöbəsinə gəlmişdir. Onun yuxarıda qeyd olunan icra vərəqəsinin mövcudluğundan ümumiyyətlə xəbəri olmamış, həmçinin ona həmin sənədin icrası ilə bağlı əvəvllər hər hansı bir formada xəbərdarlıq edilməmiş və ya bildiriş verilməmişdir. Bundan başqa o qeyd olunan ərazidə heç bir fəaliyyətlə məşğul olmamaqla şifahi olaraq Sadiq Qəhrəmanovun tapşıırğı ilə ərazinin mühafizəsini həyata keçirmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxs barəsində tərtib edilmiş protokolu qəbul etməyərək bildirmişdir ki, Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Birincisi icra məmurlarının olduqları ərazinin X4 heç bir aidiyyatı yoxdur. Belə ki, qeyd olunan ərazi ilə bağlı əvvəllər, uzun müddətli məhkəmə çəkişmələri olmuş və sonuncu dəfə, sözügedən, mübahisə edilən torpaq sahəsinin iddiaçıya aid olmadığı müəyyən edildiyindən iddia tələbi rədd edilmişdir. Bunu sonuncu qəbul edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3491/2024, xx.xx.2024-cü il tarixli qərarı da təsdiq edir. Bundan başqa qeyd olunan icra vərəqəsini Abşeron rayon Məhkəməsi versə də icra tədbirləri hansısa naməlum səbəbdən Qaradağ rayon İcra Şöbəsi tərəfindən həyata keçirilir. Bu özü də bir daha onu göstərir ki, mübahisəli torpaq sahəsinin konkret harada yerləşməsi Abşeron rayon Məhkəməsində də dəqiq müəyyən edilməmişdir. İkincisi icra məmuru tərəfindən Şəxs yuxarıda qeyd edilən icra sənədi ilə bağlı hər hansı xəbərdarlıq etmədən, bildiriş vermədən və ya ondan yazılı iltizam almadan, ona hüquq və vəzifələrini izah etmədən barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Bu inzibati xətlar haqqında qanunvericliyin pozulmasıdır. Bundan başqa qeyd olunan ərazinin hətta X4 məxsus olması müəyyən edilsəydi belə Şəxs həmin ərazdə yerləşən torpaq sahəsindən istifadə etməsi halı mövcud olmadığından barəsində inzibati xəta haqqında protokol tərtib edilə bilməzdi. O öz izahatında daha sonra göstərmişdir ki, Abşeron rayon Məhkəməsinin qeyd olunan icra vərəqəsindən icra məmurları sözügedən əraziyə gələrkən xəbər tutmuşlar və bundan dərhal sonra qeyd olunan qərardadın ləğvi ilə bağlı 30 iyun 2025-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişlər. Hal-hazırda həmin şikayət baxılma mərhələsindədir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını, təqdim edilmiş sübutları və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırkı vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı borclunun icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Belə ki, icra işinə əlavə edilmiş Abşeron rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı, 12 iyun 2025-ci il tarixli icra vərəqəsindən görünür X3 X20 qarşı torpaq sahəsinin boşaldılması və yaradılmış maneələrin aradan qaldırılması barədə iddia ərizəsinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək Abşeron rayon İcra Hakimiyyəti Başçısının 108 saylı xx.xx.2013-cü il tarixli sərəncamı ilə Abşeron rayonuna təhkim edilmiş X34 saxlanılan, X4 ayrılmış 5,5 ha torpaq sahəsindən X28 və digərləri tərəfindən istifadə edilməsi qadağan edilmişdir. Şəxs vəkili Vəkil tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən aydın olur ki, iddiaçı X9 anoloji tipli iddia tələbləri ilə bağlı məhkəmələrə müraciət etmiş və 2021-ci il tarixdən çoxsaylı məhkəmə prosessləri keçirilmişdir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli, 2(012)-2701/2021 nömrəli qətnaməsi ilə (hakim E.Memmedov) iddia qismən təmin edilmiş, cavabdehler X24 və X12 Abşeron Rayonunun Dövlət X33 saxlanılan torpaqlardan iddiaçı X5 ayrılan 5,5 ha torpaq sahesinden çıxarılmaları, 5,5 ha torpaq sahəsindəki bütün texnika, qurğu və avadanlıqlar çıxarılmaqla, torpaq sahəsinin boşaldılması, 5,5 ha torpaq sahəsinin iddiaçı X4 təhvil verilməsi və həmin torpaq sahəsindən iddiaçı X1 şəkildə istifadə etməsinə mane olmaq hərəkətlərinin cavabdehlərə qadağan edilməsi, iddia tələbinin 56000 manat zərərin tutulması hissəsində rədd edilməsi qət edilmişdir. Sumqayıt Apellyaisya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ş.R.Abbasov - sədrlik edən və məruzəçi, S.A.Qafari və T.Q.Məmmədov) 16 avqust 2022-ci il tarixli, 2(105)-779/2022 saylı qətnaməsi ilə cavabdehlərin apellyasiya şikayətləri təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməmişdir. Bundan sonra Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-216/2023 nömrəli, 24 yanvar 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(105)-83/2024 saylı qətnaməsi ilə (hakimlər F.Ə.Məmmədov (sədrlik edən, məruzəçi), L.E.Rehimli ve İ.K.Demirov) apellyasiya şikayətləri təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmiş, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 manatın iddiaçı X2 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işin tədqiq olunan faktiki hallarından məlum olur ki, mübahisəli ərazidə yerləşən torpaq sahələri Abşeron rayonunun Dövlet X33 saxlanılan torpaq sahələri kimi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən iddiaçıya və X15 icarəyə verilsə də, hemin torpaq sahələrinə dair torpaqayırma sənədləri hazırlanıb başa çatdırılmadığından, ayrılmış torpaq sahələrinin döngə nöqtələrinin kordinatları müəyyən edilmədiyindən dəqiq ərazi aidiyyatını müəyyən etmək mümkün deyildir. Belə ki, işdə olan (2-ci cild, səh 116- 126) sənədlərdən belə məlum olmuşdur ki, torpağı Abşeron RİH ayırsa da, həmin torpaq sahələrinin tam, yaxud bir hissəsi Qaradağ rayonunun inzibati ərazisinə düşür. Qeyd olunan səbəblərdən Abşeron rayonu İcra və Probasiya şöbəsi tərəfindən iddianı təmin tedbirinə dair məhkəmə qərarının icrası da mümkün olmamışdır. Belə ki, işdə olan Abşeron Rayon İcra və probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2701/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi məhkəməyə qaytarılmışdır. Həmin qərardan məlum olmuşdur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda X4 ayrılan 5.5 ha torpaq sahəsinə dair hüquqmüəyyənedici və texniki kadastr sənədləri (torpaq sahəsinin çıxarışı, torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinantları) təqdim olunmadığından naturada 5.5 ha torpaq sahəsinin tanıdılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 noyabr 2024-cü il tarixli, 2(102)-3491/2024 saylı qərarından aydın olur ki, iddiaçı X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyaisya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2024-cü il tarixli, 2(105)-83/2024 saylı qətnaməsi dəyişdiirlmədən saxlanılmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron rayon Məhkəməsinin e-16(012)-200/2025 saylı, 12 iyun 2025-ci il tarixli qərardadından X24 tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmişdir. Məhkəmə iclası zamanı tərəflərin mübahisləndirmədiyi və icra məmurunun təqdim etdiyi videogörüntüdən aydın olur ki, 02 iyul 2025-ci il tarixdə iddiaçı X4 məxsus olması ehtimal edilən ərazidə icra məmurları ilə Şəxs arasında sözlə mübahisə baş vermiş, lakin Şəxs həmin ərazidə torpaq sahəsindən hansı formada istifadə etməsi öz əksini tapmamışdır. Məhkəmə baxışı zamanı icra məmuru qeyd olunan mübahisəli sahənin həqiqətən də iddiaçı X4 məxsus olmasını yerində baxış keçirilərkən iştirak etmiş mütəxəssislərin fikri ilə əsaslandırsa da məhkəmə bu halı sübut kimi qəbul edə bilməz. Belə ki, göstərilən hal xüsusi bilik tələb olunan və sübut növü kimi qəbul edilən müvafiq ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, borclu Şəxs əməlində hal-hazırda İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olması öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1370/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1370/2025
02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver