Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1372/2025 24.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon Prokurorunun köməkçisi X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində İXM-nin 198.3-ci maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-nin 198.3-cü maddəsi ilə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən toplanmış inzibati material və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəməyə təqdim edilmiş “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” 25 iyun 2025-ci il tarixli qərardan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində yolun kənarında Meyvəli bazarı ilə üzbəüz yerləşən obyektdə tikinti işlərini həyata keçirən zaman Zərərçəkmiş şəxs işlərin görülməsinə cəlb etmiş və faktiki olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələblərinə görə hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik şəxsi işə cəlb etməli, həmin şəxsi əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırmalı, nəzəri biliklərini yoxlamalı, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları, onların üsulları öyrətməli, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının mövcud tələblərə cavab verməsini, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccərin olmasını, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəni təmin etməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək həmin vəzifələrini yerinə yetirmədiyindən 01 fevral 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən mağazada lambirin vurulması işinin görülməsinə cəlb etdiyi Zərərçəkmiş şəxs iş görən zaman döşəmədən 2,7 m hündürlükdə quraşdırılmış ayaqaltıdan yerə yıxılması nəticəsində dərəcəsinə görə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir.. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanmış inzibati xəta haqqında iş üzrə icraat materialları baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon Prokurorunun köməkçisi X2 öz izahatında tərtib edilmiş inzibati xəta haqqında qərarı müdafiə edərək göstərmişdir ki, vəzifəli şəxs Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək Ticarət Mərkəzində yolun kənarında Meyvəli bazarı ilə üzbəüz yerləşən obyektdə tikinti işlərini həyata keçirən zaman Zərərçəkmiş şəxs işlərin görülməsinə cəlb etmiş və faktiki olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələblərinə görə hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik şəxsi işə cəlb etməli, həmin şəxsi əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırmalı, nəzəri biliklərini yoxlamalı, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları, onların üsulları öyrətməli, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının mövcud tələblərə cavab verməsini, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccərin olmasını, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəni təmin etməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək həmin vəzifələrini yerinə yetirmədiyindən 01 fevral 2025-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən mağazada lambirin vurulması işinin görülməsinə cəlb etdiyi Zərərçəkmiş şəxs iş görən zaman döşəmədən 2,7 m hündürlükdə quraşdırılmış ayaqaltıdan yerə yıxılması nəticəsində dərəcəsinə görə, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsində nəzərdə tutulmuş texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərərin vurulması inzibati xətasını törətmişdir. Odur ki, vəzifəli şəxs Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz izahatında şikayətçi olduğunu və araşdırma zamanı veridyi izahatını təsdiq edərək bildirərək göstərmişdir ki, 01 fevral 2025-ci il tarixdə “Cənub Topdan” adlanan obyektdə yıxılmışdır. Təcili tibbi yardım vasitəsilə əvvəlcə Lökbatan qəsəbəsinə gətirilmiş, oradan da 1 saylı X9 yerləşdirilmiş, otuz iki gün həmin xəstəxanada müalicə almışdır. Hadisədən on altı gün sonra Şəxs xəstəxanaya, onun yanına gəlmiş, o Sədyara xəsarətinin və maddi vəziyyətinin ağır olduğunu demişdir. Sədyar həmin tikintidə tikintiyə məsul şəxs olmuşdur. Turqut adlı şəxs isə onun tikintisini apardığı obketyin sahibi olmuşdur. O gündəlik əmək haqqını Sədyardan almışdır. Sədyar o, xəstəxanada mülaicə aldığı dövrdə onunla maraqlanmamış, 130 manata ayaq üçün qəlib almaqdan başqa heç bir maddi yardım göstərməmişdir. Qəza nəticəsində çanaq, bud sümükləri sınmış, bir ayağı 3 sm qısalmışdır və buna görə də yenidən əməliyyat olunmalıdır. Ailəsi altı nəfərdən ibarət olmaqla altı aydır ki, xəstə olduğuna görə işləyə bilmir. Buna görə də yaxın qohumları ailəsini dolandırır. Bütün bu qeyd etdiklərinin nəzərə alınaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş Ağayev X6 rayon Prokruroluğunda 06 fevral 2025-ci il tarixdə verdiyi izahatında bildirmişdir ki, uzun müddətdir tanıdığı Səxavət adlı tanışı ona Sədərək Ticarət Mərkəzində yerləşən obyektdə lambirin vurulması işinin olmasını demişdir. xx.xx.2025-ci il tarixdən həmin mağazada 4 gün, hər gün səhər saat 08-dən, axşam saat 19-dək işləmişlər. xx.xx.2025-ci il tarixdə təxminən saat 18 radələrində həmin iş yerində lambirin vurulması zamanı dəmir konstruksiya ilə quraşdırılmış saxlanc yerinin üzərindən sol yan üstünə yerə yıxılmışdır. Onun yıxıldığı yerin hündürlüyü təxminən 4,5 metr olmuşdur. Onunla heç bir əmək müqaviləsi bağlanmamışdır. Ona iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları ilə bağlı heç bir təlimat keçirilməmişdir. O, heç bir fərdi mühafizə vasitələri və təhlükəsizlik kəməri ilə təmn olunmamışdır. Onun tərəfindən görülən işə gündəlik olaraq Mustafa, Sədyar və “Cənub Topdan” mağazasının adını bilmədiyi işçiləri nəzarət etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində qəbul edilmiş qərarı qəbul etməyərək və araşdırma zamanı veridyi izahatını təsdiq edərək göstərmişdir ki, o Zərərçəkmiş şəxs şəxsən tanımamışdır. Belə ki, o Səxavət adlı şəxsə işlərin görülməsini tapşırmış, Səxavət iki-üç gün həmin işi görmüş, sonra Ramini də işə cəlb etmişdir. Ramin 1 saylı X9 yerləşdirilmiş, xəstəxanada Raminin qardaşları mübahisə yaratdığından o tanışı Səxavətə 2250 manat pul vermişdir ki, Raminə versinlər. Səxavət ona Raminin vəziyyətinin yaxşı olduğunu bildirmişdir. Sonradan ona məlum olmuşdur ki, Səxavət həmin puldan cəmi 200- 300 manatı Ramin üçün xərcləmiş, qalan pulu ona verməmişdir. Sonradan o Raminin qardaşları ilə görüşmüş, qardaşları ona bildirmişlər ki, Ramin işlədiyi dövrdə ayda üç min manat qazanmışdır. O isə bu məbləği ödəyə bilmədiyini demiş, nəticədə aralarında razılıq əldə olunmamışdır. O öz izahatında daha sonra göstərmişdir ki, onu işə Turqut cəlb etmiş, o Zərərçəkmiş şəxslə əməkhaqqı barəsində danışmamışdır. Tikintiyə nəzarət ona tapşırılmışdır. O Səxavəti işə cəlb etmiş, Səxavət də Ramini işə gətirmişdir. O öz əməlində hər hansı inzibati xəta tərkibinin olmadığını, Ramini işə şəxsən özünün qəbul etmədiyini və hal-hazırda vurulmuş ziyanla bağlı ödəniş etməyə imkanının olmadığını bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 27 fevral 2025-ci il tarixdə Qaradağ rayon Prokururluğunda verdiyi izahatında bildirmişdir ki, o, uzun müddətdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində alkopon vurulmasını işlərini həyata keçirmişdir. Sədərək Ticarət Mərkəzində yolun kənarında Meyvəli bazarı ilə üzbəüz yerləşən obyektdə tikinti-təmir işlərini həyata keçirmək üçün işə cəlb etdiyi şəxslər müvafiq işlərin görülməsinə başlamış, işçilərə o, nəzarət etmişdir. Həmin obyektdə tikinti işləri onun tərəfindən həyata keçirilmiş, Zərərçəkmiş şəxs hadisə baş verməmişdən bir neçə gün əvvəl Səxavətlə birlikdə ora gəlib işləmiş, onların hər ikisi lambirin vurulması işlərini həyata keçirmiş, xx.xx.2025-ci il tarixdə o, axşam saat 18 radələrində Sədərək bazarında olmuş və Səxavət ona zəng edərək Raminin iş görən zaman yıxılaraq xəsarət aldığını bildirmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs əməli iş materialları ilə tam təsdiq olunur. Beləliklə məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, Şəxs İXM-nin 198.3-ci maddəsinin tələblərini pozmaqla inzibati xəta törətmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 03 iyun 2025-ci il tarixli, 771 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs soldan İV-Xİ qabırğaların az yerdəyişmiş sınıqları və reaktiv reaksiya hesabına sol tərəfli (15 mm) minimal hemotoraksla müşayiət olunan döş qəfəsinin küt travması, İİ bel fəqərəsinin sol yan çıxıntısının, oma sümüyünün və sol qasıq, oturaq sümükləriinin sınıqları, sol bud sümüyünün burmalararası sınığı aşkar edilmişdir. Qeyd olunan xəsaətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həm ümumilikdə , həm də ayrı-ayrılıqda sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” X8 xx.xx.2022-ci il tarixli, 341 saylı rəyindən görünür ki, Vət. Ə.Ə.Əhmədlinin məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarət –sifət, hər iki qulaq seyvanı, boyun nahiyəsinin yuxarı 1/3-i, sağ dirsək oynağının arxa səthi, sağ milbilək oynağı, sağ əl və əl barmaqları, sol yuxarı ətrafının bədən səthinin 26%-i İİ-İİİ dərəcəli termiki yanıqları. Qeyd olunan xəsarətlər yüksək hərarətin təsirindən onun tibbi yardım üçün X5 müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2025-ci il tarixli, 10/2583 saylı “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizası”ndan aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək Ticarət Mərkəzi”ndə yerləşən mağazada təmir işləri zamanı döşəmədən 2,7 m hündürlükdə görülən işlər zamanı mövcud tələblərə cavab verməyən ayaqaltıdan istifadə edilməsi, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccərinin olmaması, həmçinin işçinin həmin işlərin görülməsi zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmər ilə təmin edilməməsi baş vermiş hadisəyə səbəb olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3-cü bəndlərinin tələbləri pozulmuşdur. Hündürlükdə aparılan işin xarakterinə uyğun müvafiq ixtisasa malik olmadan, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə təlimatlandırılmadan, nəzəri bilikləri yoxlanılmadan, hündürlükdə işlərin təhlükəsiz yerinə yetirilməsi metodları, onların üsulları öyrədilmədən, bununla yanaşı iş sahəsində istifadə olunan ayaqaltının mövcud tələblərə cavab vermədən, yəni ayaqaltının təsadüfən yıxılmanı istisna edən məhəccəri olmadan, eləcə də hündürlükdə görülən işlər zamanı fərdi mühafizə vasitəsi olan qoruyucu kəmərdən istifadəsi təmin olunmadan Zərərçəkmiş şəxs hündürlükdə işlərin görülməsinə yol verildiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 2.3, 2.4.1, 2.4.2, 2.4.3, 3.1, 5.27.2, 5.27.3 bəndlərinin tələbləri Zərərçəkmiş şəxs mağazada təmir işlərinin aparılmasına cəlb etmiş şəxs(-lər) tərəfindən pozulmuşdur. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda, zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon prokurorluğunun böyük müstəntiqi, İİ dərəcəli hüquqşünas X3 06 iyun 2025-ci il tarixli, “cinayət işinin başlnamasının rədd edilməsi haqqında” qərarın nəticə hissəsindən aydın olur ki, Zərərçəkmiş şəxs 01 fevral 2025-ci il tarixdə xəsarət alması faktında hər hansı şəxsin əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsinin tərkibi olmadığından onun barəsində həmin maddə ilə Azərbaycan Respublikası CPM-in 1.2-ci maddəsinə əsasən əməldə cinayat tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş 3. Toplanmış materiallar Şəxs barasində Azərbaycan Respublikası İnzibati Xatalar Məcəlləsinin 192.1-ci və 198.3-cü maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün Qaradağ rayon prokuroruna təqdim edilməsi, 4. Qəbul edilmiş qərarın surati ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi, 4. Qəbul edilmiş qərarın surətinin maraqlı şəxslərə göndərilməsi və qarardan narazı qaldığı halda Azarbaycan Re blikasi CPM-in 12.3-cü maddəsinə əsasən ibtidai araşdırmaya prosessual rəhberliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud Qaradağ rayon məhkəməsinə şikayət vermək hüququnun olmasının izah edilməsi, 5. Material saxlanılması üçün rayon prokurorluğunun saxlanc otağına təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulması ərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və inzibati xəta törətmiş Şəxs əməlini etiraf edərək peşiman olmamasını və zərərçəkmiş şəxslə barışıq əldə etməyə real olaraq cəhd göstərməməsinin nəzərə alaraq hesab edir ki, Şəxs sanksiya daxilində yuxarı həddə cərimə edilməsi daha məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 2000 (iki min) manat məbləğində inzibati cərimə edilsin. Zərərçəkmiş Zərərçəkmiş şəxs izah edilsin ki, yuxarıda qeyd olunan hadisə ilə əlaqədar ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə inzibati xəta törətmiş Şəxs qarşı məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-1372/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1372/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver