Məhkəmə qərarları › İş №3(002)-1373/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1373/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1373/2025 15.07.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, Az1080, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan 21 iyun 2025-cü il tarixli EP ******* №-li protokoldan aydın olur ki, "xxxx" MMC tərəfindən 20213.54 Avro məbləğində vəsait bank vasitəsilə 11 may 2023-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülmüşdür. "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları"nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 (iki) il müddətində 20213.54 Avro məbləğində vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 12 may 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də "xxxx" MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" MMC-nın direktoru X2 "xxxx" MMC barəsində tətbiq edilmiş potokolu qəbul etməyərək öz izahatında göstərmişdir ki, 08 may 2023-cü il tarixdə Gürcüstan Respublikasında fəaliyyət göstərən və İtaliya Respublikasına məxsus olan “Ronika LlC” şirkəti ilə müqavilə bağlayaraq ümumi 199 ədəd günəş qoruycu eynəklər sifariş etmişdir. Həmin məhsullar 16 may 2023-cü il tarixdə ölkəyə gətirilmişdir. Bunu məhkəməyə təqdim etdiyi **********1427 sorğu nömrəli, 16 may 2023-cü il tarixli gömrük bəyannaməsi də təsdiq edir. Lakin o, bu haqda müvafiq orqanlara məlumat verməli olduğunu bilməmişdir. İstinad etdiyi və rəsmləşdirilməsini apardığı gömrük bəyannaməsindən məlum olur ki, "xxxx" MMC Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması qaydalarının tələblərini pozmamışdur. Odur ki, öz izahatında direktoru olduğu şirkətin əməlində İXM-nin 430.4-cü maddəsinin tərkibi olmadığından, iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq sənədləri məhkəməyə təqdim etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada təkrarən məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, nümayəndənin izahatını dinləyib, iş materiallarını və nümayəndənin təqdim etdiyi sənədləri araşdırıb hesab edir ki, "xxxx" MMC-nin törətdiyi inzibati xəta iş materialları ilə sübuta yetirilmədiyinə görə "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, "xxxx" MMC-nin direktoru X1 məhkəmə baxışı zamanı təqdim 16 may 2023cü il tarixli, **********1427 soğru nömrəli gömrük bəyannaməsindən aydın olur ki, İxracatçı “Ronika LTD”-dən "xxxx" MMC-yə satılan 12 ədəd “Dolce& Gabbana”, 01 ədəd “Garmani”, 14 ədəd “Girogio Armani”, 22 ədəd “Polie”, 21 ədəd “Michael Kors”, 86 ədəd “Ray-Ban”, 5 ədəd “Oliver Peoples” günəş qoruyucu eynəklər (ümumi ədəd sayı 199) Hava Nəqliyyatında Baş Gömrük İdarəsində 16 may 2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən ixracatçı “Ronika LTD” firmasına 11 may 2023-ci il tarixdə köçürülmüş 20213.54 Avro dəyərində vəsaitə uyğun olaraq iki il müddət keçənədək vəsait hesabına xidmətlərin göstərilməsi faktı baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi sübuta yetmədiyindən həmin iş üzrə icraata xitam verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114-115, 128-129 və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMC-nin (VÖEN: **********) 21 iyun 2025-cü il tarixli EP ******* №-li protokola əsasən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar