Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1378/2021 22.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakları ilə, "xxxx" Qapalı Səhmdar Cəmiyyəti barəsində (bundan sonra-«Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC ») Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2, və 264.0.1-ci maddələri ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti "xxxx" QSC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2, və 264.0.1-ci maddələri ilə MN ******* nömrəli 03 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2566/2021 saylı, 11.10.2021-ci il tarixli qərardadına əsasən, "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələri üzrə tərtib olunmuş 03 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin inzibati xəta haqqında protokola əsasən "xxxx" QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, X2 Xidmətinin 27 avqust 2021-ci il tarixli, 00037 saylı qərarına əsasən X3 “X4 haqqında”, “X1”, “Atmosfer havasının mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Su Məcəlləsi haqqında” qanunlarının və X4 sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin icra vəziyyəti araşdırılmışdır. Liman əsas etibarı ilə Xəzəryanı ölkələrin limanlarına quru yük, maye yüklərin və sərnişin daşınması işlərinin gəmilərlə yerinə yetirməkdən ibarətdir. Limanın ümumi ərazisi 450 hektar, işçi sayı 350 nəfərdir. Ələt Limanı ərazisində 12 yanalma və bir xidmət körpüsü vardır. Körpülərdən 3-ü RO-RO Apel gəmilər üçün, 2 körpü bərə tipli gəmilər üçün, 7 körpü isə ümumi yük gəmilərinə aiddir. Limanın içməli və texniki suya olan tələbatı şəkər su kəmərindən il ərzində götürülən 147,9 m3 /il götürülən suyun hesabına ödənilir. Yanğına qarşı su kəmərinə vurulma və gəmilərin soyutma sistemində dövrü sistemində istifadə məqsədi ilə 240,94 m3/il götürülən suyun hesabına ödənilir. Məişət təsərrüfatda 49.9 min m3/il şirin sudan istifadə olunur. İstehsalatda 8.12 m3/il şirin su sərf olunur. Yaşıllıqların suvarılmasında isə 29.79 m3/il su sərf olunur. Liman ərazisində formalaşan məişət çirkab suları və limana daxil olan gəmilərdən qəbul edilən, fekol suları yığılaraq, ərazidə quraşdırılmış bioloji təmizləmə qurğusunda nəql olunur. İdarənin ekoloji normativ sənədləri, 2TC-su, hava və tullantılar hesabatları hazırlanaraq 2020-ci ilin yekun göstəricilərinə əsasən Nazirlikdə razılaşdırılmışdır. Limanın hava və su tullantılarına dair xüsusi icazə sənədləri vardır. Bundan başqa Limana daxil olan gəmilərdə formalaşan xətt əsası döşəməaltı sular Liman ərazisində xidmət göstərən "xxxx" MMC tərəfindən müqavilə əsasında qəbul edilərək tullantı mərkəzlərinə daşınır. Formalaşan bərk tullantılar isə "xxxx" birgə müəssisəsi MMC ilə bağlanmış müqavilə əsasında daşınması təmin olunur. Liman ərazisində iyul-avqust ayları ərzində gəmilərdən 2471,6 m3 fekal suları qəbul edilmiş və təmizləyici qurğuya nəql olunmuşdur. Liman ərazisində istismar olunan təmizləyici qurğunun layihə gücü 500 m3/gün olduğu, faktiki gücü isə 100 m3/gün olduğu bildirilmişdir. Təmizləyici qurğuya baxış keçirilən zaman qurğunun bir xəttlə işləməsi bildirildi və 100 kub metr məişət –çirkab suyunu təmizlənərək Xəzər dənizin axıdılması bildirilmişdir. Qurğunun işinə nəzarət normal iş rejiminin yaradılması üçün xidmət göstərən xüsusi təyinatlı adamların olmadığı qurğuya daxil olan suların təmizlənməsi üçün auroten sıxılmış havanın verilməsi və miqdarı barəsində məlumat verilməmiş oerotenikin daxilin bakteriyaların yaşaması üçün münbit şəraitin yaradılmadığı aşkar olunmuşdur. Araşdırma zamanı və ötən araşdırmalara olduğu kimi qurğunun istismar qaydalarının pozulmasına səbəb olmuşdur. Bu da X4 haqqında qanunun 13, 18, 32, Su məcəlləsinin 84-cü maddələrinin tələblərinin pozulması baş vermiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2, 264.0.1-ci maddələrinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. "xxxx" MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanuni və əsaslıdır. Ona görə də "xxxx" QSC-nin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil protokola etiraz edərək çıxışında göstərmişdir ki, Cəmiyyət Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli 1121 nömrəli Sərəncamına əsasən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının hüquqi varisi olaraq sahibkarlıq fəaliyyəti subyekti kimi Xəzər dənizinin Bakı şəhərinə aid akvatoriyasında liman xidmətləri göstərmək hüququna malik, səhmlərinin nəzarət zərfi dövlətə məxsus, təşkilati- hüquqi forması qapalı səhmdar cəmiyyəti olan hüquqi şəxsdir. Bununla əlaqədar qeyd edilməlidir ki, Cəmiyyətin əsas məqsədi mənfəət götürməkdən ibarətdir. Bu xüsusiyyət isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq kommersiya hüquqi şəxslərə məxsusdur və Cəmiyyətin təşkilati-hüquqi forması olan qapalı səhmdar cəmiyyəti kommersiya hüquqi şəxslərin növlərindən biridir. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti bilavasitə mənfəət götürülməsi ilə bağlı olan fəaliyyətdir. "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun "Sahibkarlığın subyektləri" adlanan 3-cü maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq sahibkarlıqla məşğul olan hüquqi şəxslər sahibkarlıq subyektləri hesab olunur. Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması məqsədi ilə qəbul edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikası ərazisində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılmışdır. Həmin Qanunun 2-ci maddəsinə uyğun olaraq göstərilən müddətdə yalnız bu normada sadalanan yoxlamalar, habelə insanların həyat va sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Lakin istinad edilən Qanunun tətbiq dairəsini əks etdirən 2-ci maddəsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2015ci il tarixli 660 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının Qanununa 3 əsasən müvafiq hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısında ekoloji məsələlərə dair yoxlamalar nəzərdə tutulmamışdır və Nazirlik yoxlamaların aparılması üçün səlahiyyətli orqan kimi müəyyən edilməmişdir. Bu hüquqi dəlillər Nazirliyin və birbaşa xidmətin nəzərinə dəfələrlə çatdırılmışdır. Bununla bərabər Cəmiyyət dəfələrlə qeyd etmişdir ki, X4 ilə bağlı məsələlər Cəmiyyət tərəfindən mütəmadi olaraq diqqət mərkəzində saxlanılmaqdadır və Cəmiyyət Nazirliklə konstruktiv əməkdaşlığa hazırdır. Bundan əlavə Cəmiyyət tərəfindən Xidmətin işçiləri üçün liman ərazisinə giriş məhdudlaşdırılmamışdır. Lakin konstruktiv dialoq və əməkdaşlığa dair çağırışlar Xidmət tərəfindən qəbul edilməmiş, onun işçiləri üçün yaradılmış şəraitdən sui-istifadə edərək guya hansısa pozuntunun aşkar edilməsi barədə protokol tərtib edilmişdir. Əlavə olaraq qeyd etmək istərdik ki, Xidmət "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü və 20-ci maddələrinin tələblərinə uyğun olaraq sahibkarlıq -fəaliyyətinin subyekti hesab edilən Cəmiyyətdə qanunla qadağan olunduğu halda yoxlama apara bilməz. Bundan başqa, ölkə Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli fərmanı ilə təsdiq edilmiş müvafiq Əsasnamənin 1.7-ci bəndinə əsasən sahibkarlıq sahəsində yoxlamaların aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təmin edilən yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmasına dair sənədlər təqdim edilməlidir. Lakin Xidmət bu tələblərə riayət etməyərək Cəmiyyətin ərazisində yoxlama aparmışdır. Xidmət tərəfindən yol verilmiş pozuntu hallarına münasibətdə "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsində qeyd olunur: "Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz." İşin faktiki hallarından görünür ki, Xidmət həm "Sahibkarlıq sahəsində aparılan yoxlamaların' dayandırılması haqqında", həm də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərini kobud surətdə pozmuşdur. Müvafiq maraq Xidmət tərəfindən Cəmiyyətin ərazisində keçirilən tədbirlərin və tərtib edilmiş 3rotokolun hər hansı hüquqi qüvvəsi olmadığı üçün Cəmiyyət barəsində inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Qeyd olunmalıdır ki, artıq oxşar iş üzrə bu məsələyə məhkəmə tərəfindən qiymət verilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-633/2018 nömrəli iş üzrə 6 avqust 2018-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Nazirlik "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunların tələblərini pozmuşdur və onun nəticəsində inzibati xəta haqqında həmin iş üzrə icraata xitam verilmişdir. Qərarın surətini etiraza əlavə olaraq təqdim etmişik. Protokolun əsassızlığı barədə qeyd etdiyim zəlillərə əlavə olaraq qeyd etmək istərdim ki, Cəmiyyət bu məsələyə sırf formal yanaşmir. Əgər Xidmət tərəfindən keçirilən yoxlamanın hüquqi nəticəsi olsa idi belə, onun gəldiyi nəticələr də 'tamamilə əsassız olardı. Belə ki, Protokolda sadalanan maddələrdə təsbit olunan pozuntuların heç birisi Cəmiyyət tərəfindən törədilməmişdir, yəni Xidmət tərəfindən qeyd edilən inzibati xəta hadisələri ümumiyyətlə baş verməmişdir. Xidmət 3 sentyabr 2021 ci il tarixli 70656 nömrəli aktda işin faktiki hallarını təsvir etməyə çalışmışdır. Həmin aktda pozuntu kimi aşağıdakı hallar göstərilib: 1. Təmizləyici qurğuya xidmət göstərən xüsusi adamların olmaması; 2. Sıxılmış havanın miqdarı və verilməsi barədə məlumatın olmaması;
3. Təmizləyici qurğuda bakteriyaların yaşaması üçün şəraitin yaradılmaması. Bununla belə, bu iddialar hər hansı fakta əsaslanmır, onları əsaslandıran hər hansı sübuta istinad olunmur və belə bir mötəbər sübutlar iş materiallarına əlavə edilməmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, Aktda iddia olunan halların heç biri sübutla təsdiq olunmur. Məsələn, Cəmiyyət suyun bioloji təmizləmə qurğusunun istismar qaydalarıni Xidmətə təqdim etmişdir. Lakin Aktda iddia olunan pozuntunun nədən ibarət olması, istismar qaydalarının hansı müddəasının pozulması barədə heç bir qeyd yoxdur. Yuxarıda qeyd olunanlara əsasən təmsil etdiyi hüquqi şəxs "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 oğlu izahat verərək bildirmişdir ki, Sahibkarlıq subyekti kimi QSC-də həyata keçirilən yoxlamalar Ədliyyə Nazirliyində qeydiyyata alınmadığı üçün heç bir hüquqi nəticə yaratmır. Vəkilləri ətraflı şəkildə mövqelərini bildirdi. Göstərilən halları nəzərə alaraq Cəmiyyət barəsində başlanılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X2 Xidməti tərəfindən tərtib edilmiş 70656 nömrəli, 03 sentyabr 2021-ci il tarixli aktdan görünür ki, X2 Xidmətinin 27 avqust 2021-ci il tarixli, 00037 saylı qərarına əsasən X3 “X4 haqqında”, “X1”, “Atmosfer havasının mühafizəsi haqqında”, “İstehsalat və məişət tullantıları haqqında”, “Su Məcəlləsi haqqında” qanunlarının və X4 sahəsində mövcud olan digər hüquqi normativ aktların tələblərinin icra vəziyyəti araşdırılmışdır. Liman əsas etibarı ilə Xəzəryanı ölkələrin limanlarına quru yük, maye yüklərin və sərnişin daşınması işlərinin gəmilərlə yerinə yetirməkdən ibarətdir. Limanın ümumi ərazisi 450 hektar, işçi sayı 350 nəfərdir. Ələt Limanı ərazisində 12 yanalma və bir xidmət körpüsü vardır. Körpülərdən 3-ü RO-RO Apel gəmilər üçün, 2 körpü bərə tipli gəmilər üçün, 7 körpü isə ümumi yük gəmilərinə aiddir. Limanın içməli və texniki suya olan tələbatı şəkər su kəmərindən il ərzində götürülən 147,9 m3 /il götürülən suyun hesabına ödənilir. Yanğına qarşı su kəmərinə vurulma və gəmilərin soyutma sistemində dövrü sistemində istifadə məqsədi ilə 240,94 m3/il götürülən suyun hesabına ödənilir. Məişət təsərrüfatda 49.9 min m3/il şirin sudan istifadə olunur. İstehsalatda 8.12 m3/il şirin su sərf olunur. Yaşıllıqların suvarılmasında isə 29.79 m3/il su sərf olunur. Liman ərazisində formalaşan məişət çirkab suları və limana daxil olan gəmilərdən qəbul edilən, fekol suları yığılaraq, ərazidə quraşdırılmış bioloji təmizləmə qurğusunda nəql olunur. İdarənin ekoloji normativ sənədləri, 2TC-su, hava və tullantılar hesabatları hazırlanaraq 2020-ci ilin yekun göstəricilərinə əsasən Nazirlikdə razılaşdırılmışdır. Limanın hava və su tullantılarına dair xüsusi icazə sənədləri vardır. Bundan başqa Limana daxil olan gəmilərdə formalaşan xətt əsası döşəməaltı sular Liman ərazisində xidmət göstərən "xxxx" MMC tərəfindən müqavilə əsasında qəbul edilərək tullantı mərkəzlərinə daşınır. Formalaşan bərk tullantılar isə "xxxx" birgə müəssisəsi MMC ilə bağlanmış müqavilə əsasında daşınması təmin olunur. Liman ərazisində iyul-avqust ayları ərzində gəmilərdən 2471,6 m3 fekal suları qəbul edilmiş və təmizləyici qurğuya nəql olunmuşdur. Liman ərazisində istismar olunan təmizləyici qurğunun layihə gücü 500 m3/gün olduğu, faktiki gücü isə 100 m3/gün olduğu bildirilmişdir. Təmizləyici qurğuya baxış keçirilən zaman qurğunun bir xəttlə işləməsi bildirildi və 100 kub metr məişət –çirkab suyunu təmizlənərək Xəzər dənizin axıdılması bildirilmişdir. Qurğunun işinə nəzarət normal iş rejiminin yaradılması üçün xidmət göstərən xüsusi təyinatlı adamların olmadığı qurğuya daxil olan suların təmizlənməsi üçün auroten sıxılmış havanın verilməsi və miqdarı barəsində məlumat verilməmiş oerotenikin daxilin bakteriyaların yaşaması üçün münbit şəraitin yaradılmadığı aşkar olunmuşdur. Araşdırma zamanı və ötən araşdırmalara olduğu kimi qurğunun istismar qaydalarının pozulmasına səbəb olmuşdur. Bu da X4 haqqında qanunun 13, 18, 32, Su məcəlləsinin 84-cü maddələrinin tələbləri pozulmuşdur. Nəticədə İXM-nin 233, 234, , 237.2, 264.0.1 -ci maddələrinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" MMC arasında bağlanmış xidmətlərin təmin edilməsinə dair 27.11.20-ci il tarixli, 793 nömrəli müqavilənin sürətindən görünür ki, Sifarişçinin sifarişinə əsasən, İcraçı öz texniki ehtiyacları üçün istifadə, təkrar emal və üçüncü şəxslərə satış məqsədilə Müqavilə müddəti ərizində sifarişçi üçün gəmilərdən döşəməaltı suların, döşəməaltı yağların yığılması və daşınması xidmətlərini bu müqaviləyə uyğun göstərir və bununla bağlı Bakı limanına müqavilə üzrə nəzərdə tutulan ödənişləri ödəyir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və "xxxx" MMC arasında bağlanmış xidmətlərin təmin edilməsinə dair 11.12.20-ci il tarixli, 844 nömrəli müqavilənin sürətindən görünür ki, Sifarişçinin sifarişinə əsasən, İcraçı öz texniki ehtiyacları üçün, habelə sanaye yağlarının təkrar istehsalı üçün istifadəsi məqsədilə Müqavilə müddəti ərizində sifarişçi üçün toksiki istehsalat tullantılkarının utilizasiyası və zəzərsizləşdirilməsi xidmətlərini həmin müqaviləyə uyğun olaraq göstərir və bununla bağlı Bakı limanına müqavilə üzrə nəzərdə tutulan ödənişləri ödəyir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 10 dekabr 2013-cü il tarixli, 136/11 nömrəli qərarı ilə təsdiq edilmiş 2-TG (su təsərrüfatı) 2020-ci il üçün sudan istifadəyə dair rəsmi statistika hesabatından görünür ki, "xxxx" QSC tərəfindən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu qanunvericiliyin tələblərinə tam əməl edilməklə illik statistik hesabatlarına əsasən aparılmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə Ekologiya və X5 təqdim edilmiş və həmin hesabat Şöbənin rəhbəri tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 mart 2019-cü il tarixli, 17/12 nömrəli qərarı ilə təsdiq edilmiş 2-TG (hava) 2020-ci il üçün atmosfer havasına atılan zərərli maddələrə dair rəsmi statistika hesabatından görünür ki, "xxxx" QSC tərəfindən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu qanunvericiliyin tələblərinə tam əməl edilməklə illik statistik hesabatlarına əsasən aparılmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmiş və həmin hesabat Nazirliyin vəzifəli şəxsi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 08 aprel 2013-cü il tarixli, 24/11 nömrəli qərarı ilə təsdiq edilmiş 2-TG (tullantılar) 2020-ci il üçün təhlükəli tullantıların əmələgəlməsi və hərəkətinə dair rəsmi statistika hesabatından görünür ki, "xxxx" QSC tərəfindən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu qanunvericiliyin tələblərinə tam əməl edilməklə illik statistik hesabatlarına əsasən aparılmış və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ərazi üzrə Ekologiya və X5 təqdim edilmiş və həmin hesabat Şöbənin rəhbəri tərəfindən təsdiq edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 3(006)-2566/2021 saylı, 11.10.2021-ci il tarixli qərarından görünür ki, "xxxx" QSC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələri üzrə tərtib olunmuş 03 sentyabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 233.1-ci maddəsinə əsasən Ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə-vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir; 234-cu maddəsinə əsasən 234.0. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulmasına, yəni: 234.0.1. müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına; 234.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədi ilə quraşdırılmış qurğulardan, avadanlıqdan və cihazlardan istismar qaydalarının pozulmasına; 234.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlığın istismara verilməsinə; 234.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmanı nəzərə almayan kəşflərin, ixtiraların, səmərələşdirici təkliflərin, yeni texniki sistemlərin, maddələrin tətbiq edilməsinə, yaxud bu cür texnoloji avadanlığın idxal edilməsinə; 234.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə; 234.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə- fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 237.2-ci maddəsinə əsasən Ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə- fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə- fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidməti tərəfindən tərtib olunmuş "xxxx" MMC barəsində MN ******* nömrəli 03 sentyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1, 234, 237.2, və 264.0.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan inzibati xəta hadisələrinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı» QSC tərəfindən törədilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş 03.09.2021-ci il tarixli, 70656 saylı akt əsasında təsdiq edilməsini qeyd etmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" QSC fəaliyyəti ilə əlaqədar gəmilərdən döşəməaltı suların, döşəməaltı yağların yığılması və daşınması xidmətlərini "xxxx" MMC ilə aralarında bağlanmış 27.11.20-ci il tarixli, 793 nömrəli müqavilə əsasında təmin edilir. Bundan başqa Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC fəaliyyəti ilə əlaqədar toksiki istehsalat tullantılkarının utilizasiyası və zəzərsizləşdirilməsi xidmətlərini "xxxx" MMC ilə aralarında bağlanmış 11.12.20-ci il tarixli, 844 nömrəli müqavilə əsasında təmin edilir. Eləcə də, "xxxx" QSC-nin Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən təsdiq edilmiş Ekoloji Pasportundan aydın olunur ki, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanında, eləcə də gəmilərdə formalaşan fekal axıntı suları bioloji təmizləyici qurğulara axıdılır. Limanda 5-seksiyalı 5 ədəd “Mirando” su təmizləyici qurğu quraşdırılmışdır. Limanın ehtiyacına uyğun olaraq hazırda 1 ədəd qurğu istismar olunur. Gücü gündə 2500 m3 fekal axıntı su təmizləyən qurğundan alınan normativ təmiz su dənizə axıdılır. Mövsümi olaraq yayda təmizlənmiş su əlavə olaraq qum filtrindən keçirilərək yaşıllıqların suvarılmasına da sərf edilir. İl ərzində 12.6 ton işlənmiş texniki yağlar, 1853 kq yağlı və neftli əskilər, 470 kq köpük qabları, 750 kq boya qabları, 30 kq lüminiset lampalar ATT-yə, 8 ədəd akkumulyatorlar, 1.5. ton dəmir yonqarları, qara metal tullantıları, 100 kq sintetik propilen buraz kəndir qalıqları toplanma dərəcəsinə uyğun, ərazidə toplanaraq təkrar emal müəssisələrinə, 18 kub metr taxta tullantıları “Azlogistika”ya təhvil verilir. Ofis və digər dəftərxanada yaranan yararsız katric və tonerlər müqavilə əsasında servis idarə tərəfindən aparılır. Liman akvatoriyasında suyun səthinin təmizlənməsi 1 ədəd Ekoloq gəmisi ilə yerinə yetirilir. Məişət zibili müqaviləyə əsasən gündə 1 dəfə “Kasko” firması tərəfindən daşınır. Göründüyü kimi "xxxx" QSC-nin təsərrüfat fəaliyyəti nəticəsində tullantılar yaranmır, eləcə də, Limanda və gəmilərdə formalaşan fekal axıntı suları bioloji təmizləyici qurğulara axıdılır və Limanda 5-seksiyalı 5 ədəd “Mirando” su təmizləyici qurğu quraşdırılsa da, ehtiyaca uyğun olaraq Limanda 1 ədəd qurğu istismar olunur. Həmçinin iş materialları ilə müəyyən olunur ki, "xxxx" QSC tərəfindən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotu qanunvericiliyin tələblərinə tam əməl edilməklə 2-TG (su təsərrüfatı), 2-TG (hava) və 2-TG (tullantılar) forma illik statistik hesabatlarına əsasən aparılaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilmiş və həmin hesabatlar Nazirliyin müvafiq vəzifəli şəxsləri tərəfindən təsdiqlənmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs "xxxx" QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələri ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
"xxxx" QSC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233, 234, 237.2 və 264.0.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: İslam Həsənov