Məhkəmə qərarları › İş №3(002)-1378/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1378/2023

24.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1378/2023 24.07.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X9, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X3 iştirakları ilə, X9, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 08 iyul 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, massiv 3 ünvanında qeydiyyatda olan X13 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək haqqında Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X3 tərtib etdiyi inzibati tənbehvermə haqqında 08 iyul 2023-cü il tarixli, TP ******* saylı qərarın ləğv edilib, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 08 iyul 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 08 iyul 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X13 07 iyul 2023-cü il tarixdə, saat 15:35 radələrində idarə etdiyi «Mercedes Benz E220 CDİ» minik markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapıları” yaşayış kompleksinin içərisində yol nişanlarının tələblərinə əməl etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X13 öz izahatında şikayəti onunla əsaslandırmışdır ki, 07 iyul 2023-cü il tarixdə, saat 15:35-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Cənub Qapıları" ərazisində məhəllə içi yolda ona məxsus **-BY-*** qeydiyyat nömrə nişanlı “Mercedes Benz E220 CDİ» minik markalı avtomobili ilə 20-30 km/saat surəti ilə öz yolu ilə düzünə hərəkətdə imiş. X2 yolda olan "STOP" işarəsinə fikir vermədən 60-70 km/saat surət ilə idarə etdiyi **-DH-*** qeydiyyat nömrə nişanlı “Toyota Prius” markalı avtomobillə onun idarə etdiyi “Mercedes Benz E220 CDİ» minik markalı avtomobilin sağ arxa tərəfinə çırpılmışdır. Hadisə yerinə Qaradağ rayon DYPŞ-nin polis əməkdaşları gəlmiş və polis baş X1 onu əsassız olaraq günahlandıraraq sağı gözləməli olduğunu qeyd etmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən ona 40 (qırx) manat cərimə yazılmışdır. İnzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında ******* №-li qərar qanuni və əsaslı deyil. Ona görə ki, polis baş leytenantı əsassız olaraq hadisəni törədən qrafasında qarşı tərəf olan X5 adını yazmış, lakin avtomobil nömrəsi olan qrafada isə ona məxsus “Mercedes Benz E220 CDİ» minik markalı avtomobilinin nömrəsini yazmış, ümumiyyətlə düzgün olmayan protokol və qərar qəbul etmişdir. Həmin hadisə zamanı onun heç bir günahı olmayıb, “Toyota Prius” markalı avtomobili idarə edən X8 "stop" işarəsinə fikir vermədən əks məhəllə içindən çıxaraq onun idarə etdiyi avtomobilin sağ arxa tərəfinə çırpılmışdır. Həmin "stop” işarəsi əks olunan fotoşəkillər və maşının hərəkət istiqaməti və hadisə yerinin fotoşəkilləri mövcuddur və həmin fotoşəkilləri şikayətinə əlavə etmişdir. Bununla da Qaradağ rayon DYPŞ Polis Baş X1 obyektiv həqiqətə uyğun olmayan, qərəzli inzibati qərar qəbul edilmişdir. Odur ki, haqqında Qaradağ rayon DYPŞ-nın polis baş leytenantı X3 tərtib etdiyi inzibati tənbeh vermə haqqında 08 iyul 2023-cü il tarixli, ******* saylı qərarını ləğv edib, inzibati xəta haqqında işin icraatına xitam verilməklə inzibati məsuliyyətdən azad olunmağım barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X6 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 07 iyul 2023-cü il tarixdə, saat təxminən 15:35 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Cənub Qapıları” yaşayış kompleksinin içərisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X13 özünə məxsus “Mercedes Benz E220 CDİ» markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşayış komplesinin içərisində eyni əhəmiyyətli kəsişən yolda heç bir üstünlük hüququ olmadan düzünə hərəkət edərkən sağdan gələn X7 məxsus ** DH *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili ilə toqquşmuşdur. Belə ki, “Toyota Prius” markalı avtomobilin hərəkət istiqamətində mövcud olmuş, yaşayış kompelskinin içərisində su çəninə quraşdırılmış “stop” işarəsinin heç bir hüquqi qüvvəsi yoxdur. “Stop” nişanının səkkiz guşəli olması hamıya məlumdur, dairəvi stop nişanı yol hərəkəti haqqında qanunverilicikdə nəzərdə tutulmamışdır. Həmin nişan çox güman ki, yaşayış kompleksinin müdriyyəti tərəfindən təhlükəsizlik baxımından özbaşına olaraq quraşdırılmışdır. Tərəflərindən həmin nişanın götürülməsi barədə bir neçə dəfə yaşayış kompleksinin müdriyyətinə xəbərdarlıq edilmişdir. Belə olan təqdirdə X5 həmin qanunsuz quraşdırılmış stop nişanının tələblərinə əməl etməməsi qanuni idi. X4 hərəkət etdiyi istiqamətdə hər hansı bir üstünlük hüququna dair yol nişanı olmamışdır. Qeyd edilən hadisə Qaradağ RPİ-nin DYPŞ-nın əməkdaşları tərəfindən rəsmiləşdirilmiş və “Mercedes Benz E220 CDİ» markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 İXMnin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 iyul 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin protokolda və qərarda ondan asılı olmayan səbəbdən elektron sistemdə X9 adının əvəzinə texniki səhv olaraq X5 adı yazılmışdır. Hazırda həmin nöqsan aradan qaldırılmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, “Yol Hərəkəti” haqqında Azərbaycan Respubliksı Qanunun 42-ci maddəsinin 5-ci bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Həmin Qanunun 42-ci maddəsinin 10-cu bəndinə əsasən nəqliyyat vasitələrinin hərəkət trayektoriyaları kəsişdikdə, keçmənin növbəliliyi isə qaydalarda göstərilmədikdə, sağ tərəfdən hərəkət edən nəqliyyat vasitəsinə üstünlük verilir. Bununla da müəyyən edilmişdir ki, qeyd olunan nəqliyyat hadisəsinin törədilməsində təqsirkar “Mercedes Benz E220 CDİ» markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X13 olmuşdur. Belə ki, sürücü X13 eyni səmtə gedən nəqliyyat vasitələrinin eyni vaxtda yerdəyişməsi zamanı özündən sağdakı nəqliyyat vasitəsinə yol verməmişdir. Buna görə də məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbinə əsasən ol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X9 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 08 iyul 2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar