Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-1379/2021 17.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X1, müdafiəçi- Bakı şəhəri 10 saylı Vəkil bürosunun vəkili Vəkil, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx xxx 1996-cı il tarixində Cəlilabad rayonu, Pərdi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Cəlilabad rayonu, Pərdi kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10cu Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsindən daxil 17 noyabr 2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs oğlu qanunsuz olaraq narkotik vasitə olan marixuana istehlak etmiş, 17 noyabr 2021-ci il tarixində saat 10:55-də keçirilən tibbi müayinə nəticəsində onun sidiyində THC kanabisi (marixuana) aşkar edilmiş, bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PBnin sahə inspektoru, polis leytenantı X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bölməyə vətəndaş Şəxs narkotik vasitə marixuananı istifadə edərkən “İnstagram sosial” şəbəkədə təbliğ etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında sonuncu bölmənin əməkdaşları tərəfindən bölməyə gətirilmiş və bu barədə onun izahatı alınmışdır. O, öz törətiyi əməli səmimi etiraf etmişdir. Bundan sonra İ.Dəmirovu müayinədən keçmək üçün Respublika Narkoloji Mərkəzinə aparmışlar və müayinə nəticəsində onun “THC (marixuana)” bitkisi istifadə etməsi müəyyən edilmişdir. İ.Dəmirovun əməlində cinayət tərkibi olmadığından 17 noyabr 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş, onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, o, ünvan 1 ünvanında tək yaşayır. 10 ilə yaxındır ki, Güzdək qəsəbəsində daş karxanasında fəhlə işləyir. Təxminən bir aya yaxındır ki, narkotik vasitə olan marixuana istifadə etməyə başlamışdır. Sonuncu dəfə yaşadığı evdə olarkən narkotik vasitəni istifadə edərkən bilmədən sosial şəbəkədə təbliğ etmişdir. 16.11.2021-ci il tarixdə narkotik vasitəni təbliğ etdiyinə görə 10cu polis bölməsinin əməkdaşları onu bölməyə aparmışlar. Polis bölməsində öz hərəkətlərinin qanunsuz olduğunu və narkotik vasitə istifadə etdiyini etiraf etmişdir. Sonra polis əməkdaşları onu müayinədən keçmək üçün Respublika Narkoloji Mərkəzinə aparmışlar və müayinə nəticəsində onun “THC (marixuana)” bitkisi istifadə etməsi müəyyən edilmişdir. O, narkotik maddəni müayinə edilməmişdən 15-20 gün əvvəl ünvan 1 ünvanında istehlak etmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Bir daha belə hala yol verməyəcəyinə söz verir. Məhkəmədən onun barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında 16 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şəxs 16 noyabr 2021-ci il tarixdə, saat 18:30-da tutulmuşdur. Qaradağ RPİ-nin 10-cu PB-nin təhqiqatçısı, polis mayoru Mehvalı Rzayev tərəfindən Qaradağ RPİ-nin 10-cu PB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis kapitanı Nicat İslamlıya ünvanlanmış 17.11.2021-ci il tarixli raportdan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Anar Rüstəmov və əməliyyat müvəkkili polis kapitanı Rəşad Verdiyev 16.11.2021-ci il tarixdə saat 16:00 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nə raportl müraciət edərək bildirmişlər ki, həmin gün saat 15:50 radələrində xidmətdə olarkən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 3-cü massiv ərazisində Şəxs hərəkətləri onlarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi yaratdığı üçün yaxınlaşıb özlərini təqdim edərək 10cu PB-nə dəvət edərkən, sonuncu onların qanuni tələblərinə məhəl qoymayaraq, tabesizlik göstəmiş və onların ünvanına nalayiq ifadələr işlətməyə başlamış, bu səbəbdən Şəxs saat 16:00-da 10-cu PB-nə gətirilmişdir. Həmin raport əsasında toplanmış materialla əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi və Şəxs barəsində İXM-nin 206 və 535.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Odur ki, qəbul edilmiş qərarın icra edilməsi üçün müvafiq əməkdaşa həvalə edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 17 noyabr 2021-ci il tarixli 3969 nömrəli aktdan görünür ki, müayinə nəticəsində Şəxs sidiyində THC(+) aşkar edilmişdir. cinayət işinin başlanmasının rədd edilməsi barədə 17 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası DİN-in BNMİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Anar Rüstəmov və əməliyyat müvəkkili polis kapitanı Rəşad Verdiyevi raportları əsasında toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində İXM-nin 206 və 535.1-ci maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Qaradağ RPİ-nin 10-cu PB-nin aidiyyatı əməkdaşlarına həvalə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.2-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 31.4-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və inzibati protokolu tərtib etmiş şəxsin izahatı, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 17 noyabr 2021-ci il tarixli 3969 nömrəli aktından, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli (İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla). Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 40, 43, 48-51, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbs etmənin əvvəli 16 noyabr 2021-ci il tarixdən, saat 18:30dan hesablansın. Qərarın icrası Bakı şəhəri Qaradağ rayon polis İdarəsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-1379/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-1379/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver